Xoşbəxtlik hormonları

Özümüzü xoşbəxt hiss etmək üçün hər hormon kifayət qədər ifraz olunmalıdır.

Serotonin – cəmiyyətdə qiymətləndirmə (tanınma) hormonu. Bir çox insan üçün cəmiyyətdəki statusu vacibdir. Məşqul olduğunuz işlə fəxr edin və dəyişə bilmədiyinizi qəbul edin.

Dopamin – qaliblər hormonu, qarşımıza məqsəd qoyub ona nail olanda, qalib gələndə ifraz olunur. Qarşınıza real məqsədlər qoyun və öz müvəffəqiyyətlərinizə sevinin.

Endorfin – sevinc və eyforiya hormonu. Gözlənildiyindən daha artığına nail olduqda ifraz olunur və ağrını gizlətməyə kömək edir. İdmanla məşqul olun və məşğələlərdən zövq alın.

Oksitosin – sevgi və bağlılıq hormonu. Birini sevəndə, körpəni qucaqda tutanda, yaxınlarımızla görüşəndə ifraz olunur. İnsan üçün #sosial əlaqələr vacib rol oynayır, çünki təhlükəsizlik və komfort hissi verir.

Ətrafınızda xoş mühit yaradın, yaxınlarınızı sevin və etibar edin. Bütün bu hormonlar insan orqanizmi üçün çox vacibdir və adətən çoxumuz onları süni zərərli (siqaret, alkoqol, şirniyyat) mənbəylərdən almağa çalışırıq, ancaq bunlar süni və qısa müddətli sevinc, eyforiya hissi verir.

Dr. Elşən Ağabalayev
 

0 şərh