Subliminal mesajlar

Adına televiziya deyildi ilk olaraq. «Vericidən ötürülən dalğaların görünüş və səs olaraq görünməsini və duyulmasını təmin edən cihaz» deyə anlamlandırılır. Kim bilərdi televiziya izləyənlər özündən keçəcək. Bizlərə həmişə televiziyanın fiziki zərərlərindən bəhs etdilər. Üç metr geridən izləniləcək, qaranlıqda izlənməyəcək və s. kimi… Kimsə çıxıb televiziyada verilən yayınlardakı proqramların, filmlərdəki və sinemalardakı zərərlərdən bəhs etmədi. Bir baxış yaradır deyə toxunmaq istəyirəm bu mövzuya.

Televiziyanın zehnimizə etdiyi təxribat fiziki zərərlərindən qat-qat daha çoxdur. Bu təxribatı və müalicə şəklini, Alman Beyin Məşq Təşkilatı Başçısı Prof. Bern Fişer: "İki saat televiziya seyr etməklə beynin uyarımdan məhrum edilib, beyində yaratdığı tənbəlliyi aradan qaldırmaq üçün bir həftə zehin məşqi etmək lazımdır" şəklində dilə gətirir. Bir də gündə 2 saat televiziya izləmənin bizdən nələri oğurladığını hesablayaq.Bir adam gündə 2 saat televiziya izləsə, ildə 730 saat edər. Bu da 12 aydan 1 ayını gecə-gündüz televiziya izləməklə keçirmiş olacaq. Zaman mənim üçün qiymətlidir, boşa xərcləmək istəmirəm. Geri gətirə bilmədiyimiz şeylərin qiymətini bilməliyik. Zamanda su kimi axıb gedərkən geri gətirmək mümkün deyil. Buna görə zamanımızı televiziya başında sərf etmək əvəzinə, gündə 2 saat kitab oxuyan bir adam inanılmaz məlumat təcrübəsinə sahib olacaq. 2 saat ibadət edən adam Allaha daha da yaxın olacaq. Ailənizə ayıracağınız 2 saat, ailəiçi məhəbbətinizi artıracaq. İşinizə ayırdığınız 2 saat cibinizə yarayacaq. Və nələr,nələr. Nümunələri artırmaq mümkündür.

Keçən 4-cü hissədə sizləri şüuraltı mesajlarla tanış etmişdim. Subliminal messages (şüuraltı mesajlar) haqqında yazmaqda məqsədim bu mövzunu həmişə birlikdə daha dərindən araşdırmaq, gündəmdə tutmaq və müxtəlif platformalarda paylaşmaq üçün sizə mənbə olmaqdır. Siz şüuraltına istiqamətlənmiş reklamlardan xəbərdarsınız artıq. Bu günkü yazımda isə sizlərə filmlərdə ki, bu tip mesajlar haqqında məlumat verəcəm. Buna görə ilk öncə 25 kare (kvadrat) haqqında bilməlisiniz. 

25 kare (kvadrat) nədir?

Adamın şüuraltına subliminal mesaj göndərmənin bir çox yolu olduğunu söyləmişdik. Bunlardan bir başqası da 25 kvadrat texnikasıdır. Yaxşı, nədir bu 25 kvadrat? Gördüyümüz bir anlıq görüntü, 655 sətir və frame (çərçivə) deyilən 24 kiçik kadrdan ibarətdir. Kino bantında, saat, dəqiqə, saniyə olaraq bir düzülüş vardır. Saniyədən sonra kvadrat gəlir və bir saniyə 24 karedir (kvadrat). Hər 24 kvadrat isə bir ekran böyüklüyündəki kadrı yaradır. Hər 327.5 sətirdə bir də «control-track»deyilən aralıq vardır. Bu aralıqdakı görünüşlər kəsilib, aralarına başqa görünüşlər atılaraq 25 kvadrat yaradılır və bu son kvadrat olan 25-inci kvadrat anlıqdır. Yəni görünüş saniyədə 1 / 24 olacaqkən, bu 1 / 25-ə çıxar. Karelər 25 olunca bir anda bir görünüş verər və anında itər. Ümumiyyətlə görünməz, daha doğrusu görünər amma şüuraltında qalar. 25 kadrın təməl məntiqi də mesajı şüuraltına göndərmək olduğu üçün, artıq dünya kino sənayesində bu texnikanı istifadə etməyən yox kimidir. Yəni sizlər evlərinizdə rahat qoltuklarınıza oturub hər hansı bir televiziya kanalındakı hər hansı bir dizi, film ya da bir sənədli filmi seyr edərkən eyni zamanda 25 karelərlə şüuraltınıza göndərilən mesajlara (təlqinlərə) hücumlara məruz qala bilirsiniz. Göz bunları görmür, amma saniyənin üç mində biri kimi bir zaman aralığında bu görünüş şüuraltına çatır. Bu gizli mesajlar sayəsində, o reklamı, serialı, filmi, ya da hər hansı bir rəsmi hazırlayan adam (prodüsser, rejissor) öz hədəfinə, niyyətinə və ideologiyasına görə vermək istədiyi mesajı 25 karelərlə şüuraltına göndərmiş olur.

