Рейтинг
+3.62

kompüter və hardware

19 üzv, 35 topik

Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4 əldə etmək üçün 4 səbəb

Samsungun yeni cihazları — Galaxy Z Fold4 və Galaxy Z Flip4 — smartfon həvəskarları arasında böyük ajiotaja səbəb olub. Bu gün sizə “bəs mən niyə görə bunu almalıyam?” sualına 4 cavabı təqdim edirik.

Özünüzü ifadə edin

Hər birimiz üçün smartfon təkcə ünsiyyət vasitəsi deyil, həm də özünü ifadə etmək imkanıdır. Məsələn, Galaxy Z Fold4 təkmilləşdirilmiş 50MP geniş bucaqlı obyektiv və 30x Space Zoom obyektivi sayəsində heyrətamiz foto və videolar çəkir. Müxtəlif kamera rejimləri çəkiliş çevikliyini artırmaq və unikal forma faktorundan istifadə etmək üçün xüsusi olaraq hazırlanmışdır. Daha böyük piksel ölçüsü, 23% daha çox sensor parlaqlığı və təkmilləşdirilmiş emal gücü ilə istifadəçilər hətta gecələr də heyrətamiz şəkillər çəkə bilərlər.


Davamı →

Samsung-un yeni devaysları üçün satışlar başladı: 9 sentyabra qədər hədiyyələr ilə

Yüksək tələbi nəzərə alaraq, Samsung Azərbaycan yeni Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4 qatlanan smartfonlarını alanlar üçün “hədiyyə dəstinin” uzadılmasını elan edir. Şirkətdən verilən məlumata görə, avqustun 10-da bütün dünyaya təqdim olunan cihazlara istifadəçilərin marağı gözləntiləri üstələyib və bu səbəbdən sentyabrın 9-dək Azərbaycanda Samsung distribyutor mağazalarının hər hansı birindən yeni cihaz alan hər kəs hədiyyə olaraq Galaxy Watch4 və Samsung Care+ Eksklyüziv Displey Zəmanətini əldə edəcək.

Öncədən sifariş vermək üçün “Samsung Azərbaycan” şirkətinin rəsmi internet saytına daxil olub, sonra rəsmi distribyutorlardan birinin seçib, sifarişi tamamlamaq olar. Eyni zamanda, Galaxy Z Flip4 Azərbaycanda dörd rəngdə (bənövşəyi, çəhrayı qızılı, mavi və qrafit) satışa çıxarılacaq, onun qiyməti 2499 AZN, Galaxy Z Fold4 isə üç variasiyada (bej, tünd göy və qara) təklif olunur, onun qiyməti isə 4199 AZN təşkil tedir.


Davamı →

Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb!

Avqustun 10-da bütün dünyada təqdim olunan “Samsung”dan yeni mobil cihazların – qatlanan Galaxy Z Fold4 və Galaxy Z Flip4 smartfonlarının Azərbaycanda öncədən sifarişləri davam edir. Bu cihazları “Samsung” Azərbaycanın rəsmi saytında və ya istənilən rəsmi “Samsung” distribyutorunda öncədən sifariş edən hər kəs Galaxy Watch4 smart saatını və eksklüziv “Samsung” Care+ zəmanətini əldə edəcək.

Öncədən sifariş vermək üçün “Samsung Azərbaycan” şirkətinin rəsmi internet saytına daxil olub, sonra rəsmi distribyutorlardan birinin seçib, sifarişi tamamlamaq olar. Eyni zamanda, Galaxy Z Flip4 Azərbaycanda dörd rəngdə (bənövşəyi, çəhrayı qızılı, mavi və qrafit) satışa çıxarılacaq, onun qiyməti 2499 AZN, Galaxy Z Fold4 isə üç variasiyada (bej, tünd göy və qara) təklif olunur, onun qiyməti isə 4199 AZN təşkil tedir.


Davamı →

200 000 qatlanma! “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?

Qatlanan smartfon həvəskarlarının ən böyük narahatlıqlarından biri həmişə ekranın davamlılığı olub. Bu başa düşüləndir: qatlanan smartfonların daimi istifadəsi ilə tez sıradan çıxma, ekranın zədələnməsi və digər oxşar problemlər riski var. Buna görə də bu yaxınlarda təqdim olunan yeni devayslar — Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4-də işlərin necə olduğunu öyrənmək maraqlı idi.


Davamı →

Komputer təmirində ən mühüm məqamlar

21-ci əsri komputerlərsiz fikirləşmək mümkün deyil. Xüsusən kuantum komputerlərinin daha çətin əməliyyatları qısa müddətdə icra etdiyi bir vaxtda komputerlərə tələb dəyişməkdədir. Daha güclü, daha böyük GPU və CPU, təkmil ekran kartı və s. insanlar tərəfindən ən çox müraciət edilən məqamlardır.


