Şəbəkə təhlükəsizliyi

İnformasiya–hesablama şəbəkələri müxtəlif  sayda istifadəçi dairəsi üçün nəzərdə tutulmuş qarşılıqlı əlaqəli informasiya emalı və kommunikasiya sistemlərini, texniki vasitələri özündə birləşdirən vahid telekommunikasiya məkanıdır.

İnformasiya-hesablama şəbəkələri – aralıq daşıyıcı istifadə etmədən informasiya mübadiləsi və resursların birgə istifadə olunması üçün terminalların kommunikasiya  vasitələri ilə  əlaqələndirilməsini  təmin  edir.

İnformasiya – hesablama   şəbəkələrinin  xarakterik  cəhətləri  aşağıdakılardır:

  1. Resursların (printer, plotter,  modem,  informasiya  daşıyıcıları  və s. )  birgə  istifadə  olunması;
  2. Verilənlərin  birgə  istifadə  olunması;
  3. Proqramların  birgə istifadə olunması;
  4. İnforlasiya  xidmətlərin  təqdim olunması.

Lakin  informasiya-hesablama  şəbəkələrin ciddi  çatışmamazlığı da mövcuddur:

  • Kommunikasya  avadanlıqlarının,  proqram təminatının,  əldə olunması,  rabitə mühitinin yaradılması üçün əlavə məxariclər  sərf  edilir;
  • Şəbəkənin fəaliyyətinə nəzarət, onun təkmilləşdirilməsi, resurslara daxilolmaların  idarə edilməsi, baş verən nasazlıqların  aradan qaldırılması, ehtiyat surətlərinin təşkili və informasiya mühafizəsi üçün  mütəxəsislər (şəbəkə inzibatçıları) tələb olunur;
  • Kabelli  şəbəkələrdə işçi  stansiyaların  yerdəyişmə  imkanları  məhduddur,  bu zaman əlavə  kabel çəkilişi və  ya simsiz  rabitə mühitinin yaradılması tələb olunur;
  • Şəbəkə  zərərli  proqramların  yayılması üçün münbit mühitdir.
  • Şəbəkə  oğurlanması və məhv edilməsi məqsədilə informasiya  resurslarına icazəsiz  daxilolma təhlükəsini  kəskin  surətdə artırır.

Şəbəkə təhlükəsizliyi onun tərkibinə daxil olan funksional elementlərin fəaliyyətlərindən  asılıdır. Bu funksional elementləri iki kateqoriyaya ayırmaq olar: əsas və əlavə funksional elementlər. Əsas funksional elementlər aşağıdakılardan ibarətdir:

  • İşçi stansiyalar  (istifadəçi və ya  abonentin terminalları)  – bir otaq və ya bina daxilində cəmləşə, eləcə də böyük ərazidə qeyri-məhdud şəkildə paylana və ya bir – birindən uzaq məsafədə yerləşə bilər;
  • Funksional serverlər – informasiya sistemləri və şəbəkələrində mərkəzləşdirilmiş funksiyaların yerinə yetirilməsi, müxtəlif təyinatlı məlumat   bazalarının saxlanması və emalı üçün  nəzərdə tutulur, serverlər də lokal və ya böyük  ərazilərdə paylanmış ola bilərlər;
  • Kommunikasiya vasitələri – işçi stansiyalar arasında, eləcə də onlarla serverlər arasında qarşılıqlı əlaqəni təmin edir, bu zaman rabitə xətti qismində ayrılmış xətlər və ya ümumi təyinatlı sistemləri istifadə olunur;
  • Qarşılıqlı  əlaqə  xidmətləri- telekommunikasiya, rabitə, o cümlədən internet, faks,  telefon və  digər  xidmətlərini  özündə  ehtiva edir.

Əlavə funksional elementlərə  aşağıdakı sistem və modulları aid etmək olar:

  • Kommunikasiya sistemi və şəbəkənin istismarı, diaqnostikası və nəzarəti sistemləri;
  • Kommunikasiya  sisteminin və şəbəkəsinin idarə olunması sistemi;
  • Informasiya  təhlükəsinin  təmin edilməsi  sistemi.

İstifadəçinin identifikatoru iki, fərdi (Private user identities) və açıq (Public user identities) koddan ibarət olur. İstifadəçinin üçüncü tərəf təyin etdiyi fərdi kodu, qeydetmə  və avtorizasiya proseduralarında istidafə edilir. Açıq kod isə onun sahibi ilə digər istifadəçilərin  rabitə seansları  təşkil etmək  üçün tədbiq olunur.