Yaxşı, görmədiyimiz halda necə təsirlənirik bu 25 karelərdən? Bu adamlar onsuz da açıq-aşkar bu işi edirlər. Filmlərlə, reklamlarla hər cür mesajı verirlər. Buna baxmayaraq nə üçün belə gizli bir kadr tətbiq edirlər? Cavabı çox sadə: çünki gördüyümüz zaman bu qədər təsirli olmur. Çünki adam, şüurlu bir seçim ilə gördüklərini və ya eşitdiklərini ya rədd edir, ya da qəbul edir. Çünki başdan önünə variant olaraq gətirilmiş olur. Lakin bu, elə bir şeydir ki, insan onu görmür, eşitmir və hiss edə bilmir, yəni bizlərin qəbul frekanslarımızın tamamilə altında və ya üstündə iştirak edir. Belə bir şeyi qəbul yaxud imtina etmək kimi bir imkanımız var mı? Əlbəttə xeyr.

Gözümüz saniyədə 24 kadr qəbul edə bilir ancaq, 25-ci kvadrat də beynimizə yazılır. Gözümüzdə olan «fovea», gördüyümüz bütün görünüşü, diqqət verdiyimiz yerin xaricindəki bütün hissədə buna daxil olmaq üzrə zehinə ötürür. Zehin, diqqət verdiyimiz hissəni, yəni 24 kadrı və 25-ci kareni bir-birindən ayırır. Diqqət ayırdığımız bölüm təxminən 7%-lik hissəni tutar, 93%-lik hissə isə şüuraltına gedər... 

Beləliklə 25 kadrın və subliminal elanların əsas məntiqi budur! Hədəfdəki kütlənin şüurlu seçim haqqını qəsb edərək, onları gizlicə zəhərləmək!

Son zamanlarda yoldaşlarımla bir araya gəldiyimizdə tək danışdığımız mövzu «medianın insan həyatında nə qədər hakimiyyət qurduğu və xüsusilə uşaq gözündəki baxış» oldu. Media bir fərdin yetişməsində nə qədər bir paya sahib olduğunu heç düşünmüsünüz? Uşaq gözüylə baxdınızmı heç televiziyalara? Çox sevilən serialların, cizgi filmlərinin şifrələrindən xəbərdarsınızmı? Subliminal mesajlar, yəni 25 kvadrat texnikasını heç daha əvvəl eşitmişdinizmi? Eşidincə «olmaz canım, kiçik bir kvadrat mənə nə edə bilər ki, üstəlik fərq etmirəm belə» dediniz yoxsa?… Izlədikcə, oxuduqca və araşdırdıqca sizdə beynimizə yazılan kadrın dəhşətini anlayacaqsınız ...

