Milli qəhrəmanımız Natiq Məmmədov

  • Hərb
Natiq Məmmədov.jpg Natiq Məmmədov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, suverenliyimiz, dövlətçiliyimiz uğrunda şəhidlik zirvəsini fəth etmiş fateh.
Həyatı:N.Məmmədov 11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur.O, 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir.1993-cü ildə Milli Ordu sıralarına çağrılır. Döyüşlərdə iştirakı:N.Məmmədov bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir.Natiq Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak etmişdir.1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevrilişinə cəhd etdi.Onlara xəbərdarlıq edilsə də, silahı yerə qoymadılar.Dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi. Ailəsi:N.Məmmədov subay idi. Milli qəhrəman:"Qızıl Ulduz" medalı.pngAzərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.O, Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn olunmuşdur.Buradakı uşaq bağçası qəhrəmanımız Natiqin adını daşıyır.
 

0 şərh