Davamı →

Kompüterin uzaqdan idarə edilməsi

Yaranmış problemin ən yaxşı həlli xüsusi proqramlardan — kompüterin uzaqdan idarə edilməsi proqramlarından istifadə etməkdir. Bu proqramlar İnternetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan verir. Belə proqramlar bir tərəfdən, yuxanda təsvir olunmuş hal üçün, yəni təcrübəsiz kompüter istifadəçisinə onun yanma getmədən və ya uzun-uzadı telefon danışıqlarına vaxt itirmədən kömək etmək lazım gəldikdə çox əlverişli olur.
Davamı →

Şəbəkə avadanlıqları

Kompüterləri bir şəbəkədə birləşdirmək və şəbəkənin işini təmin etməkdən ötrü əlavə avadanlıqlar — yönləndirici, toparlayıcı, kommutator və s. lazımdır. Belə əlavə avadanlıqlara şəbəkə avadanlıqları deyilir və onların özlərini də iki qrupa ayırırlar: aktiv şəbəkə avadanlıqları və passiv şəbəkə avadanlıqları.
Aktiv avadanlıqlar elektrik şəbəkəsindən, yaxud başqa mənbələrdən qidalanan elektron sxemləri olan və siqnalları gücləndirən, çevirən və ya başqa funksiyaları yerinə yetirən avadanlıqlardır. Başqa sözlə, bu avadanlıqlar siqnalları xüsusi alqoritmlər üzrə emal etmək imkanına malikdir. Müasir lokal şəbəkələrdə Ethernet texnologiyası — verilənlərin paketlə ötürülməsi texnologiyası tətbiq edilir. Hər bir verilənlər paketində ötürülən verilənlərin özləri ilə yanaşı, texniki informasiya — verilənlərin mənbəyi və təyinat yeri, eləcə də paketin təyinat yerinə çatması üçün zəruri olan başqa məlumatlar da olur.
Davamı →

Şəbəkə qurğularından birgə istifadə

İnternetdə işləmək üçün aşağıdakıların olması vacibdir:
  • kompüterin ümumdünya şəbəkəsinin hər hansı bəndinə fiziki bağlanması;
  • daimi və ya müvəqqəti IP ünvanın alınması;
  • xüsusi proqram təminatının quraşdırılması və köklənməsi.
Öz bəndlərinə qoşulmaq imkanı verən və IP-ünvan ayıran qurumlara İnternet xidmətləri təminatçısı və ya, sadəcə, provayder deyilir.
Kompüteri İnternetə fiziki bağlamağın çoxlu üsulları vardır ki, onlardan ən geniş yayılmışı adi telefon xətti vasitəsilə qoşulmadır. Belə qoşulmaya kommutasiyalı bağlantı (ingiliscə: dial-up) deyilir. Provayderlər abunəçilərin İnternetə çıxışını təmin etmək üçün modem ortaqlığından istifadə edirlər. Modem ortaqlığı istifadəçilərin bir telefon nömrəsi ilə qoşulduğu modemlər qrupudur və onların sayı nə qədər çox olarsa, istifadəçilərin zəng edib İnternetə çıxış alması da bir o qədər asanlaşır (bir modem məşğuldursa, zəng o biri modemə yönəldilir və s.)
Davamı →

Kompüterin lokal şəbəkəyə qoşulması

Windows əməliyyat sistemi vasitəsilə kompüterlər arasında lokal şəbəkənin necə yaradılması, eləcə də şəbəkə resurslarından (fayllardan, qovluqlardan, printerlərdən, disklərdən və s.) birgə istifadə etmək üçün onlara çıxışın necə açılması ilə tanış olaq. Bu gün, demək olar ki, hər bir evdə Wi-Fi yönləndiricilər olduğundan əlavə avadanlıqlardan istifadə etmədən evdə də lokal şəbəkə qurmaq olar.
Öncə şəbəkəyə qoşulacaq kompüterlər üçün ümumi işçi qrup yaratmaq lazımdır.
Davamı →

Kompüter şəbəkələri və onların təsnifatı

İnformasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədilə rabitə kanalları ilə birləşdirilmiş kompüterlər və (və ya) başqa qurğular qrupuna şəbəkə deyilir. Təsəvvür edin ki, şəbəkədə birləşdirilməmiş bir neçə kompüteriniz var. Belə bir muxtar mühitdə eyni bir verilənlərlə işləmək üçün bir kompüterdən faylları hansısa daşıyıcıya (məsələn, diskə) köçürmək, sonra həmin faylları başqa kompüterlərə yazmaq gərəkdir. Sənədləri tez çap etmək üçünsə kompüterlərin hər birini ayrıca printerlə təchiz etmək lazım gələcək. Belə bir şəraitdə bir neçə istifadəçinin eyni bir sənəd üzərində eyni zamanda işləməsi isə, sadəcə, mümkün deyil. İndi bu kompüterləri bir şəbəkədə birləşdirək və onların ümumi resurslara çıxışını təmin edək. Bu halda daha sizə disk lazım olmayacaq, printerlərin isə yalnız biri kifayət edəcək.
Davamı →