iPad üçün akkordeon

Alex Komarov Inc. və Сережей Рачок adlı iki rus yeni çıxmış məşhur iPad üçün çox maraqlı bir application hazırlayıblar. Sonradan iPhone üçün də versiyası təqdim olunan bu maraqlı proqram çox böyük populyarlıq qazanıb. Hətta Apple şirkətinin özü belə bu proqramla maraqlanmağa başlayıb.Məşhur IT-jurnallar da bu barədə ətraflı açıqlama verib.Yüz sətir oxumaqdansa bir dəfə videosuna baxmaq yaxşıdır.

Proqramın qiyməti 3.99 dollardır. Əgər canlı ifanı görmək istəyirsinizsə,bu videoya baxın.Doğurdan da çox gözəl alınıb:

7 şərh

2ral
Fəvvarələr meydanında bir akkordeon  çalan day-day var(çox gözəl də ifa edir).Təcili ona iPad almaq lazımdır.
HTML
Hələ Bakıya iPad gəlməyib.gələn kimi multi-touch iPad almaq lazımdır.Əgər imkan olmasa iPhone da ala bilərik.Artıq onun üçün də appication var.

daha böyük ölçüdə burda var(600 kilobayt)
Cavid
Maraqlıdır ki, İpad Amerikada bazara Şənbə günü çıxarılıb və 300.000 satılıb. Bu göstərici İphone da təxminən belə olub.
Leyla
Apple yenə də fanatlarını sevindirir: Makintoç,iPhone,iTunes,iPod,iMac,indi də iPad. Həqiqətən çox maraqlı bir qurğudur.
Fəvvarələr bağındakı dayı Dolya vorovskaya mahnısı elə qəşəng çalır ki. təsəvvür edirəm iPadda necə gözəl ifa alınar:)
fidan
Sizin xoşunuza gəlmirsə bu o dmək deyil ki,iPad pis məhsuldur. Onun böyüklüyü elə onun üstünlüyüdür.Mən kiçik ekranda internetə girmək istəmirəm,rahat deyil.Özümlə dəvə boyda noutbuk da daşımaq istəmirəm.Mən bir qız kimi eleqant,gözəl,sadə,eyni zamanda çox rahat interfeysi olan devays istəyirəm.iPad məhz mənim kimilər üçündür.
Ay uşaqlar,Fəvvarələr bağındakı dayıya almaqdansa yığışın mənə bir iPad alın.Reytinqinizə + verəcəm.)))