Fizika qanunlarını bilən Colias kəpənəkləri

Öz bədənimizin və ya otağın istiliyini ölçmək üçün mütləq termometrə ehtiyacımız var. Şüur sahibi olmayan kiçik cücülər- Colias kəpənəkləri bədən temperaturunu özləri ölçə bilir və əgər 28 dərəcədən aşağı olsa uça bilməzlər. Belə olduqda kəpənək dərhal qanadlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdıranda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu enməyə başlayır. Bundan başqa, bu cins kəpənəklərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələr də təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin nəqli asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalmışdır.
Sual yaranır ki,  kəpənək bədən istiliyini necə ölçür? 40 dərəcəyə çatan kimi bunu necə anlayır? Uça bilməməsinə bədənindəki aşağı temperaturun təsir göstərdiyini necə bilir? Bunu da keçdik, hardan bilir ki, ilk öncə şaquli, daha sonra üfüqi vəziyyətdə durmaq lazımdır, daha sonra 90 dərəcə bucağını necə tənzimləyir, bu şəkildə günəşdən gələn şüaların minimuma enəcəyini haradan bilir? Bunu şüurlu canlı belə lazımi ləvazimatlar olmadan hesablaya və edə bilməz. Bütün canlılarda olduğu kimi, kəpənəklərdə də üstün ağıl sahibinin, Yaradıcının, yəni Allah`ın üstün və sonsuz elmi ilə qarşılaşırıq.

6 şərh

imtogrul
maraqlı məlumatdı. Bunu qeyd edim ki, təbiətdə şüursuz canlı yoxdu. Bütün canlılar bu və ya digər formada şüura sahibdirlər. Səhv etmirəmsə alimlərin dediyinə görə dəniz ilbizinin beyni yoxdu. Amma əgər o da canlıdırsa, yeyirsə, bir sözlə yaşamaq uğrunda mübarizə aparırsa demək onun da şüuru var.
LeylaNasirova
Toğrul bəy, hər halda bunu cəmi bir neçə gün ömrü olan bir kəpənəyinbunları  özünün düşünüb edəcəyini demək məntiqdənkənar olar. Hər kəpənək doğulduğu andan etibarən bu bilgilərə sahib olur. Biz insanlar bunları edə bilmək üçün təhsil almalıyıq, ən azından mütləq məlumatımız və müəyyən vasitələrimiz olmalıdır. Bəziləri bunu «instinktlə» əlaqələndirir, amma açıq-aşkar üstün elmə şahid oluruq biz canlıların gördüyü işlərdə. Bu yalnız üstün elm sahibi Allahın heyvanlara ilham etməsi ilə mümkündür.
imtogrul
Xanım, fikrimi size izah ede bilmədiyim aydın oldu. Sizin dediyiniz məntiqi əsas götürsək, o zaman 300 il yaşayan qarğa əsl dahi olar. Zaman anlayışı sadəcə insanların təxəyyülünün məhsuludu. Bir gün, iki gün anlayışı bizim yaşadığımız ömrə görə qısadı. Mənim sizin fikrinizə və yazınıza iradım yoxdu, əksinə çox yaxşı məlumatdı. Amma hər maraqlı olan şeyləri «möcüzə » sayıb, onlara sehrli kimi baxmamalıyıq deyə düşünürəm
LeylaNasirova
xeyr, mənim vurğulamaq istədiyim neçə gün yaşaması deyildi zatən :) Elədir, zaman anlayışı sadəcə hisslərimiz arasında aparılan müqayisəyə əsaslanır, hətta Julian Barbour-un diliylə desək «Zaman əşyaların mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Saat kəfkiri yellənir, saatın əqrəbləri hərəkət edir.» Möcüzə adlandırmasaq da, kiçik bir canlının  doğulduğu andan bu bilgilərə sahib olması qeyri-adi haldır :) Arıları xatırlayaq, alimlər apardığı hesablamalara görə arıların qurduğu pətək bucaqlarında çox cüzi səhv etdiklərini düşünərək arıları səhv çıxarmışdılar, amma bir neçə il sonra arıların deyil, alimlərin doğru hesablama apardığı bəlli oldu. 
LeylaNasirova
Hər halda dəyərli fikirlərinizi şərh etdiyiniz və məqaləni dəyərləndirdiyiniz üçün mən də sizə təşəkkür edirəm
imtogrul
«Arıları xatırlayaq, alimlər apardığı hesablamalara görə arıların qurduğu pətək bucaqlarında çox cüzi səhv etdiklərini düşünərək arıları səhv çıxarmışdılar, amma bir neçə il sonra arıların deyil, alimlərin doğru hesablama apardığı bəlli oldu»  bu fikirdə ziddiyyət gördüm, tam olaraq aydın olmadı alimlər doğrudur yoxsa arılar.

Görürsüzmü, təkcə kəpənəklər deyil, arılar da, qarışqalar da, fillər də bu cür «istedada» malikdirlər. Və bu «istedad» şüurdur. Kəpənəyi bunların arasından ideallaşdırmaq düzgün deyil. Əgər möcüzəyə qalsa əslində biz insanların varlığı özlüyündə möcüzədi.

    Fikirlərimi düzgün təhlil edib anlayışlı qarşıladığınız üçün mən sizə təşəkkür edirəm