Media sektorunda insanların cəmiyyətdəki yeri necə göstərilir diqqət edirsinizmi? Get-gedə təcavüzün artdığının fərqini görürsünüz? İnternet klublarda silah, sanki su tapancasıymış kimi sağa-sola sıxılaraq uşaqları necə şəbəkə liderliyinə həvəsləndirildiyini heç düşünmüsünüz? Və yaxud ölkəmizdə insanların daha çox baxdıqı türk seriallarında nələri göstərirlər gənclərə heç diqqət etdinizmi? Məsələn kimlər nələrə həvəsləndirilir. Yeniyetmə gənclərin gözündə qadınlıq haralarda? Kurtlar Vadisi deyilmi ucuz qəhrəmanlıqlarla uşaqları silahlandıran? Fatmagül deyilmi təcavüzcüsüylə evlənərək, demək ki sonradan aşiq olmaq olarmış sualını ağıllara gətirib, gənclərə «bizdə təcavüz etsək» ya da «bizdə təcavüzə uğrasaq» fikirlərini yeridən? Unutulmaz serialındakı iki bacı kimə nəyi öyrətdi ekran qarşısında? Bunun bir bənzəri Lale Devri? Aşka Memnun serialındakı tərbiyısizliklər, xəyanətlər gənclərə nə cür örnək olur? Bunlar SƏNƏT üçün ortaya çıxan və cəmiyyətimizi belə alçaq vəziyyətə gətirən şüuraltı texnikalardır. Qadının yeri və kişinin vəzifələri media sayəsində alt-üst olaraq belə cəmiyyət yaradıldı. Payımız böyük bunda, alqışlayıram özümüzü… Media, kişilərin get-gedə ailə rəisliyi anlayışının yerini metroseksualliğin gətirmiş olduğu acizliyin rahatlıqla gözlər önünə sərməmişdir? Biz bunu nə qədər fərq edə bildik? Artıq hər şey nə qədərdə adiləşdi fərqindəsinizmi? 

Bu işi edənlər insanı və insanın yaradılışını çox yaxşı bilirlər. 1900-cü illərə qədər uzanan bir keçmişi var bu cür işlərin. Psixoloq və pshikanalistlərin insanla əlaqədar tətbiq etdikləri, müşahidə etdikləri və təcrübələrlə ortaya qoyduqları məlumat və tapıntılardan yola çıxaraq "İnsana necə təsir edə bilər" sualına cavab axtardılar. İlk başda ticarət hədəfləri və böyük şirkətlərin mallarını xalqa marketinqin bir yolu olaraq gördülər bu şüuraltı təlqinləri. Daha sonra isə bu taktikanı öyrənən hər adam və hər prodüsser öz niyyət, inanc və ideologiyasına görə vermək istədiyi ismarıcları bu yolla insanlara yeritməyə başladılar. Təəssüf ki, insanların şüuraltına özləri nə istəyirsə onu yükləməyə çalışanlar illərdir iş başındadılar. Subliminal mesajlar həm yaxşı şəkildə ola bilər həm də pis şəkildə. Amma ümumi olaraq istifadə edilən pis olanlardır. Bunu az qala hər kəs istifadə edir amma ən çox istifadə edənlər gizli təşkilatlardır. (masonlar, illuminati vs.)

Şuuraltının bütün görünüş, səs və şəkilləri yazma xüsusiyyəti 1900-cü illərdən bəri insanları istiqamətləndirmək üçün istifadə edilməkdədir. Bu şəkildə, şüuraltına yönəlmənin reklamın fəaliyyətini artırmada daha funksional olduğu görülmüşdür. Elə o gün bu gündür tədbiq olunan 25 kadrlar yalnız bir insanı, ya da bir birliyi deyil, bütün insanlığı təhdid edir. Bir qrup psixoloq və yazıçı bu mövzunun gündəmə gəldiyi ilk illərdə bu üsulun uydurma və əfsanə olduğunu və insanlara təsir etməyəcəyini söylədilər. Ancaq, beyin dalğalarını ölçən texnologiyaların inkişafı ilə gizli mesaj ehtiva edən reklama beynin daha fərqli və çox reaksiya verdiyi öyrənildikdən sonra, bu üsulun təsiri isbat edilmiş oldu.

İşin ən maraqlı tərəfi isə bu məsələni gündəmə daşıyan kitab, məlumat və ailə təhsil seminarlarının yox deyiləcək qədər az olmasıdır. İllərdir tədbiq olunan belə ciddi və həyatı bir mövzunun necə olub ki, bütün bir insanlıq tərəfindən hələ bu şəkildə yeni-yeni öyrənilir olması düşündürücüdür.

Bu filmdə virtual reklam İstifadə olunmaqdadır (Dizide sanal reklam uygulanmaktadır) 

Sizlər, televizorlarınızın qarşısında uyumağa davam edərkən, kreslonuza oturub ən sevdiyiniz serial ya da filmləriniz yayına başlarkən: “Bu filmde (dizide) sanal reklam uygulanmaktadır” xəbərdarlığını görmək mümkündür.

Yaxşı, nə deməkdir «Virtual Reklam?»

