Рейтинг
+48.30

Xoşbəxtlik üçün

59 üzv, 82 topik

Xoşbəxt edin, xoşbəxt olun!

Bir dəfə əlli nəfər maraqlıı bir seminara qatılmışdılar. Məruzə zamanı məruzəçi qəflətən söhbəti saxlayıb hər kəsə bir şar verir və bildirir ki, hər kəs qələmlə öz adını şarın üzərində qeyd etsin. Hər kəs öz adını qeyd etdikdən sonra məruzəçi şarları yığıb bir otağa yerləşdirir. Daha sonra məruzəçi qeyd edir ki, hər kəs otağa daxil olub 5 dəqiqə ərzində öz adı qeyd olunmuş şarı tapsın.

 İştirakçılar bir-birini itələyərək, yıxaraq öz adı qeyd olunmuş şarı axtarırdılar. 5 dəqiqə bitdi amma nəticədə heç kim öz şarını tapa bilmədi.

 Bundan sonra məruzəçi bildirdi ki, hər kəs bir şar götürüb üzərində adı qeyd olunmuş şəxsə versin. Beləliklə, 1 dəqiqədən sonra hər kəs əlində adı qeyd olumuş şarı saxlayırdı.
Ardı →

Xoşbəxtliyin 8 əsas prinsipi açıqlanıb

Altı ölkənin elm adamlarının müxtəlif vaxtlarda apardıqları araşdırmalar nəticəsində məlum olub ki, demək olar ki, bütün insanları xoşbəxt edən təməl prinsiplər eynidir.
Arışdırmalar nəticəsində insanların özlərini xoşbəxt hiss etmələrinə səbəb olan səkkiz əsas prinsip açıqlanıb. Bütün bu tədqiqatların nəticələri “Psychological Bulletin” jurnalında “Xoşbəxtliyin resepti” başlığı ilə dərc edilib.
Əziz oxucular, indi həmin məqalədə yer alan maddələr barəsində sizə məlumat vermək istəyirik.

6 saatdan çox yatmaq
Tədqiqatçılar, gecə 6 saatdan çox yatan yetişkinlərin günə daha gümrah, yüksək əhval-ruhiyyə ilə başladıqlarını bildiriblər. Uşaqlar və gənclər üçün isə bu zaman 8 saat müəyyənləşdirilib.


Ardı →

Səadət nədir?

Xoşbəxtlik bir sevgilidir hər kəs həsrətini çəkər onun, (xoşbəxtlik) bir uca qayədir hər fədakarlığa qatlanarlar onun yolunda. İnsanlar arasında elə bir fərd yoxdur ki, məsud olmaq istəməsin. Bəs, səadət nədir? Budur çətindən də çətin məsələ!..

Yunanlıya görə, o, eşq və sevda, Sezara görə şan və şöhrət, Firona görə iqtidar və məqam, Qaruna görə də yığın-yığın sərvət və xəzinələrə sahib olmaqdır. Halbuki, bunlardan heç biri, nə gerçək səadət, nə də onun bir vəsiləsidir. Həqiqi xoşbəxtliyi bu yollarla axtaranlar həmişə aldanmış və xüsrana məruz qalmışdırlar.

Gerçək səadət insan zehninin dağınıqlıq və pərişanlıqdan qurtarılması, insan qəlbinin itminan və rahatlığa qovuşmasından ibarətdir. Onu dəniz sahillərində, dağların zirvəsində, tənha yerlərdə axtaranlar daim yanılmışlar. Hərçənd, ruhuna bundan qeyri yollarla istirahət etdirməyi bilməyən avam üçün bu da bir vəsilə sayıla bilər. Ancaq gerçək hüzur və səadəti əldə etmək üçün nə zamana, nə də zəminə ehtiyac var. O hər yerdə insanla birlikdədir; onun iç aydınlığına, onun hür iradəsinə əmanət edilmiş müqəddəs bir sevgilidir. Hər bir insan istədiyi vaxt qanadlanan ruhu ilə qəlbinin sonsuz diyarlarına pərvaz edib tamaşasından doya bilməyəcəyi aləmlərə baş çəkib həsrətini çəkdiyi xoşbəxtliyi əldə edə bilər. Üstəlik qəlb xəzinəsi də tərtəmiz fikirlərlə süslənmiş və ləbriz (ağzına qədər dolu, dopdolu) edilmişsə… Boysun (Boycenin) dediyi kimi: “Nə bəxtiyardır o insan ki, ruhunun dərinliyində belə bir mehrabı var!..”