         Telekommunikasiya şəbəkələrində rabitə seansı təşkil edildikdən sonra aşağıdakı  dörd şərtin təmin  olunması  vacibdir:

  • Məlumatı qəbul edən müsahib müəllifin (məlumat mənbəyinin) əsilliyinə əmin olmalı;
  • Müsahib  qəbul etdiyi  məlumatın əsilliyinə əmin olmalı;
  • Müəllif göndərdiyi  məlumatın əsil  müsahibinə çatdırıldığına əmin olmalı;
  • Müəllif müsahibinə göndərdiyi əsil məlumatın çatdırıldığına əmin olmalıdır.

İnformasiya — hesablama şəbəkələrinin əsas fundamental elementlərindən biri serverlərdir.  Serverlər şəbəkənin hesablama və informasiya  resurslarını təşkil edir. İşçi  stansiyalarda isə ayrı- ayrı fərdlər  (istifadəçilər) fəaliyyət  göstərirlər. Prinsip etibarı ilə hər bir kompüter  eyni zamanda həm server, həm də iş stansiyası ola bilər. Bu  halda həmin kompüterə serverlərə və iş stansiyalarına  həsr olunmuş “hücum” növlərinin hər  ikisi tətbiq oluna bilər. Ona görə də “informasiya canilərinin”  serverə hücum məqsədlərini aşağıdakı  kimi təsnifatlaşdırmaq olar:

-         Informasiyaya daxil   olma  imkanının əldə  edilməsi

-         Xidmətlərdən   icazəsiz   istifadə   olunması

-         Xidmətlərin  iş  rejimindən  çıxarılmasına  cəhd  edilməsi

-         Daha təhlükəli  hücumlara kömək mərhələsi kimi, informasiya və ya xidmətlərin  dəyidirilməsinə  cəhd  edilməsi.

Şəbəkənin fiziki strukturunun  ən vacib elementlərindən biri komutasiya qovşaqları hesab olunur. Onlar özlərində informasiyanın qəbulu, emalı, paylanması və ötürülməsi  üzrə  kompleks  qurğuları birləşdirirlər. 

         İnformasiya şəbəkələrində tez-tez təcavüzlərə məruz qalan xidmət serverlərindən biri də domen adlar sistemi (Domain Name System, DNS) serveridir.  DNS  xidməti istifadəçilərə əlverişli  ünvanlama  üçün tətbiq olunur.

İnformasiya mübadiləsi prosesində kompüterlərin bir-birini tapması üçün İNTERNET şəbəkəsində İP protokoluna əsaslanan vahid ünvanlaşma sistemi istifadə  olunur. TCP/İP  protokollu şəbəkələrdə  hər bir terminal üç səviyyəli ünvan ilə təchiz edilir:

  1. Lokal (aparat – Hardware) ünvanı;
  2. ədədi (İP ) ünvanı;
  3. adlandırılmış (DNS ) ünvanı;

Kompüterin lokal (və ya apparat (hardware)) ünvanı onun qoşulduğu şəbəkənin fəaliyyəti üçün tətbiq olunmuş texnologiyaların vasitəsilə təyin edilir. Bu, lokal şəbəkəyə qoşulmuş kompüter üçün şəbəkə adapterinin və ya marşurutlayıcı portunun unikal (yeganə) MAC- ünvanıdır. İEEE beynəlxalq təşkilat standartı əsasında hazırlanmış 48 bitli MAC (Media Access Control) ünvanı bu avadanlıqların vendorları (istehsalçiları) tərəfindən mənimsədilir. Kompüterin şəbəkə adapteri dəyişdirildikdə onun lokal ünvanı dəyişilir. Bir neçə şəbəkə adapteri quraşdırılmış kompüter bir o qədər aparat ünvanına malik olur. Mövcud texnologiyaların hamısı üçün aşağıdakı eyni struktura malikdir:

  • kiçik  24  mərtəbə — təşkilatın   hər  bir adapterə  mənimsətdiyi  unikal  ünvan  OUA  (Organizationally  Unique Address) ;
  • növbəti 24 mərtəbə — adapter hazırlayan təşkilatın (vendorun) unikal identifikatoru OUİ (Organizationally Unique Address) İEEE təşkilatı bir verdora bir neçə OUİ təqdim edə bilər. OUA və OUİ birlikdə UAA (Universally Administered Address) – universal idarə olunan ünvan və ya İEEE- ünvan adlanır.

Ən yüksək iki mərtəbə ünvanın tipini müəyyən edir:

  • birinci bit: İ/G (İndividual/Group) 0-fərdi, 1- qrupvari.
  • İkinci bit: U/L (Universal/Local): 0-aparat ünvanı, 1 — şəbəkənin administratoru  təyin  etdiyi.