Sənaye Nazirliyinə görə virtual reklamın tərifi belədir; «Virtual reklam, qanunla istifadəsi qadağa olunmuş görünüşlərin, canlı və ya bantdan kompüter bacarığı ilə manipülyasyonu və söz mövzusu görünüşlərdə iştirak edən müxtəlif ünsürləri reklam məqsədi ilə hal-hazırda istifadə edilən və ya gələcəkdə inkişaf etdiriləcək texnologiyalar vasitəsilə oyun sahəsi və ətrafı üzərinə salınan bütün görünüşlərdir.»

Xüsusilə bəzi filmlərdə alqılanamayacak qədər qısa müddətlərlə göstərilən foto kadrları reklam məqsədli olsada, çox zaman şiddət, ya da cinsəllik məzmunlu kadrlar halında insanların şüuraltına hücum edir. Məsələn Aslan Kral, Jessica Rabbit, The rescuers çizgi filmlərində ədəbsiz gizli fayllar və şüuraltı mesajlar çox istifadə edildi. Europa, Quzuların Səssizliyi, Döyüş Klubu filmlərində və bir çox reklam filmlərində şüuraltı mesaj ehtiva edən kadrlar var. Bu üsulu istifadə edənlər, ya həssaslıq göstərilən kiçik uşaq və körpələri, ya da qadın cinsiliyini istifadə edirlər. Elmi olaraq da ortaya çıxarıldı ki, cinsi xəbərdar edənlərə çox məruz qalan insanlarda ağır şəxsiyyət pozğunluqları görülə bilir. Bu səbəbdən film seyr edərkən belə diqqətli olunması lazımdır. Cizgi filmlərdə qadın fiqurları uşaqlara cinsəlliyi çağrıştıracak tərzdə şişirdilmiş şəkildə seçilir. Kiçik yaşlarda bu xəbərdar edənlərlə tanış olan uşaqlarda bəzi şeylərə erkən yaşlarda əlaqəli olmasına görə yetkinliyə giriş yaşı da düşür. Bizə məlum olan hadisələrdə 13-14 yaşlarında qız uşaqlarının hamilə qaldıqlarını öyrənirik. Yaxşını pisi ayırd edə bilməyəcək yaşda bu cür şeylərə məruz qalan uşağın şəxsiyyət inkişafı da alt-üst olur. Baxdığınız vaxt cizgi filmlərinin təxminən yüzdə 80-i şiddət ehtiva edir. Bunları görən uşaq dostlarına da eynisini etməyə başlayır. Daha da pisi, ölüm faktı uşağa zamanla adi gəlir.

Döyüş klubu (The Fight Club)

25 kvadrat texnikasının tətbiq olunduğuna misal olaraq bir film: Döyüş klubu (The Fight Club). Nə üçün bu film? Bir dəfə adına baxaraq bunun bir döyüş filmi olduğunu zənn etməyin. 

«Gün gələr sahib olduqlarınız, sizə sahib olmağa başlayar!» şüarı ilə müasir insanın istehlak mərkəzli həyat tərzini sorğulayan və eyni zamanda şizofreniyalı (cüt-şəxsiyyətli) bir şəxsiyyəti izah edən bir filmdir döyüş klubu. Bu filmin rejissoru, musiqilərini edən adam homoseksualdır və 25 kvadratlara də homoseksuallıqla əlaqədar mesajlar yerləşdirmişdir. Bu mesajları aldıqda homoseksualizm sizə normal bir olaymış kimi gəlir.

Edward Norton və Brad Pittin baş rollarını paylaşdığı və David Fincherin idarə etdiyi bu film, 2000-ci ildə Empire Mükafatı (İngiltərə), 2001-ci ildə Ən yaxşı DVD, ən yaxşı DVD izahatı, ən yaxşı DVD xüsusi tərkibi mükafatını almışdı. 2005-ci ildə Total Film maqazin mükafatlarında (UK) «Dünyanın bu günə qədər gəlmiş keçmiş ən yaxşı film mükafatına layiq görülmüşdür.

Həqiqətən çox təsiredici bir filmdir. Müasirliyə qarşı çıxaraq:

»Gün gələr sahib olduğunuz, sizə sahib olmağa başlayar"
«Hər şeyi nəzarət etməyi burax və rahat ol ...»
«Nifrət etdiyiniz işlərdə çalışıb gərəksiz şeylər alırsınız.»
«Seyr etdiyiniz reklamlar üzündən avtomobil və paltar dəyişdirməlisiniz.»
«Sizlər pulunuz qədər yaxşısınız.»
«Siz işiniz deyilsiniz ...»
«Mindiyiniz avtomobil deyilsiniz.»
«Kredit kartlarınızın limiti deyilsiniz» deyirdi.

