Kobradan daha zəhərli balıq

zəhərli balıq
Dünyanın ən zəhərli heyvanları arasında ilk 5-likdə yer alan daş balığı İstanbul akvariumunda nümayiş etdirilir.

Kral kobradan, sarı əqrəbdən daha zəhərli olan bu balığın belindəki 13 zəhərli tikana dəyən canlılar iflic olurlar. Qayaya bənzəyən daş balıq Hind və Sakit okeanında yaşayır. Adətən qayaların və mərcan riflərinin yanında olan balıq bəzən 48 saat hərəkət etmədən gözləyə bilir. O kiçik balıqları yeyərək bəslənir.

0 şərh