Рейтинг
+1.38

Hərb

14 üzv, 33 topik

Qadın generallar

  • Hərb
Tarixən qadınlar arasında döyüşçülər, sərkərdələr çox olub. Tomirisdən tutmuş, Janna d’Arka qədər bir çox döyüşçü qadınların adlarını göstərmək olar. Cəmiyyətdə belə bir fikir hakimdir ki, hərb işi kişilərin işidir və qadınlardan hərbçi olmaz. Lakin bu, heç də belə deyil və zaman-zaman bütün ölkələrdə qadın hərbçilərin sayı artmaqdadır. Hazırda bu rəqəm 10% təşkil edir.
İndi isə sizə müxtəlif ölkələrdə general rütbəsi almış qadınların bəzilərini təqdim edəcəyik.

Davamı →

Lend-liz haqqında

  • Hərb
Təqvimin müəyyən günləri var ki, onlar yaxınlaşarkən aktuallaşan mövzular olur. Belə mövzulardan biri də İkinci cahan savaşı illərində ABŞ-nın SSRİ-yə lend-liz proqramı çərçivəsində göstərdiyi yardımdır. İyunun 22-i belə təqvim günlərindən biridir – Almaniyanın SSRİ-yə hücumunun ildönümüdür.
Lend-liz barədə bir qayda olaraq sosial şəbəkələr üzərində gedən mübahisələrdə tərəflər cəmiyyətimizdə həmişə olduğu kimi iki antaqonist mövqe sərgiləyirlər. Bir tərəf yardımın əhəmiyyətli olmadığını və nasizm üzərində qələbədə cüzi rol oynadığını iddia edir. Digər tərəf isə lend-liz olmadan SSRİ-nin Almaniya qarşısında duruş gətirə bilməyəcəyi fikrini müdafiə edir.

Davamı →

Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyar Əliyev haqqında

  • Hərb
Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Əliyar tələbə olanda bacısıgilin qonşuluğunda yaşayan Pəri adlı qıza vurulur. Pəri isə qəribədir ki, Əliyarı tanımazdan əvvəl onu yuxuda görür. İlk dəfə Əliyarla qarşılaşan gənc qız üşənir. Ürəyində deyir, deyəsən bu oğlan mənim qismətdimdir.

Davamı →

Cibinə saxta pul atılaraq şərlənən Milli Qəhrəman - Əlif Hacıyev

  • Hərb
Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. Ailənin üçüncü övladı olan Əlif uşaqlıqdan çörək pulu qazanıb, balıq sataraq ailəsinə dəstək olub.
Uşaq olanda anasına böyüyəndə Mehdi Hüseynzadə kimi Sovet İttifaqı Qəhrəmanı olacağını deyirmiş.
1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb.

Davamı →

Vaqnerin Liviya səyahəti: Muzdluların planşetində nə saxlanıb?

  • Hərb
Vaqnerin əməliyyatları bir çox ölkələri əhatə edir — muzdluların hökumət qüvvələrini müdafiə etdiyi Suriyadan tutmuş, onlarla brilyant ehtiyatlarını qoruduğu Mərkəzi Afrika Respublikasınadək.
O, Rusiyada ən gizli təşkilatlardan biridir və onun fəaliyyətli ilə bağlı etibarlı mənbə tapmaq çətindir.
BBC Ərəbcə ilə BBC Rus Xidmətinin birgə təhqiqatı nəticəsində Liviyadakı Vaqner muzdlularına aid olduğu deyilən planşet və bir neçə sənədə giriş əldə etmək mümkün olub.

Davamı →

Döyüş meydanında şəhid olan ilk Generalımız - Polad Həşimov

  • Hərb
Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur.

Davamı →

Ruanda soyqırımı

  • Hərb
Rus və xarici afrikaşünaslıq elmi 1994-cü ildə Ruandada baş vermiş soyqırımı, adətən, tutsilərlə xutular arasında irrasional “etniklərarası münaqişə” kimi xarakterizə edir. Amma o dəhşətli qırğının etnik konnotativ səbəblərini bir kənara qoysaq, aydın olur ki, sözügedən faciənin birbaşa iştirakçılarının və icraçılarının arxasında güclü siyasi qüvvələr dayanırdı. Parisdə tutsilərin Uqandadan Ruanda ərazilərinə ABŞ xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş hücumunu amerikalıların, Fransanın maraqları sferasına müdaxiləsi kimi qiymətləndirmişdilər. Sənədlər göstərir ki, Yelisey sarayının fikrincə, tutsilərin mövqeyinin möhkəmlənməsi Qara qitədə Fransanın nüfuzunun zəifləməsi təhlükəsi yaradırdı. ABŞ isə Ruandaya tropik Afrikaya daxil olmaq üçün platsdarm kimi baxırdı: amerikalıların hədəfi varlı Konqo Demokratik Respublikası – Zair idi. Təkcə Ruandada yox, ümumiyyətlə, bütün bölgədə humanitar fəlakətin səbəblərini məhz burada axtarmaq lazımdır.

Davamı →

Adolf Ayxman: Mossadın nasist ovu

  • Hərb
11 may 1960-cı il, Argentina, Buenos Ayres. Mercedes-Benz zavodunun işçisi Rikardo Klement başına gələcək hadisələrdən xəbərsiz halda, həmişə olduğu kimi axşam işdən çıxaraq evinə qayıdır. İsrail xüsusi xidmət orqanı Mossadın xüsusi qrupu, nəhayət ki, Rikardonu yaşadığı yerin yaxınlığında qaçıra bilir. Cəmi iki il sonra İsrail məhkəməsində ona ölüm hökmü oxunacaqdı. Əslində, o, hərbi cinayətkar, Holokost memarlarından biri kimi tanınan Adolf Ayxman idi.

Davamı →

İlk atom sualtı qayığı suya necə buraxıldı?

  • Hərb
21 yanvar 1954-cü ildə, tam 67 il əvvəl sualtı donanma irəliyə doğru böyük bir addım atdı. Həmin gün dünyanın ilk atom sualtı qayığı Konnektikut ştatındakı «Qroton» tərsanəsini tərk etdi. ABŞ prezidenti Duayt Eyzenhauer gəminin suya buraxılışında şəxsən iştirak etdi. Gəmi 1870-ci ildə yazılan Jül Vernin elmi fantastik romanındakı sualtı qayığın şərəfinə «Nautilus» adını aldı. Hazırda gəmi Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin Sualtı Qüvvələrinin Muzeyinə çevrilib və «Qroton» limanında əbədi dayanacaqda saxlanılır. Hər il yüz minlərlə turist gəmini ziyarət edir.

Davamı →

Hərb tarixinin predmeti və müharibələrin meydana gəlmə səbəbləri

  • Hərb
Təbəqəli cəmiyyətin meydana gəldiyi vaxtdan bəri hərb işi insan fəaliyyətinin geniş sahələrindən birini təşkil edib. İctimai-tarixi şəraitin reallığından doğan müharibələr qədim insanların əsas qayğılarından biri olduğu kimi bu sahədə əldə edilən nəticələr, primitiv qənaətlər, ayrı-ayrı döyüş faktları müasir bəşəriyyətə miras qalan ilkin yazılı mənbələrin də başlıca mövzularından birini təşkil edirdi. Şahlar, fatehlər qazandıqları hərbi uğurları qayaüstü yazılarda və başqa mənbələrdə həkk etdirir və öz qələbələrindən nişanə qoymağa çalışırdılar. Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının qədim əcdadlarının tarixinin öyrənilməsində hərbi xarakterli həmin mənbələr elə indi də çox böyük əhəmiyyətə malikdir.

Davamı →