Onlar arasında tənbəlliyin cəzası ölümdür

arılar-zəhmətkeş canlılarArılar məişət və təbabətdə geniş istifadə edilən balın istehsalçısıdırlar. Dünyada 20 mindən artıq arı növü vardır. Arılara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Hansı işçi arının qüvvəsi, yəni qoşunu çoxdursa, həmin qrup 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km.-ə qədər yol gedib gəlirlər. Bir arı 15 km məsafədə yaxşı yem tapsa, qayıdıb o biri arılara da xəbər verir. Sonra bütün arılar həmin yerə uçurlar. Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Arılar həm harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar. 


Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar var. Pətəyin içərisində müəyyən qruplar var ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını, bəzi vaxtlarda isə gətirdikləri suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır.
Qış aylarında arılar çölə çıxmırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar heç vaxt çölə çıxmağa meyilli deyillər.
Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar.
Azərbaycanın arı genofondunu iki arı növü — Bozdağ Qafqaz arısı və Sarı İran arısı təşkil edir. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran və Sarı İran populyasiyası var.

Arı südü


Arı südü bu həşaratın baldan başqa digər faydalı məhsuludur. Arı südü 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur. Arı südü müxtəlif maddələrlə zəngindir. Həddən artıq müalicəvi əhəmiyyəti vardır: antivirus (qrip və stomatit viruslarına təsir edir), güclü biostimullaşdırıcı, həzm orqanlarının işini yaxşılaşdırır, qan dövranı orqanlarının işini yaxşılaşdırır, uşaqların böyüməsini stimullaşdırır, orqanizmin qocalmasını ləngidir, maddələr mübadiləsini stimullaşdırır, yaddaşı yaxşılaşdırır, həyat tonusunu qaldırır, arterial təzyiqi normallaşdırır və s.
ən faydalı həşəratlar olan arılar

Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün bir doza 150-180 mq olmaqla gündə 2-3 dəfə, cəmi 500 mq məsləhət görülür. Südü tam sorulana qədər ağızda saxlamalı. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşməlidir.

Hazırladı: Kamal Hacılı
Deyerler.org saytına istinadən

 

2 şərh

bahar
Arılar və qarışqalar haqqında QURAN-ın  (ən-Nəhl-arılar.ən-Nəml-qarışqalar) surələrində də rast gəlmək olar 
ferid1001
quranda hımçinin sıhv etmirımsı həşəratlardan hörümçəyin də adı çəkilir