Xəzər dənizi haqqında

Böyüklüyünə və bəzi fiziki-coğrafi əlamətlərinə görə Xəzər-dəniz hesab olunur.Xəzər dənizi Avropa və Asiyanın sərhəddində yerləşir.Onu, dünyanın başqa su hövzələri  ilə bilavasitə əlaqəsi olmadığına görə göl də adlandırırlar.Bu baxımdan Xəzər, dünyada ən böyük göldür.

Xəzərin sahəsi 380 min km2-dir.Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir.Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri isə Lənkəran sahəsidir.(1025 metr).Xəzərin səviyyəsi okean səthindən 28 m aşağıdadır.Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o «Cənub dənizi» adlanır.Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə. vı əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır.Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycan ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır.İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsca «canavarlar ölkəsi» deməkdir) yaranmışdır.Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə. v əsr).Daha sonrakı antik müəlliflər bu adlarla yanaşı «Coşqun» və «Hirkan» dənizi adlarını işlədirlər.Qedim rus əlyazmaları abidələrində Xəzər dənizi «Göy» (Monqol-Türklərdən götürülmüşdür), «Xarəzm» (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövləti ilə bağlı), «Xvalın», «Dərbənt» və s. kimi adlandırılır.Bütövlükdə müxtəlif vaxtlarda müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.

Xəzər dənizi ətrafında yerləşən dövlətlər:

1.Azərbaycan;

2.Rusiya;

3.Türkmənistan;

4.Qazaxıstan;

5.İran

Xəzər dənizinin sahil xəttinin uznluğu Azərbaycan Respublikası sahillərində 955,08 km, Rusiya Federasiyası sahillərində 695 km, Qazaxıstan Respublikası sahiilərində 2320 km, Turkmənistan sahillərində 1200 km, İran İslam Respublikası sahillərində isə 900 km-ə yaxındır.

Xəzər dənizinin adaları:

Xəzərdə çoxlu miqdarda adalar var (Pirallahı, Plita, Zorya, Muğan daş,ı Kür daşı, Qarasu və s).

Xəzər dənizinin yarımadaları:

Abşeron yarımadası (Azərbaycanda)

Xəzər dənizinə axan çaylar:

Volqa, Terek, Ural, Kür, Qusarçay, Qudyalçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay, və Astaraçay.

Xəzər dənizinin neft və qaz ehtiyatları:

Xəzər-əhəmiyyətli nəqliyyat yolu, ətraf-mühitin və havanın təmizliyində əhəmiyyətli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir.Xəzərin əsas sərvəti neft və qazdır.1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin arasında ilə bağlanan müqavilə "əsrin müqaviləsi" adlanır.Aparılan tədqiqatlar göstərir ki, Xəzər, dünyada böyük neft anbarıdır.Hal-hazırda Azərbaycanda hasil olunan neftin 67%-i, qazın isə 95%-i Xəzərdən çıxarılır.Xəzər nadir və qiymətli balıq növləri ilə də zəngindir.Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub, estakadalar təşkil olunmuşdur.Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur.Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan «Neft daşları» şəhəri yaradılmışdır.

Xəzər dənizinin bioloji sərvətləri:

Xəzər dənizinin flora və faunasının özünəməxsus zənginliyi var.O, başqa dəniz və göllərdən seçilir.Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir.Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır.Azərbaycanda «Qızılağac», Rusiyada «Həştərxan», Türkmənistanda «Xəzər».Xəzərdə 920-yə yaxın heyvan növü yaşayır.Xəzərdə onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur.Xəzər dənizində nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızılbalıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad və başqa balıq növləri var.

Oxşar məqalələr

4 şərh

hard
Qeyd edim ki, bu, mənim kayzen.az saytındakı ilk topikim idi.Ümid edirəm bəyəndiniz...:)
Ferbara
Yazınızı redaktə edin.
hard
İradınıza görə təşəkkürlər.İndi özüm də nə qədər səhvim olduğunu gördüm.Həyəcan və tələskənlik…
_ZAQATALA_
əziz qardasim cox sagol ki bizə xəzər dənizi haqqinda ətrafli məlumat verdin