Hərbi rütbələr

  • Hərb

Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Aşağıdakı hərbi rütbələr müəyyən olunur:

Hərbi    qulluqçuların və  Hərbi   vəzifəlilərin tərkibi

hərbi rütbələr

Ümumqoşun

Hərbi dəniz

Əsgərlər    və    matroslar

Çavuşlar

 

Gizirlər   və   miçmanlar

Əsgər   (kursant)
Baş əsgər

Kiçik çavuş
Çavuş
Baş çavuş

Kiçik gizir
Gizir

Baş gizir

Kiçik leytenant
Leytenant
Baş  leytenant
Kapitan

Mayor
Polkovnik-leytenant
Polkovnik

General-mayor
General-leytenant
General-polkovnik
Ordu generalı

Matros (kursant)
Baş matros

Kiçik çavuş
Çavuş
Baş çavuş

Kiçik miçman
Miçman

Baş  miçman

Kiçik leytenant
Leytenant
Baş  leytenant
Kapitan-leytenant

3-cü dərəcəli kapitan
2-ci dərəcəli kapitan
1-ci dərəcəli kapitan

Kontr-admiral.
Vitse-admiral
Admiral

 

 

 

Kiçik  zabitlər

 

Baş zabitlər

 

Ali zabitlər

Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir.
Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin  adları əlavə edilir.
Çavuşlara və şirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü göstərilmədən verilir.
Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.

Hərbi rütbələrin verilməsi

Ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 
Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələr bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə müvafiq surətdə verilir.
Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti aşağıdakı kimi müəyyən edilir:

Hərbi rütbələrin adları

Avisiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün

Digər hərbi qulluqçular üçün

kiçik çavuş

6 ay

6 ay

çavuş

6 ay

6 ay

kiçik gizir (kiçik miçman)

2 il

2 il

gizir (miçman)

3 il

5 il

kiçik leytenant

1 il

1 il

leytenant

2 il

2 il

baş leytenant, kapitan
(kapitan-leytenat)

3 il

4 il

mayor (3-cü dərəcəli kapitan)

4 il

5 il

polkovnik-leytenant
(2-ci dərəcəli kapitan)

5 il

6 il

Əsgər, baş çavuş, matros, baş əsgər, baş matros, baş gizir, baş miçman, polkovnik (1-ci dərəcəli kapitan) və ali zabit hərbi rütbələrində olma müddəti müəyyən edilmir.
Təhsil müddəti beş il olan ali hərbi tədris müəssisələri bitirmiş hərbi qulluqçular üçün "leytenant" hərbi rütbəsində olma müddəti bir il müəyyən edilir.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmuş qaydada və müstəsna hallarda hərbi rütbənin aşağı salınması, hərbi rütbədən məhrum edilmə, hərbi rütbənin bərpa edilməsi, hərbi rütbənin vaxtından əvvəl və ya növbədən kənar verilməsi, eləcə də vəzifə ştatı üzrə müəyyən edilmiş hərbi rütbədən bil pillə yuxarı rütbə verilməsi mümkündür.

Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası

Hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin təqdimatı əsasında və ya Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə onlara verilmiş hərbi rütbələrdən məhrum edilə bilər və ya əsgər, matros rütbəsinə endirilə bilərlər.
Hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbəsi məhkəmənin qərarı əsasında həmin hərbi rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.
Hərbi qulluqçular (zabit heyətindən başqa) Silahlı Qüvvələrin İntizam nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada hərbi rütbədən məhrum edilə bilər və onların hərbi rütbələri bərpa edilə bilər.
Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant hərbi rütbəsi olanlardan başqa) bir pillə aşağı salına bilər.

Quru qoşunlar üçün hərbi rütbələr aşağıdakılardan ibarətdir.

Əsgər heyəti
- əsgər (kursant)
- baş əsgər
Çavuş heyəti
- kiçik çavuş
- çavuş
- baş çavuş
Gizir heyəti
- kiçik gizir
- gizir
- baş gizir
Kiçik zabit heyəti
- kiçik leytenant
- leytenant
- baş leytenant
- kapitan
Baş zabit heyəti
- mayor
- polkovnik-leytenant
- polkovnik
Ali zabit heyəti
- general - mayor
- general - leytenant
- general - polkovnik
- ordu generalı (hazırda bu hərbi rütbə ilə heç kəs təltif olunmayıb)

0 şərh