Рейтинг
+48.30

Xoşbəxtlik üçün

59 üzv, 82 topik

Qız yox, oğlan istəyirəm

Artıq üçüncü qızını dünyaya gətirən qonşumuza həyat yoldaşı hələ hamilə olarkən «kaşki övladımız oğlan olaydı» demişdi. Lakin ailədən növbəti qız övladının sədası gəlirdi. Həyat yoldaşının bir-iki aylıq soyuq münasibətdən sonra ailə «Allahın verdiyi paydır» deyib hər şeyin öz axarı ilə getməsinə qərar verdi. Düzgün seçim bir ailədə üç qız övladının sağlam və xoşbəxt şəkildə böyüməsi ilə nəticələnir.
Ardı →

Sən xoşbəxtsən!

· Həyatın çətinliklərinə qatlana biləcək qədər İNANC,
· Gələcəyin daha yaxşı olacağına inanacaq qədər ÜMİD,
· Doğru bildiklərin üçün mücadilə edəcək qədər CƏSARƏT,
· İctimaiyyətə,ailənə,dininə faydalı ola biləcək qədər SAĞLAMLIQ,
· Ehtiyaclarını ödəyə biləcək ,zəkatını verə biləcək qədər PUL,
Ardı →

Xoşbəxt olmağın 8 üsulu

1. Beyninizi dünya, qəhrəmanlıq, sağlamlıq, ümid haqqında gözəl fikirlərlə məşğul edin
2. Düşmənlərinizdən qisas almayın, nəzərə alın ki, bu sizin özünüzə də ziyan yetirə bilər. Qeneral Eyzenxauer kimi: " Sevmədiyim insanlar haqqında bir dəqiqə də olsun düşünməyə vaxtım yoxdur" — deyə özünüzü tərbiyə edin.
3. Sizə minnətdarlıq etməyən insanlara görə çox da kədərlənməyin, unutmayaq ki, İsa peyğəmbər 10 nəfərə şəfa vermiş, onlardan ancaq biri ona təşəkkür etmişdi. Kimdənsə minnətdarlıq gözləmədən yaxşılıq edin — bu xöşbəxtliyin açarıdır.
4. Öz uğursuzluqlarınızdan çox uğurlarınız barədə düşünün.

5. Başqalarını təqlid etməyin, özünüz olun, unutmayın ki, paxıllıq cəhalət, təqlid isə «intihar»dı.
6. Əgər həyat sizə limon bəxş etmişsə, ondan limonad hazırlamağa çalışın.
7. Öz çətinlik və uğursuzluqlarınızı unutmaq üçün başqalarına yaxşılıq edin. Belə ki, başqalarına yaxşılıq edəndə özümüzə yaxşılıq etmiş oluruq.
8. Tənqidə görə qanınızı qaraltmayın,bu təbiidir və olmalıdır,  unutmayın ki, «heç kim ölü itə zərbə vurmaz». Tənqidən yaxa qurtarmanın yeganə yolu farfor heykəlcik olub, bir yanda dayanmaqdır.

Mənbə:  Дейл Карнеги, «Как преодалеть чувство беспокойство», azərbaycanca Narahatçılıq hissindən necə qurtulmalı


Davamı →

Uşaqların xoşbəxtliyi

Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz mərhəmətini göstərir. Hətta valideynləri Allaha şərik qoşan müşrik və ya Onu inkar edən ateist və digər günah sahibləri olsalar belə Rəhman olan rəbbimiz onların körpələrini pak yaradır. Bu barədə Allah təala buyurur: "(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur..." (Rum, 30)

Ardı →

Əslində...

Fəlsəfə professoru mühazirədən əvvəl auditoriyaya gəlir və masanın üstünə müxtəlif əşyalar yığır. Dərs başlayanda isə sakitcə böyük, boş bankanı götürüb içinə böyük daşlar yığır və tələbələrdən soruşur: 
— Banka doludu?
— Bəli! – deyə tələbələr razılaşır.
Professor xırda daşlarla dolu qutunu çıxarır və onları da həmin bankaya tökür.
O yenidən tələbələrə üz tutur:
— Banka doludu?
Ardı →

Qaşıqdakı yağ (hekayə)

Bir tacir xoşbəxtliyin sirrini öyrənməsi üçün oğulunu insanların ən müdrikinin yanına göndərmiş.
Cavan bir çöldə qırx gün getdikdən sonra, nəhayət bir təpənin üzərində olan gözəl qalaya çatır. Müdrik burada yaşayırmış.
Bir müdriklə qarşılaşmağı gözləyən bizim qəhrəman, girdiyi salonda qızğın bir mənzərəylə qarşılaşır.
Tacirlər girib çıxır, insanlar bir küncdə söhbət edir, bir orkestr şirin melodiyalar çalır. Dünyanın dörd bir tərəfindən gəlmiş ləzzətli yeməklərlə dolu bir masa da vardı.
Müdrik sırayla bu insanlarla danışırdı və bizim cavan öz sırasının gəlməsi üçün iki saat gözləmək məcburiyyətində qalır.
Ardı →

Xoşbəxt olmağın yeddi sirri

Bəzən insan böyük bir ümüdsüzlüyə düşür və onu nəyin xoşbəxt edəcəyini bilmir. Ümüd edirəm aşağıda qeyd olunanlar xoşbəxt olmağa müsbət təkan verəcək və kimisə xoşbəxt etməkdə köməyi olacaq.

1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər;

Ardı →

Pul adamı xoşbəxt edir?

Pul xərcləməklə xoşbəxtlik arasında maraqlı bağlılıq tapılıb. Məlum olub ki, adamlar pulu özlərindən çox, başqalarına xərcləməyi xoşlayırlar.
Bu barədə Britaniyanın «Elm» jurnalında çıxan məqalədə danışlır. Məqalənin müəlliflərindən Elizabet Dan Kanadadakı Britaniya-Kolumbiya Universitetində psixologiya elmləri üzrə dosentdir. O və həmkarları müəyyən ediblər ki, adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər. Araşdırma zamanı məlum olub ki, az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər, nəinki çox pul alıb, az xərcləyənlər.


Ardı →