İndi, «Dünyanın bu günə qədər gəlmiş keçmiş ən yaxşı film mükafatı» na layiq görülən bu filmdəki 25 kadrları tuta və filmdəki hər saniyəni kadr-kadr izləyə bilmək üçün əvvəl;

1. Filmi kompüterinizə yazın.
2. Mediaplayer ilə izlərkən film səhnələrini 1/16 «Slow/yavaş» izləmə rejiminə gətirin.
3. «Klcodec» ilə izlərkən altdakı ox işarələrindən «Decrease Speed​​» ə üç dəfə basıb filmi ən yavaş halına gətirməniz lazımdır. Beləcə hər saniyəni təxminən 5 saniyədə izləyəcək və hər kadrı tək-tək tuta biləcəksiniz.

NƏTİCƏ:

1. Araştırmalarımız nəticəsində filmin rejissorunun cinsi pozğun (sexomaniac) olduğunu öyrəndik.
2. Filmin (bizim tutan bildiyimiz) 26 fərqli yerində 25-inci kadrlar istifadə edilmişdir.
3. 25-inci kadr texnikası ilə əlində siqaret olan Brad Pitt rəsmi filmin müxtəlif yerlərinə yerləşdirilmişdir.
4. Rejissor filmin 2 fərqli yerində 25-inci kvadrat texnikası ilə kişi cinsi orqanını yerləşdirmişdir.
5. Yenə filmin 2 yerində Uşaq Pornosu şüuraltına yerləşdirilmişdir.
6. Unutmayın 25 kadrların iştirak etdiyi hər film kimi bu filmdə də normal seyrində görülməsi lazım olanların xaricində heç bir şey görünmür. Əslində çox şey görünür, amma heç kim nə gördüyünü bilmir.


11 Sentyabr hücumlarında məhv edilən Əkiz Qüllənin tam arasındadır bu heykəl. Özü qibləyə yönəlmişdir və Kəbəni təmsil edir… Bu izah etdiklərim həqiqətdir, gizli-gizli bir şey də deyil onsuz da, verdiyim linkdə də görə bilərsiniz. en.wikipedia.org/wiki/The_Sph...cation_history

25-ci kadrın tətbiq edildiyi tək filmin bu olmadığını, bunun yalnız araşdırmaçıların üzərində çalışıb həqiqətən 25 kadrları tutduqlarını təkrar ifadə etmək istəyirəm. Amerika film şirkətləri və digərlərinin 1950-ci illərdən bəri bu texnikasını işlətməsini bildiyimiz, düşündüyümüz zaman, ortaya çıxan mənzərə bilmirəm sizləri də hürküdürmü? İzlədiyimiz və ya uşaqlarımıza izlətdiyimiz hər dizi və filmdə şüuraltımıza, o prodüserlərin öz düşüncə, inanc və həyatlarına görə vermək istədikləri hər mesajı birbaşa subliminal mesajlarla şüuraltımıza yerləşdirmiş olmalarıdır.

QEYD: Film yüklərkən filmin fps-inə baxırıq, ya ümumiyyətlə 23.937 (ya da elə bir şey) olur, o normal olanıdı. Amma bəzi filmlər 25 kadr (frame per second = saniyə başına kvadrat) nisbətinə sahibdir ki, onlarda kim bilir nə kimi 25 kadrlar vardır. Bunlara inanmayanlara və gülənlərə sözüm budur ki, yəni bu cür bahalı filimlər çəkib, milyonlar qazanan Hoolywood filim yaradıcılarının ağlı
sizin ağlınızdan zəif işləyir? Onsuz da marağa səbəb olan filimdən milyonlar qazanırlar. Daha belə işlərə nə gərək var ki? Burasını da siz düşünün!

Şüuraltı mesajlar qadağan deyilmi?

