Ayılar niyə qış yuxusuna gedir?

Ayılar qış yuxusuna gedən heyvanlara aid edilir. Bu, ona görə baş verir ki, ayılar qış fəslinə heç bir tədarük görmürlər. Çünki onlar əsasən bitkilərlə qidalanırlar. Qışın gəlişi ilə bitkilər də yox olur. İlin isti fəsilləri hesabına ayıların bədənində xeyli piy qatı əmələ gəlir.


Havalar soyumağa başlayanda özlərinə lazımi qədər yem tapa bilməyən ayılar mağaralarına girərək dərin yuxuya gedirlər. Bu yuxu istilər başlayanadək davam edir. Bu müddət ərzində ayılar qətiyyən qidalanmırlar. Onlar yay ərzində yığdıqları piyin hesabına yaşayırlar. 

Qış yuxusu adi yuxuya bənzəmir. Bu zaman heyvanın bədənində temperatur aşağı düşür, nəfəs alması azalır, ürəyi isə çox zəif döyünür.Yazın gəlməsi, havaların isinməsi ilə ayılar da qış yuxusundan oyanır, mağaradan çıxır və normal qidalanmağa başlayırlar.

0 şərh