Dünyanın ən güclü heyvanları

Təbiətdə insanlardan başqa hansı canlıların daha güclü, daha sürətli olması hər zaman maraqlıdır. Bir çox heyvanlar var ki, gücləri ilə insanı heyrətləndirir.

Lir quşu
Bu heyvanın ən mükəmməl gücü gördüyü hər bir səsi təqlid edə bilməsidir. Onun bu qabiliyyəti o qədər inkişaf edib ki, təkcə quşların və heyvanların səslərini deyil, hətta fotoaparatın, meşədə ağac kəsən elektrik mişarının da səsini qüsursuz şəkildə təqlid edə bilir.


Mantis krevetləri
Mantis krevetləri dəniz canlısı kimi tanınır. Boyları 10-30 sm arasındadır. Bu dəniz canlısı kiçik görünməsinə baxmayaraq, 80 km sürətində hücum edərək qurbanları üzərində ilk şokunu yaradır. Əvvəlcə qabıqlarını, daha sonra isə daxili hissələrini parçalayaraq yeyə bilir. Hətta onun qurbanı şokdan belə, ölə bilər. Bu heyvanın addımı o qədər güclüdür ki, akvarium şüşələrini də qıra bilər.


Kisəli sıçan
 Bu heyvan bildiyiniz siçanlara əsla bənzəmir. Qanındakı xüsusi zülal ilan daxil olmaqla ən güclü zəhərləri belə təsirsiz hala gətirir. Yəni bu heyvanın super gücü qanında olan zəhəridir.


Aksolot
Bu sevimli heyvanın maraqlı bir xüsusiyyəti var. Bədənində funksiyasını tamamilə itirən və qopan orqanları təkrar yeniləyib əvvəlki gücünə qovuşa bilmə qabiliyyətinə malikdir. Hətta bu heyvan beyni və ürəyi zədələndikdə belə, öz-özünə bərpa oluna bilir.


Taypan ilanı
Taypan ilan növlərindən biridir. Bu ilanın bir dişləməsində olan zəhər 100 insanı, 250 min siçanı öldürə biləcək gücdədir. Bu zəhər zınqırovlu ilandan 10 qat, kobradan 50 qat öldürücüdür. Taypan balta girməmiş meşələrdə yaşayır və insan gördükdə hücum etmir, əksinə, qaçır.

0 şərh