Şüuraltı reklamların təsirinin sübut olunmasının ardından, bir tərəfdən bu üsulun istifadəsi artdı və digər tərəfdən də bu kimi üsulların istifadəsini önləməyə istiqamətli qanunlar çıxardıldı. Türkiyədə RTÜK şüuraltı reklamı: «Texniki qurğular vasitəsiylə televiziya verilişlərində çox qısa davamlı görünüşlər istifadə edərək, tamaşaçıların ancaq şüuraltıyla qəbul edə biləcəkləri məhsul və ya xidmətlərin tanıdılmasına dair mesajlar ehtiva edən reklamlar» olaraq təyin edilmişdir.

Türkiyə qanunları istehlakçının qorunması baxımından, gizli reklam və şüuraltı reklamıda qadağan etmişdir. 3984 saylı qanunun 20-ci maddəsi: «Reklamların, proqram xidmətinin digər ünsürlərindən açıqca və asanlıqla ayırd edilə biləcək və vizual baxımdan ayrılığı fərq edəcək şəkildə təşkil edilməsini, şüuraltı ilə qəbul edilən reklamlara icazə verilməməsini» hökmə bağlamışdır.

Radio və Televiziya Təşkilatları Reklam Nəşr Qanunları və üsulları ilə Reklam gəlirləri Üst Məclisin paylarının ödənilməsi haqqında Yönətməliyin 11. məqaləsinə görə də: «nəşrlərdə gizli reklam edilə bilməz. Programlarda açıqca reklam olduğu bildirilmədikcə məhsul və ya xidmətlər reklam məqsədini daşıyan şəkildə verilə bilməz. Çox qısa müddətlərlə imic verən, elektron cihaz və ya başqa bir vasitə istifadə və ya strukturlarının nə olduğu mövzusunu izləyənlərin fərq edə bilməyəcəkləri və ya bilmədikləri bir formaya salaraq, şüuraltıyla alqılanmasını təmin edən elanların yayımlanması qadağandır.»

Ölkəmizdə isə Ans Tv kanalında bu yöndə aktivlik hiss olunur


1964-də İngiltərə, 1974-cü ildə ABŞ olmaq üzrə dünyada 55 ölkə insanlarını bu texnikalara qarşı qorumağa almışdır. Rusiyanın Yekaterinburq şəhərində yayımlanan ATN Televiziyasının «Otur və ATN izlə» şəklində bir gizli mesaj verdiyi təsbit edilmiş və 2 ay yayın lisenziyasının ləğv edilməsinə səbəb olmuşdur.

Nəticədə, Türkiyədə və dünyanın bir çox yerində şüuraltı reklam qadağan edilmişdir, amma bütün reklamları, dizi, film və sənədli filmləri şüuraltı mesaj daşıyıb daşımadığına nəzarət edəcək bir qurum qurulmamışdır.

Eee… Nə var bunda deyəcəksiniz! Simvolizmi ya da xalq arasında Dəniz atı cinsiyətsizliyi simvolizə edir. Ayrıca bənövşəyi nəslin rəngi olaraq bilinsədə, digər bir tərəfdən iki cinsliliyi də işarə etdiyi bilinir. Hətta bir dövr Telepuziklərin bənövşəyi olanı üçün də belə demişdilər «hermafrodit»… hermafrodit, Yunan mifologiyasında yarısı qadın yarısı kişi bir tanrıydı və iki cinsliliyi işarələyirdi. Döyüşkən kişinin rəngi qırmızı ilə sakit qadının rəngi mavinin qarışığı olan bu rəng, daha Orta əsrlərdəykən, «ziddliklərin birləşmə nöqtəsi» nın simvolu sayılırdı. İki rəngin qarışığı olan bənövşəyi, iki həqiqətin ortasında iştirak edir və aralarında bir körpü meydana gətirirdi. Eyni zamanda, Fransadakı homoseksual və transvestitlər, özlərini «les Violets» (bənövşəyilər) olaraq adlandırmışlar. Aşağıda şəkildəki gayləri təmsil edən telepuzikin rəngli və başındaki üçbucağın aşagıya tərəf dönük olması buna bir sübutdur. Yəhudi ulduzunda bir-birinə keçirilmiş iki üçbucaqın uc hissəsi yuxarı olanı kişini, aşağı olanı isə qadını simvolizə edir.

"Üzüklərin Əfəndisi«ndə də 25 kvadrat və şüuraltı mesajları var.