Ardı →

Gülərüz olmanın faydaları

Gülərüzlü olmaq gülümsəyən bir üzlə yaşamaq deməkdir. Bu insanın özünü, səsini gözəlləşdirər, cəmiyyəti rahatlaşdırar. Gülərüzlü insan hər kəsə simpatik gələr. Çevrəsində özünə qarşı maraq oyadar. Ümumiyyətlə, gülərüz insan getdiyi hər yerdə maraq qazanır və hər kəs onunla ünsiyyətdə olmaq istəyir.

“Gülərsən, hər kəs səninlə gülər, ağlarsan yalnız qalarsan” deyimi buna misaldır. Bu həqiqətən belədir.

Şərqdə gülərüz olmaq sanki bir məcburiyyətdir. Qarşınıza çıxan hər kəsi gülərüz görərsiniz. Taylandın adı “azadlıq ölkəsi” mənasını verir. Əvvəlki adı Siyam isə “gülərüzlü insanlar ölkəsi” deməkdir. Siyamlılar əsəbləşdiklərində, qorxduqlarında, sevdiklərində, utandıqlarında və hər cür ruhi hallarında həmişə gülərüzlə baxarlar. Bu halda onların necə bir ruh halında olduqlarını bilməyimiz imkansızdır. Yaxşı düşünsək bu halın hamımız üçün keçərli olduğunu görərik. Gülərüzlə ciddiyyət daha asan meydana gəlir. Ciddi üzlə dolaşan insanlara qarşı heç kim doğmalıq duymaz və kimsə ona yaxın ola bilməz.

İnsanlarla edilən üz-üzə, göz-gözə ünsiyyətdə gülərüz olmaq bizə böyük avantaj təmin edər. Üzümüzə qapılar açılar, ələ aldığımız işlər asanlaşar. Lakin gülərkən ön dişləri gözəl olmayan insanlar üçün gülmək bir əzab və işgəncədir. Əlləriylə ağızlarını tutduqlarını görərsiniz. Günümüzdə diş həkimləri bunu çox asan düzəldir və dişlər düzəldikdən sonra gülmək o insan üçün zövq halına gəlir. Bu iş bütün imkanları sinamaqla görünməlidir.


Ardı →

30 yaşa çatmadan bunları edin

1. Ailənizdən ayrı bir şəhərdə yaşayın.Doyunca rəqs edin

2. Bir, ya da birdən çox xarici dil öyrənin.

3. Üzgüçülük dərsi alın və dəniz dibini kəşfə çıxın.

4. Doyunca rəqs edin.

5. Məntiqinizlə ürəyiniz bir-birinə zidd olduqda, məntiqinizi boş verin, səhv belə olsa, bir dəfə ürəyinizi dinləyin.

6. Qatarla Avropanı səyahət edin.

7. Qarşılıqlı bir eşq olmasa, bir-birinizə heç bir yolla qovuşa bilməsəniz belə, bu eşqin dadını çıxarın.
Ardı →

Düşüncəni dəyişməyin yolları

Viktor FranklBiri var idi, biri yox idi, bir Viktor var idi. 

Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji travma alırdılar.

Viktor da çox əziyyət çəkirdi, gözünün qarşısında ailəsini qul kimi işlədir, işgəncə verirdilər. Hər gün psixoloji vəziyyəti daha da pisləşirdi. Viktor başa düşürdü ki, ətrafdakı hadisələr onu dəlilik həddinə çatdırmağa doğru gedir. Vəziyyətdən çıxış yolunu düşüncələrini dəyişməkdə tapdı. O fikirləşdi ki, əgər baş verən hadisələrə başqasının gözü ilə baxsa və bu hadisələrə sonradan tələbələrinə danışacağı, yaxud kitabda yazacağı əhvalat kimi təsəvvür etsə indiki kimi əziyyətli, qorxulu olmaz. Beləliklə, ona işgəncə veriləndə Viktor bunun nə qədər ağrılı olması əvəzində tələbələrinə nə danışacağı haqda ssenarilər qurur, kitabında bu olanları necə yazacağı haqda düşünürdü.