Qlobal kompüter şəbəkəsinə qoşulmuş xost (host) üçün lokal ünvan bu şəbəkənin administratoru  tərəfindən təyin edilir.

İP ünvanı kompüter və  routerlərin konfiqurasiyası zamanı şəbəkənin administratoru  tərəfindən təyin olunur.

İP ünvan 32 bit uzunluğuna malik olub, 8 bit təşkil etməklə 4 hissədən ibarətdir.  Bu hissələr oktet  (octets) adlanır  və  bir-birindən “.” (nöqtə) ilə ayırırlar.  Hər bir  hissə 0-255  intervalında qiymət ala bilər. Asanlıqla hesablamaq olar ki, İP  ünvanlarının   sayı 4 milliarddan artıqdır: N=232=4 294 967 296.

İP ünvanı anlayışı ilə xost (host) termini sıx bağlıdır. Xost təkcə şəbəkəyə qoşulmuş terminallar deyil, şəbəkənin router, hub və s. Kommunikasiya avadanlıqları hesab olunur. İP ünvanlaşma sistemi İnternet şəbəkəsinin xüsusiyyətini nəzərə alır. Beləki, İnternet ayrı-ayrı kompüterlərin birləşməsi deyil, şəbəkələr  şəbəkəsidir. Ona  görə də hər bir İP-ünvanı iki hissədən təşkil olunur:

  1. Şəbəkənin ünvanı (şəbəkə identifikatoru, Network İD)
  2. Host ünvanı (hostun identifikatoru, Host İD)

NetworkİD   — şəbəkənin nömrəsi administrator tərəfindən ixtiyari qaydada, İnternet-in tərkib hissəsi kimi fəaliyyət göstərdikdə isə xüsusi NİC (Network İnformation Center) təşkilatının məsləhəti ilə təyin edilir. Adətən İnternet provayderləri bu təşkilatdan ünvanlar diapazonu alıb, öz abunəçiləri arasında paylayır.

HostİD – host  nömrəsi onun lokal ünvanından asılı olmayaraq təyin edilir. Eyni bir host müxtəlif İP protokollu şəbəkələrə fərqli İP ünvan ilə qoşula bilər. Beləliklə, İP ünvan ayrılıqda kompüter və routerləri deyil, bir şəbəkə birləşməsini xarakterizə edir. İP ünvanın bu cür strukturlaşması sayəsində müxtəlif şəbəkəyə mənsub kompüterlər eyni nömrə daşıya bilər. İP ünvanın şəbəkə və host hissələri arasında bölgü yeri müxtəlif ola bilər. Adətən bölgü identifikatorda şəbəkənin nömrəsi üçün ayrılmış bitlərin sayından asılıdır. Maksimal çevikliyini təmin etmək məqsədilə İP ünvanlaşdırmanın  sinifli  və sinifsiz modelləri  istifadə olunur.

         Şəbəkə və host identifikatorlarını bir-birindən fərqləndirmək üçün altşəbəkələrin maskası  (subnet mask) anlayışından istifadə olunur.  Maska şəbəkənin ünvan diapazonun  təsvir üsuludur. O, İP ünvanına analoji struktura malikdir. Maska adətən böyük İP şəbəkələrini  nisbətən kiçik miqyaslı altşəbəkələrə bölmək üçün istifadə edilir.  Fərz edək ki, sizin təhsil aldığınız B sinif şəbəkəyə malik Universitetdə fəaliyyət göstərən 9  fakültənin hər birində 200 kompüter qoşulmuşdur. 255.255.0.0  maskasını tətbiq etməklə Universitet şəbəkəsini hər birində  254 kompüter əlaqələndirə bilən  254-ə qədər  altşəbəkəyə məntiqi olaraq bölə bilərsiz.

         İP ünvanınlarından səmərəli istifadə etmək məqsədilə hal -hazırda sinifsiz ünvanlaşma modelləri (Classless İnternet Direct Routing, CİDR) tətbiq olunmağa baçlanmışdır. İP ünvanın sinifsiz model ilə təsviri: a.b.c.d/n, burada a.b.c.d tam İP ünvanı,  n isə  şəbəkə  identifikatorunu  əks etdirən  bitlərin sayını göstərir.

         Sinifsiz ünvanlaşma  modelinə görə  İP ünvan və maskanın  ikilik təsvirlərinin bit-bit hasili ilə şəbəkə identifikatorunu, İP ünvan və maskanın inkarının bit-bit hasili ilə host identifikatorunu təyin etmək olar.Terminalların adlandırılmış ünvanı DNS sistemi vasitəsilə hər bir ədədi İP ünvana yeganə (unikal)  domen adı mənimsədir.  DNS modeli  ağacvari fayllar sisteminin iyerarxik strukturuna  analoji  təsvir edilir.