»Click" filmində başlanğıcdan bəri xarakterlərin din ilə bağlı bir vurğu edilməzkən, filmin sonuna doğru dramın artdığı bir məqamda baş xarakterlərin yəhudi olduğu qəbiristanlıq səhnəsi ilə seyirciyə göstərilir. Təbii olaraq da Davudun ulduzu səhnənin bir çox yerində gözümüzə ilişir. Adam Sandler yəhudi imiş. Filmlərində də yəhudiliklə bağlı işarələr tapıla bilir. Amma sonra yuxarıda yazdığım kimi başlanğıcda, ya da ortalarda dini bir vurğu edilməzkən, səhv bu səhnədən başqa heç bir səhnədə vurğu edilməzkən, tək bir səhnədə vurğu edilməsi məndə məmnunsuz bir təəssürat oyatdı.

«Parisdən sevgilərlə» filmində də bənzər bir hadisə var. Narkotik və terroristlər hər vaxt Orta Asyadan gəlirlər filmlərdə. Binada divarda böyük-böyük bu söz yazılır. İlk baxışda «Allah» yazısına bənzətdim.

Xəbərdarlıq:

Televiziya qarşısında yatan, yatızdırılan bir çağda yaşayırıq. Oyan ey cəmiyyət və oyandırın yatan ruhları… Zehnimizi başqaları deyil, özümüz idarə edək… Bütün bunları və bura qədər üzərində əhəmiyyətlə dayanmağa çalışdığım şüuraltına istiqamətli olaraq subliminal mesajlar və 25 karelərlə hazırlanan şəkil, film və reklam nümunələrini siz dəyərli oxuyucularıma bir sənəd xarakteri daşısın deyə araşdırıb tək-tək incələdiyim və izlədiklərim ən can alan nəticələri sizlərə göstərdim və göstərəcəm.

Düşmən fasiləsiz çalışarkən, sən Facebookun, hayranlıqlarının, fanatizmin köləsi olmağa davam et. Onlar özlərini inkişaf etdirmək üçün addım-addım irəliləyir, sən boş şeylər üçün baş yormağa davam et. Eyləncənə düşkün ol. Manyak ol. Millətə özünü bəyəndirmə səyində ol. Boş ol. Və ən sonunda da həqiqətən yox ol, varlığının faydası yoxdur çünki.

Aman əsla boş şeylərdən uzaq qalma. Hürrəmin neçənci şəhzadəyə hamilə olduğunu öyrənə bilməsən, Fatmagülə neçə adam təcavüz etmiş, saya bilməsən, Kıvanç Tatlıtuğun adamı necə döydüyünü və bədəninin nə qədər quruluşlu olduğunu görə bilməsən, qərb mədəniyyəti aşılayan bir serialın yeni mövsümündə nə olub bitəcək bilə bilməsən nə olar?! Ürək dayanar o marağa elə deyil? Canım kölə, qəşəngim kölə… Arxanda dönənlərin fərqini anla. Mən onsuz da bilikliyəm, mənə bir şey olmaz deyib ayaqlarına yatma. Sən şüurlu deyilsən, sən güclü deyilsən. Sən yazıqsan! Özünə hörmətindən ötəri istehlak canavarısan deyək, Şəxsiyyətinə hörmətin üçün də bu canilərə qarşı canavar olmağa nə deyirsən?

Oxşar məqalələr

 

13 şərh

_BUMERANQ_
Mövzu maraqlı mövzudu. 
Amma məqalə bərbaddı.
Maraqlısı odu ki, saytı gözəl məqalələrinə görə bəyənib gəlir istifadəçilər, amma daha da gözəlləşdirmək əvəzinə korlayırlar saytı.(hər kəsə aid deyil, korlayanlar göz qabağındadı)
Ferbara
Hard, siz hələ də qaydaları oxumamısınız.
hard
Hörmətli _BUMERANQ_ və Ferbara, bəs indi necədir?


_BUMERANQ_
Yaxşısı budu siz qaydaları yaxşı-yaxşı oxuyun, nəsə aydın olmasa biz sizə kömək edərik.
 http://kayzen.az/page/qaydalar/
hard
Məsləhətinizə görə sağ olun, amma narahat olmayın.Çünki mən qaydaları çox yaxşı oxumuşam və hər topiki yazarkən qaydalara riayət etməyə çalışıram.Amma bəzən istifadəçilər də bir-birlərinə kömək etməlidirlər.Belə istehzalı, kinayəli, üstüörtülü sözlər heç kimə lazım deyil.Xahiş edirəm, nə demək istəyirsinizsə üzümə deyin.Məsələn, «amma sözündən əvvəl vergül qoymamısan» və s.
_BUMERANQ_
Qaydaları çox yaxşı oxuduğunuzu desəniz də tətbiq zəifdi. Bəzən yox, istifadəçilər həmişə bir-birinə kömək edib. Öz adıma deyə bilərəm ki, kimdən kömək istəmişəm, kömək edib. Eynən mən də kimə kömək lazım olub etmişəm.
Bu topik sizindisə, yazdığım şərh də birbaşa sizə aiddi, hansı istehzadan söhbət gedir?