Ardı →

Özünə Söz Ver

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb. 

Özünə söz ver ki,

— O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,

— Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,

— Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,

— Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,

— Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,

— Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,


Ardı →

Həyatın xoşbəxtliyini sadə şeylərdə axtaraq

Hər nə qədər sağlamlıq və xoşbəxt həyat tərzi haqda məsləhətlər oxusaq da çox zaman elə oxuduğumuz yerdə qalır. Həyatın gündəlik cətinlikləri və qayğıları bəzən sadə şeylərdən alacaqımız raharlığı da kölgədə qoyur. Lakin oxuyacağımız bu məsələhtlər onsuz da hər gün, olsun ya ayda bir dəfə etməli olduğumuz və ya edilməsi mümkü olan sadə bir şeylərdir. Ona görə də edəcəyimiz hər nə olursa ən sadəsini  belə adiliyindən cıxarıb bir rəng qataraq, sevərək etsək özümüz üçün mənəvi bir yaxşılıq etmiş olarıq. Xoşbəxtliyi dərinliklərdə deyil, sadə seylərdə görməyə başlasaq həyatımız daha da işıqlı olar deyə düşünürəm… Bunun üçün də sadə məsləhətlərə diqqət edək.

1. Gəzməyə çıxın: Yoldaşınızla, uşaqlarınızla və ya ən yaxşı yoldaşınızla birlikdə gəzin. Yalnız çox az məşq belə ruh halınızı dəstəkləyə bilər və sizi üzən problemlərə yeni bir baxımdan baxmanızı təmin edər. Gəzişin darıxdırıcı olduğunu düşünürsünüzsə, sizin üçün maraqlı olan bir yerdə gedə bilərsiniz. Alver mərkəzinə gedə bilərsiniz, bazarda gəzə bilərsiniz və hətta dondurma almaq üçün marketə qədər gedə bilərsiniz.


Ardı →

Üzünüz gülsün

Biz əksər hallarda çox mühüm bir amili unuduruq. Unuduruq ki, insanın gündəlik əhvali-ruhiyyəsində, ümumiyyətlə, həyatında özünütəlqin faktoru çox mühümdür.

Sözümün bu yerində heç unutmadığım bir həqiqəti bölüşüm sizinlə: hələ təfəkkürümün tam formalaşmadığı, başqalarının sözlərindən özüm üçün qənaətlər çıxardığım gənclik illərimdə kimdənsə eşitmişdim ki, həyatda sağlam adam yoxdur, hərənin bir dərdi var. İnanırsınızmı, bu söz uzun illər mənim beynimdə dolaşdı. Ancaq bir xəstəxanada müalicə olunanda öz-özümə qərar verdim ki, bu cür düşüncə xəstəlikdir. İnsan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik həmişə onun yaxasını tanıya bilər.

Səhər yerindən durursan, oyaq olanlar da var, yatanlar da. Güzgünün qabağına keçib sifətinə baxırsan: əzginlik, hər cür əzab-əziyyət oxunur sifətindən. Düşünürsən ki, uşaqların da, yoldaşın da səni hər səhər bu sifətdə görürlər və sən bu vəziyyəti dəyişmək üçün addım atmaq istəmirsən.


Ardı →

Müsbət düşün, rahat ol

Dünyada 100 milyondan çox insan depressiya ilə yaşayır. Belə ki, müasir dövrün  xəstəliyi olan depressiya, artıq uşaqlarda da müşahidə edilir. Mütəxəssislər kömək etməyi xoşlayan insanlarda əhval ruhiyyənin yüksək olduğunu söyləyirlər. Başqalarına kömək etmək müsbət duyğuları inkişaf etdirir. Kömək etdiyiniz insanla ünsiyyət qurarkən təklik hissi azalmaqla yanaşı insanın özünüzə və yaşadığı dünyaya güvən hissi artır. Kömək etmək insanın özünə qarşı hörmət və sevgi hissini gücləndirir. 

İnsan öz gündəlik həyatının 10 dəqiqəsini müsbət davranışlara ayırması, uzun müddət əhval ruhiyyəni yüksək səviyyədə saxlayır. Pozitiv hərəkətlərin hər gün yerinə yetirilməsi beyində depressiya ilə əlaqədar bəzi strukturların qan dövranını gücləndirir.


Ardı →