Atların ayaq üstə yatma xüsusiyyəti

Necə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki  ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yatır, həm də çox ağır yükləri daşıyırlar. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikdə belə başları yana düşür.

Atların ayaqları təkcə ağır yük daşımaq üçün deyil, eyni zamanda, daha sürətlə qaçmaq üçün xüsusi yaradılmışdır. Digər heyvanlardakı kimi atlarda körpücük sümüyü yoxdur. Bu onların daha böyük addım atmasına səbəb olur. Bundan əlavə, atların ayaqlarında sürətləndikcə sərf etdikləri gücü azaldan, bunun əvəzində hərəkət qabiliyyətlərini artıran sümük-əzələ mexanizmi var. Bu mexanizmin işləməsini avtomobillərdəki ötürücü mühərrikə bənzədə bilərik. Sürətini artıran avtomobilin sürət qutusunda növbəti sürət çarxına keçməsi kimi, atlar da sürətlərini artırdıqca bir növ növbəti sürət çarxına keçirlər. Bu yolla itələməyə sərf edilən güc azaldılır, hərəkət qabiliyyəti artır.

Bəs atların bədənləri nə üçün çox ağır yükləri daşımaq və sürətlə qaçmaq üçün dizayn edilmişdir? Ağır yük daşımaq və sürətlə qaçmaq ata fayda verən xüsusiyyətlər deyil. Elə isə bəs nə üçün atlar bu xüsusiyyətlərə malikdirlər? Cavab çox sadədir: atlara bu qabiliyyətlər özləri üçün deyil, insanlara faydalı olmaları üçün verilmişdir. Yəni atları Allah bu xüsusiyyətləri ilə insanlara xidmət etmək üçün yaratmışdır.

 

0 şərh