P.S: Cümlə özü amma sözü ilə başlayırsa, ondan əvvəl heç bir vergülə ehtiyac yoxdu. 
Bu qədər xırdalığa varan birinin belə böyük səhvlər etməsi qəbuledilməzdi. 
hard
Mən ona görə istehzalı söz  işlətdiyinizi dedim ki, sanki sizin sözünüzdən elə çıxdı ki, mən qaydaları oxumamışam, ya da buna heç fikir vermirəm, yəni özümü çoxbilmiş kimi aparıram.Bundan başqa ona görə sözü üzümə deməyinizi xahiş etdim ki, nə dediyinizi başa düşmədim, çünki bu saytda düz 13 qayda var və hansı qaydadan söhbət gedir bilə bilməzdim.

Bir də, mən «amma» bağlayıcısını sözgəlişi yazdım.Həmişə cümlələr «amma» sözü ilə başlamır, bəzən cümlənin ortasında da bu sözə rast gəlinir və bu zaman bu sözdən əvvəl mütləq vergül qoyulmalıdır.
hard
kayzen.az acı bağırsaq deyil. Bir fikrin ucundan tutub ucuzluğa getmək, mənasız mübahisələr etmək olmaz. Açılmış mövzuya fikrini bildir,müzakirə apar,yeni nəsə öyrən və öyrət. Başqa istifadəçilərə maraqlı olmayan yersiz disputları başqa saytlarda edin.Qaydalarda belə bir maddə də var idi.
istorik_c
Mövzuya söz ola bilməz.Amma mən də razıyam ki, xüsusən durğu işarələri ilə bağlı səhvlər göz qabağındadır.
Ferbara
Şərhimdə cümlənin qarşısında «hard» yazmışamsa, deməli sözü üzünüzə deyirəm. :)
Birinci səhv: qalın hərflərlə yazıb gözümüzü yormayın. Bütün hərfləri qalın,kursivlə,BÖYÜK HƏRFLƏRLƏ,TuLlAnAn HəRfLəRlƏ yazmaq olmaz. 
Ferbara
Əslində saytda hərə öz beyin məhsulunu (yəni tərcümə olunmuş, ya da elə öz fikirlərinizdən ibarət mövzu), ya da sadəcə barmaqlarının məhsulunu (yəni internetdə olmayan və kitab vərəqlərində qalmış dəyərli məlumatları elektron versiyasını hazırlamaq) yerləşdirməlidi. Amma saytda başqa saytdan köçürmə məqalələrin (copy-paste məqalə) epidemiyası yarandığına görə bu tələb bir az qüvvədən düşmüşdür. Başqa saytdan götürdüyünüz mətnin nöqtə-vergülünə düzəliş verin (yəni zibilini təmizləyin) və sonra bura yerləşdirin.
Hard, sizin üçün açıq yazdım.
hard
Sizinlə tamamilə razıyam, Ferbara.Bu saytda hər kəs öz beyninin məhsulunu yerləşdirməlidir.Qaydalarda da bu maddə öz yerini tapıb.Amma mənim bu saytda keçirdiyim vaxt çox məhdud olur.Ona görə də bu qədər uzun məqaləni qısa bir vaxt ərzində yazmağım qeyri-mümkün olan bir işdir.Lakin saytda passiv görünmək istəmirəm.Məhz bunun üçün də, maraqlı məqalələr tapıb sizlərə təqdim etmək istəyirəm.
Ferbara, mən də sizin üçün açıq yazdım.
DrELM
«kare»  sözü türklərdə «kadr»  mənasında istifadə olunur. Siz «kvadrat» tərcümə etməklə məqaləni öldürmüsünüz.  İngilis dilində «frame»  yazılıbsa biz də onu "çərçivə"  tərcümə etməyəcəyik ki…  Tələsik tərcümədir,  düzəltmək lazımdır.