Bakıda kişi çoxalıb | Baba Pünhan

Yerəvan kəşfiyyatının agenti Artavası keçən ay Bakıya göndəriblər ki,get bir az məlumat topla gətir.Baxmayaraq ki mütəmadi olaraq mərkəzi qadın bərbərxanasında işləyən agent Sirr-Anuş bizim sirləri hər gün Yerəvana çatdırır,amma bu dəfə Artavasın əlinə fotoaparat da veriblər ki,əhalinin şəklini çəksin.Mən də o gündən qorxuya düşmüşəm ki,bu alçaqlar birdən Novruz bayramında terror-zad eləmək istəyərlər.

Sonra yadıma düşüb ki,bizim KQB okeanın o tayında,həmma balıqların da bilib susduqları işləri aça bilirsə,ermənilərin terror etmək niyyətlərini bilmək onlar üçün «ikruşka»dır.Və sakitləşdim.Bəli Artavas keçən il Yerəvandan əlində fotoaparat «По-плостунски» yəni sürünə-sürünə Bakıya tərəf yola düşüb.Bir aya yaxın sürünən agent yollarda heç kəsə rast gəlməyib.Bakıya çatanda görüb ki,ay dadi-bidad,bütün Azərbaycan burdaymış ki.Və urusun vediyi bombalardan bircəciyinin bu əhaliyə bəs edəcəyinə sevinib. Deyirəm gör bizdə zəhmə bax ki,o boyda Bakıya qədər sürünüb və bura çatanda heç qorxusundan ayağa da durmayıb ki,fərli-başlı şəkil çəkə bilsin.Şəkilləri elə uzanan yerdə çəkib.Lazımi adamlarnan görüşəndən və lazımi obyektlərin çəkillərini çəkəndən sonra qohum-əqrabası onu Binə aeroportundan yola salıb.Yerəvanda şəkilləri çıxarıb görüblər ki,bu nədir,şəhərin hansı bir nöqtəsində şəkil çəkiblərsə,adamların hamısı kişi çıxıb.Qalıblar çaş-baş ki,bəs bunların qızları,arvadları necə oldu.Düşüblər qorxuya (hə,belə qorxarsız a!)

Az sonra mənim özümü də fikir götürdü.Axı bizdə bu qədər kişi yoxdur.Olsaydı yəqin ki Qarabağı çoxdan alardıq.Əşi,birdən-birə yadıma nə düşsə yaxşıdır.Axı bu zalım oğlu şəkilləri uzanan yerdə çəkib.Camaatın şəkli beldən aşağı düşüb.Axı bizdə də hamı şalvar geyinir.Deyirəm heç özümüzün də xəbərimiz olmadan erməninin gözünü qorxutmağın əla üsulunu tapmışıq. Yaxşı yadıma düşdü.8martda televizora baxırdım,birdən ekranda gördüm ki,gözəl qadın səsi ilə bir oğlan danışır.Eynəyim olmadığından kim olduğunu dəqiq müəyyən edə bilmədim.Oğlan oxumağa başlayanda qız,gəlin,oğul yan otaqdan bir*birini itələyə-itələyə tökülüşdülər mən oturan otağa ki,ay aman o qızın verilişidir,xəbərimiz yox.

Dedim ay uşaqlar səhv salırsınız.Bu deyəsən təzə diktordur,özü də oğlandır.Dedilər ay ata sən qoca kişisən,belə şeyləri bilməzsən.İndi belə oğlansayağı saç dəbdədir.Düşündüm ki, həqiqətən Bakıya belə dəb düşsə və bu dəfə Artavas camaatın ayaqüstü şəklini Yerəvana təqdim etsə ermənilər qorxularından nə edəcəyini bilməzlər.Hə,əla üsuldur.Bundan sonra bizdən nəinki beldən aşağı,heç beldən yuxarı da baş açan olmayacaq.Kefdir e kef!

                                 Bu yerlərin qışı qarsız

                                 Edamları ipsiz, darsız

                                 Bu millətin adı arsız

                                 Xəbəri yox batır gəmi

                                 Telloyu çal, telloyu çal

                                 Çal oynasın Əjdər əmi.

6 şərh

pascal

Əla. +

Allah sənə rəhmət eləsin, Baba Pünhan.

seyidova
bilmedim gülüm ya meyus olum :) düzü çaş-baş qaldım:) maraqlıydı teşekkür
pascal
Hər ikis var burda, seyidova. Gülmək də, düşünmək də. Hər ikisin et. :)
asel
Allah rəhmət eləsin
BaRLeLiTa
exx Baba Pünhan hələ o oğlannanda bətərləri üzə çıxıb,bəlkə o Baba Pünhanın gördüyü indikillərin yanında heçnədi..

Maraqlı topikdi,amma çalışın yazanda biraz səliqəli olsun yazı.Buna da fikir versəniz olar lap əla.
Mənnəndə bir plyus xeyirli olsun, maraqlı və səliqəli yazılarınızı oxumaq ümidiylə…
heyatin-ellerinde
Nəzərə alaram.Çox sağolun.Bu cür alınmağı brauzerlə bağlıdı.İnşallah onu da tezliklə düzəldəcəm.