Smartfonlar birincilik uğrunda yarışdılar

Sizcə smartfonunuz yetərincə sürətlidir? İstədiyiniz vaxt istədiyiniz funksiyaları yerinə yetirə bilirsiniz? Yenicə satışa çıxarılmış Windows Phone əməliyyat sistemli Nokia Lumia smartfonları bu baxımdan sizi tam qane edəcək. Yeni Nokia Lumia ailəsindəki hərəkətli lövhələr sizi istənilən funksiyalara saniyələr ərzində çatdıracaq və bütün xəbərləri real rejimdə göstərəcək. Nokia Lumia-nın internet brauzeri vasitəsilə internetdə görünməmiş sürətlə gəzişmək olar. İndi siz bəyəndiyiniz onlayn videoya heç bir çətinlik olmadan baxa biləcəksiniz. Şəkil çəkib Facebook-a yerləşdirmək isə - bir göz qırpımında, hətta bloklaşdırılmış ekranla! Lumia smartfonlarının köməyilə adi toxunuşla sevimli mahnılar dünyasına qərq olmaq və eksklüziv Radio Mix funksiyası ilə offlayn dinləmək, Xbox LIVE oyunları ilə əyləncəli vaxt keçirmək mümkündür.
Həmin bu Lumia smartfonu bu yaxınlarda digər smartfonlarla yarışmaya qatılaraq “Windows Phone Lumia ilə bacarsan, 100 manat qazanacaqsan” vədini verdi. Həmin gün orada olan Miri Yusif həm yarışmaçılarla yarışdı, həm də yeni “Nirvana” albomundan super mahnılarla insanları coşdurdu. Yeri gəlmişkən, yekun hesab 25:1 oldu. Elə də pis nəticə deyil

 
 

1 şərh

azadmamedov90
Yaxşı reklamdlr, ama artıq yeni nəsil telefonlar var, məncə ən yaxşısı elə köhnə ağ qara telefonlardır.