Hərbi rekordlar-1

  • Hərb
— Hesablanmışdır ki,b.e.ə. 3500 ildən üzübəri (yəni son 5500 il ərzində) insanlar yalnız 292 il müharibəsiz yaşamışlar.

— 1911-ci ildə İngiltərə ərazisində arxeoloqlar tərəfindən tapılmış sınmış ağac nizənin 200 min ilə yaxın yaşı vardır.O,görünür, hücum silahlarının ən qədim nümunələrindən biridir.

— Ən uzun müharibə İngiltərə ilə Fransa arasında sürmüş Yüzillik müharibədir.O,115 il 1337-1452-cü ilədək davam etmişdir. Rusiyanın nə vaxtsa apardığı müharibələrdən ən sürəklisi Qafqaz müharibəsi olmuşdur.Məqsədi Dağlıq Dağıstanı,Çeçenistanı və Şimal-Qərbi Qafqazı ilhaq etmək olan bu müharibə yarım əsrdən bir qədər az 1817-1864-cü ilədək davam etmişdir.

— Böyük Britaniya və Zanzibar(hal hazırda Tanzaniyanın bir hissəsi) arasında müharibə 1896-cı ildə başlamış və cəmi 38 dəqiqə davam etmişdir.Həmin gün admiral Rousonun komandalığı altında olan ingilis hərbi donanması yalançı-sultan Səid Xalidə ültümatum təqdim etdi.Ültümatum dənizdən qısa bombardmandam sonra qəbul olundu və bundan sonra müharibə başa çatdı.

— Dövrümüzün nəhəng vuruşması 1916-cı il martın 31-də baş vermiş Yutland döyüşüdür. Bu döyüşdə 151 Britaniya gəmisi 101 alman hərbi gəmisinə qarşı vuruşurdu.İngilislər orad 14 gəmi və 6097 adam itirmişlər.Almanların itkisi isə 11 gəmi və 2545 adam olmuşdur.

— Sovet İttifaqı dövründə dünyada ən çox sualtı qayıqlara malik olmuşdur-375.Onlardan 127-si atom sualtı qayıqlarıdır. ABŞ 80-cı illərin sonunda 92 atom sualtı qayığına malik idi.

— Ən çox Silahlı Qüvvələr SSRİ-yə məxsus olmuşdur.1989-cu ildə onun sayı 4.258.000 nəfər idi.Həmin dövrdə Çin ordusunun sayı 3.200.000, ABŞ ordusunun sayı 2.138.000, Böyük Britaniya ordusunun sayı 318.000 nəfər idi.

— Qadın-təyyarəçilər arasında vurulan təyyarələrin sayına görə rekord sovet təyyarəçisi Lidiya Litvaka məxsusdur. O,1941-43-cü illər ərzində 12 faşist təyyarəsi vurmuşdur. Lidiya Litvak 1 avqust 1943-cü ildə hava döyüşündə həlak olmuşdur.

— II Dünya Müharibəsində vurulan təyyarələrin sayına görə rekord(352 təyyarə)alman təyyarəçisi Erix Hartmana məxsusdur. Sovet ası İvan Kojedub-62,ingilis pilotu,kral HHQ-nin polkovniki Edqar Conson -38 təyyarə vurublar. Bir uçuş zamanı ən çox müvəffəqiyyət alman təyyarəçisi Erix Rudofferə məxsusdur. O,6 noyabr 1943-cü ildə 17 dəqiqəyə 13 rəqib təyyarəsi vurub.

— II Dünya müharibəsi zamanı alman donanmasının kapitan-leytenantı Lotar fon Arnold de la Peryer alman «U-35» və «U-139» sualtı qayıqlarına komandanlıq edərək 195 müttəfiq gəmilərini batırmışdır. O,bir yürüş zamanı 54 sualtı qayığı suyun dibinə oturtmuşdur.

 

2 şərh

papatürk
Çox gözəl. Amma yüzillik müharibə 115 il etmir deyəsən.
papatürk

Belə deyirlər ki,tərkibində cavanlar çox olan ölkələr müharibəyə meylli olur. Uşaq çox olanda onları işlə təmin etmək,qidalandırmaq,şərait yaratmaq kimi problemlər yaranır.Bu isə son nəticədə müharibəyə səbəb olur. İndi Avropada maddi vəziyyət çox yaxşıdır,həm də artım azdır.Ona görə son onilliklərdə orda müharibə olmur.Amma yaşayış səviyyəsi çox aşağı olan və təbii artım böyük olan Afrikada müharibələr çox olur.Müharibələrin kökünü kəsmək üçün insanların yaşayış şəraitini yaxşılaşdırmaq və təbii artımı bir qədər azzaltmaq lazımdır.