Mobil telefonlar

1973-ci ilin 3 aprel ayı, bəşəriyyətin həyatını dəyişən və rabitənin inkişafına səbəb olan bir gündür. Bu gündə Motorola şirkətinin əməkdaşı Martin Kuper Nyu-Yorkda yerləşən Motorola Dyna TAC ofisinə zəng edərək mobil telefonu vasitəsi ilə ilk zəngi edir. Şirkətin baş mühənidisi Kuper mobil telefonla danışan ilk insan olduğu üçün çox xoşbəxt idi. Cihaz 22 sm uzunluğunda idi. Danışıq vaxtı 35 dəqiqə, enerji ilə təmin olunması isə 10 saat təşkil edirdi.

Mobil telefon vasitəsi ilə ilk danışıqdan 10 il ötdükdən sonra Motorolla satış üçün nəzərdə tutulan DynaTAC 8000X modelini istehsal edir. Onun ağırlığı 1 kiloqramdan çox idi və qiyməti 3 500 dollar təşkil edirdi. Martin Kuper bu telefonların ölçülərinin böyük olduğu və bahalı olduqları üçün heç zaman dünya bazarında məşhur olmayacaqlarını düşünürdü.

Mühəndislik və Texnologiyalar İnstitutunun mütəxəssisi Mayk Şort Kuperin ilk zəngini ictimaiyyətdə bir sıçrayış kimi təsvir etmişdi. Onun sözlərinə görə, mobil telefonları satışa buraxmamışdan əvvəl mühəndislər və alimlər telekommunikasiya sahəsində bir sıra tədqiqatlar və testlər aparmışdılar. Tədqiqatların ilk onilliyini müştərilərin tələbatlarının araşdırmalarına sərf edilmişdi.

Mobil telefonlar haqqında 7 maraqlı faktlar:

1 . İlk “açılıb-bağlanan” telefon: 1989-cu ildə Motorola şirkəti MicroTAc modelini yaradır. Açılmış vəziyyətdə onun uzunluğu 22 sm təşkil edirdi.

2 . Yeniyetmələr üçün telefon: 1999-cu ildə Nokia 3210 modeli məktəblilər və yeniyetmələr arasında şöhrət qazanır. Uğurun sirri mobil telefonlarda ilk video oyun olan “İlan” oyununda idi. Bundan savayı, telefonda bir sıra rəngli panellər var idi. Bu da gənc istifadəçilərin diqqətini cəlb edirdi.

3 . Rəng tətbiqi: Sony Ericson T681 modeli buraxılana qədər bütün telefonların ekranı ağ-qara idi. T681 modeli telefonun displeyinin rəngli ola biləcəyinin və texnologiyanın irəlilədiyinin bariz nümunəsi idi. Bundan savayı, telefonda Bluetooth, MMS, e-mail, həmçinin WAP vasitəsi ilə internetə giriş tənzimləmələri var idi.

4 . Nüfuzlu telefon: Danger Hiptop modeli biznes sinfinin ilk mobil telefonu olmuşdu. O, 2002-ci ildə buraxılmışdı və böyük səs-küyə səbəb olmuşdu. Telefonun ekranı 2, 6 düymədən ibarət idi. Həmçinin telefonda AİM mesajlarının mübadilə xidməti təqdim olunmuşdu.

5 . Mobil telefonların biznesi işğal etmələri: 2003-ci ildə BlackBerry 6210 modeli buraxılır. Bu model biznes sahəsini işğal etmişdi. İş adamları boş vaxtlarını telefonda elektron məktubların oxunulmasını sərf etməyə başlamışdılar.

6 . İlk həqiqi smartfon: Palm şirkətinin istehsal etdiyi Treo 600 modeli ilk smartfon idi. Telefonun kamerası, MP3 çaları və rəngli ekranı var idi. Bir çoxları Android və İOS üçün Treo 600 modelinin əməliyyat sistemindən bəhrələnildiyini hesab edirlər.

7. Cazibədar telefonlar: Razr özündə yüksək texnologiyaları və gözəlliyi birləşdirən ilk telefon modeli olmuşdu. Motorolanın yeni modeli 2004-cü ildə füturistik üslubda buraxılır. Bütün dünyada onun satışı 130 000 000 nüsxə təşkil etmişdi.

 

 

məlumat mərkəzi bankir saytı

 

5 şərh

imtogrul
Bildiyimə görə yaxın vaxtlarda elastik telefonların istehsalına başlanılacaq
velili_hemide
3 aprel ayı*
imtogrul

3 aprel ayı — aprel ayının 3-ü anlamını daşıyır. Mətn başqasına aid olduğu üçün dəyişiklik etməyi düşünmədim. Diqqətiniz üçün minnətdaram

velili_hemide
Maraqlı yazıdır, çox sağ olun. Sadəcə məncə 3 aprel ayı ifadəsi yalnışdır. 3 aprel günü olmalı idi. Buyurun
imtogrul
Siz sağ olun. Təbii ki, yanlış cümlədi, sizlə razıyam. Amma yuxarıda qeyd etdiyim kimi, başqasının mətni olduğu üçün dəyişiklik etməyin düzgün olmadığını düşündüm. Diqqətiniz və fikirləriniz üçün təkrar təşəkkür edirəm