         Domen adlar sistemini təsvir edən ağacvari strukturunun  birinci – yuxarı səviyyəsi (Top-Level Domain, TLD) ikihərfli coğrafi (milli) və üçhərfli inzibati domenləri əks etdirir. Bu işarələmələr İAHC (İnternational Ad Hoc Committee) komitəsi tərəfindən  təkmilləşdirilməklə davam etdirilir.

İnzibati domenlər

İstifadə edildiyi sahə

1.

com

Kommersiya   təşkilatları

2.

edu

Təhsil  müəsisələri

3.

gov

Qeyri  hərbi hökümət  idarələri

4.

mil

Hərbi  idarələr

5.

net

Şəbəkə   resursları

6.

int

Beynəlxalq  təşkilatlar

7.

org

Müxtəlif  təşkilatlar

 

Coğrafi domenlər

Ölkə

1.

Ca

Kanada

2.

De

Almaniya

3.

Jp

Yaponiya

4.

Ru

Rusiya

5.

Az

Azərbaycan

6.

Uk

Ingiltərə/ irlandiya

7.

Us

Abş

 

İNTERNET  beynəlxalq şəbəkə olduğu  üçün, müxtəlif ölkələrdə  yerləşən  milli  domen adlarına nəzarət  edilməsi məqsədlə birinci  səviyyə  uyğun  coğrafi tipə uyğun  olaraq milli  domenlər mərkəzləri  yaradılır. Beləli, “az” Azərbaycanın  kodu  olduğu  üçün respublikamızın  ərazisindəki  kompüterlər  aşağıdakı  nümunədəki  ada  malik  ola bilər: gw.wsu.az .  Domen adlar  sisteminin ikinci  yuxarı  səviyyəsi (Second-Level Domain, SLD) fiziki  və hüquqi şəxslər (təşkilatlar)  tərəfindən  təyin edilmiş adlar üçün  istifadə edilir.

         Lokal kompüter  şəbəkəsi  İnternet-ə  qoşulmadıqda  daxili DNS  server lazım olmaya bilər. Domen adlarının  İP  ünvana çevrilməsi texnologiyasında  xüsusi in-addr.arpa  domeni istifadə  olunur. İP ünvanlar  fəzası  da ağacvari struktura  malikdir.

İnformasiya- hesablama  şəkələrinin vacib elementlərindən biri də rabitə kanalıdır. Kanal ötürücü, rabitə xətti və qəbul  edicidən təşkil olunur. Lokal şəbəkələrdə rabitə xətti üzrə ikilik siqnalların  etibarlı  mübadiləsi şəbəkə adapteri  vasitəsilə təmin olunur. Global şəbəkələrdə bu proses informasiya verilişi   qurğusu  ilə təşkil edilir.  Şəbəkə adapteri adətən  müəyyən rabitə  mühitinə hesablanır. Müxtəlif  fiziki mühit istifadə  edən  rabitə kanalı  (simli və simsiz) hər  bir şəbəkə strukturunun  vacib elementi hesab olunur. Telefon  xətti, koaksial  kabel (coaxial cable),ekransiz  (Unshielded Twisted Pair, UTP)və ekranlaşmış (Shielded Twisted Pair,Stp)  hörüklü cütlüklər (Twisted Pair), optovolokon, optik xətlər (Fibre optic),  radiorabitə,  peyk  rabitəsi.

Peyk yerüstü stansiyadan  siqnalı  qəbul edib, görünüş əhatəsində  olan  bütün stansiyalara  geniş  yayımlı rejimdə  translyasiya edən  rabitə qurğusudur.

Müasir və  perspektiv  informasiya-hesablama  şəbəkələrində  (məs., Wi-Fi, WiMax) simsiz  rabitə  kanallarından istifadə edilir. Simsiz  şəbəkələr 2 növ topologiyaya malik  ola  bilər:

  1. Ulduzvari – simli şəbəkələrə  analoji;
  2. “nöqtə-nöqtə” – bu topologiya  aralıq konsentratorlar istifadə etmədən iki  qovşağı   birbaşa  əlaqələndirir  (məs., bluetooth).

Kabelsiz rabitə kanallarında yaxın  məsafələr üçün infraqırmızı sualar, LAN və MAN miqyaslı  şəbəkələrdə isə  radiotezlikli (2.45 Qhs) dalğalardan  istifadə olunur. 

 

0 şərh