Qaşıqdakı yağ (hekayə)

Bir tacir xoşbəxtliyin sirrini öyrənməsi üçün oğulunu insanların ən müdrikinin yanına göndərmiş.
Cavan bir çöldə qırx gün getdikdən sonra, nəhayət bir təpənin üzərində olan gözəl qalaya çatır. Müdrik burada yaşayırmış.
Bir müdriklə qarşılaşmağı gözləyən bizim qəhrəman, girdiyi salonda qızğın bir mənzərəylə qarşılaşır.
Tacirlər girib çıxır, insanlar bir küncdə söhbət edir, bir orkestr şirin melodiyalar çalır. Dünyanın dörd bir tərəfindən gəlmiş ləzzətli yeməklərlə dolu bir masa da vardı.
Müdrik sırayla bu insanlarla danışırdı və bizim cavan öz sırasının gəlməsi üçün iki saat gözləmək məcburiyyətində qalır.
qaşıqdakı yağCavanın ziyarət səbəbini şərhini diqqətlə dinləyən müdrik, amma xoşbəxtliyin sirrini açıqlayacaq zamanı olmadığını söyləyir ona. Gedib sarayda gəzməsini, özünü iki saat sonra görməyə gəlməsini məsləhət verir.
"Amma, sizdən bir xahişim olacaq," deyə əlavə edib, cavanın əlinə bir qaşıq verir, sonra bu qaşığa iki damla maye yağ qoyur". Sarayı gəzərkən bu qaşığı əlinizdə tutacaq və yağı tökməyəcəksiniz."-deyir.
Cavan sarayın nərdivanlarını enib çıxmağa başlayır, gözünü isə qaşıqdan ayırmır. İki saat sonra müdrikin qarşısına yenidən çıxır.
"Gözəl" demiş müdrik, "Yaxşı, yemək salonumdakı Əcem xalçalarını gördünüzmü? Bağbanın yaratmaq üçün on il çalışdığı bağçanı gördünüzmü? Kitabxanamdakı gözəl perqamentləri fərq etdinizmi?"- suallar verir.
Utanan cavan heç bir şey görə bilmədiyini etiraf etmək məcburiyyətində qalır. Çünki müdrikin özünə verdiyi iki damla yağı tökməməyə çalışmış, başqa bir şeyə diqqət edə bilməmişdi.
"Elə isə get, kainatın möcüzələrini tanı."- dedi müdrik. "Oturduğun evi tanımadan bir insana güvənə bilməzsən."
İçi rahatlayan cavan qaşığı götürüb sarayı gəzməyə çıxır. Bu dəfə, divarlara asılmiş, tavanları bəzəyən sənət əsərlərinə diqqət yetirir. Bağçaları, ətrafdakı dağları, çiçəklərin gözəlliyini, olduqları yerlərə yaraşan sənət əsərlərinin zərifliyini görür.
Müdrikin yanına dönərkən, gördüklərini bütün detallarıyla izah edir. "Yaxşı sənə əmanət etdiyim iki damla yağ harada?" deyə soruşur müdrik.
Qaşığa baxan cavan, iki damla yağın tökülmüş olduğunu görür.
"Yaxşı" demiş bunun üzərinə müdriklər müdriki, "Sənə verə biləcəyim tək öyüd var.
Xoşbəxtliyin sirri dünyanın bütün möcüzələrini görməkdir, amma qaşıqdakı iki damla yağı unutmadan...

 

0 şərh