Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Kenquru haqqında məlumat

Kenquru Avstraliya qitəsinin əsas simvollarından biri kimi maraqlı fiziki quruluşlu ilə seçilən məməli heyvan növüdür. Adını Avstraliyanın yerli xalqının dilindən almışdır. Hamısı ot və digər bitkilərlə qidalanır.  Bu qitədə təxminən 60 milyon kenquru yaşayır. Avstraliyadakı ən çox sayda olan heyvan növlərindən biridir. Sənədli videolarda və nadir hallarda zooparklarda gördüyümüz bu maraqlı heyvanların ümumi xüsusiyyətləri, qidalanması, çoxalması və bir çox digər xüsusiyyətləri haqqında ətraflı məlumatı məqaləmizin davamında tapa bilərsiniz. 

Kenquruların fiziki xüsusiyyətləri 

Yetkin bir kenqurunun boyu 2 metrə, quyruğunun uzunluğu isə 1,5 metrə qədər ola bilir. Belə bir kenqurunun çəkisi 90-100 kq-dır. Dişilərin qarnının altında çanta formalı kisəsi var. Onlar burada yeni doğulan körpələrinə qayğı və şəfqətlə baxırlar. Başları kiçik, qulaqları böyükdür.


Davamı →

Ən nadir görülən 10 heyvan

Dünyamızın möhtəşəm heyvanlar aləmi hər birimizə heyran olmaq üçün səbəb verir. Bu yazıda, təəccübləndirici dərəcədə nadir görülən on heyvanı araşdıracağıq. «Heyvan» anlayışı bizim üçün həm təbiətin gözəlliyini, həm də qorunmağa ehtiyacı olan canlıları xatırladır.

Davamı →

Yarasalar haqqında bilmədiklərimiz

Yarasa uça bilən məməli heyvandır. Yəni uçmağı bacarsa da, quşlar kimi yumurta qoymur, balalamaqla çoxalır və cəmi bir balası olur. Tailandda uzunluğu 3 sm, çəkisi 2 qr olan yarasa vardır. Bu, məməli heyvanlar arasında ən kiçiyidir.
Iri yarasalar da vardır ki, bunlara “uçan itlər ” də deyirlər. Belə yarasalar qanadlarını açdıqda 1,5 m-ə çatır. Bağlara və bağçalara ziyan vurur, hətta insanlara da hücum edir.
Yarasanın yaranışında başqa quşlar və heyvanlarla müqayisədə çoxlu möcüzələr vardır. Əlbəttə onun yaranışı heyvanlara çox yaxındır. Onun da

Davamı →

Heyvanlara münasibət

Dərin düşünən, mənəviyyatı zəngin insan Allahın yaratdığı hər canlıya sevgi və şəfqət hissi ilə yaxınlaşmalıdır. Gördüyü hər canlını Allahın yaratdığı və onun qarşısına çıxardığı bir möcüzə kimi qəbul etməlidir. Düşünməlidir ki, gördüyü varlıqlar ana təbiətin deyil, müqəddəs Yaradıcının əsərləridir və bu əsərləri təbiətin qanunları ilə deyil, müqəddəs Yaradıcının qanunları ilə qiymətləndirməlidir.

Ötən aylarda müxtəlif Tv kanallarda və sosial internet şəbəkələrində heyvana edilən vəhşilik nümunəsi ilə bağlı yayımlanan xəbərlər göstərdi ki, həqiqətən də cəmiyyətimiz mənəvi baxımdan tam inkişaf etməyib. Hər kəsə aid olmasa da, əksəriyyətin düşüncə sistemində natarazlıq vardır.


Davamı →

Heyvanlara münasibət

Dərin düşünən, mənəviyyatı zəngin insan Allahın yaratdığı hər canlıya sevgi və şəfqət hissi ilə yaxınlaşmalıdır. Gördüyü hər canlını Allahın yaratdığı və onun qarşısına çıxardığı bir möcüzə kimi qəbul etməlidir. Düşünməlidir ki, gördüyü varlıqlar ana təbiətin deyil, müqəddəs Yaradıcının əsərləridir və bu əsərləri təbiətin qanunları ilə deyil, müqəddəs Yaradıcının qanunları ilə qiymətləndirməlidir.

Davamı →

Heyvanlarda daun sindromu

Daun sindromu nədir, niyə olur?
Ümumiyyətlə insanlarda diaqnoz edilən daun sindromu heyvanlarda da olurmu?

Daun sindromu 21-ci xromosomda hər zamanki iki nüsxə yerinə artıqdan bir kopyanın olması səbəbiylə görülən genetik bir anormallıqdır. Bu xromosom pozuqluğunda hüceyrələr anormal olaraq bölünür, 21 xromosomda üçüncü bir kopya meydana gəlməsinə səbəb olur. Bu genetik pozuqluğu olan kəslər öyrənmə çətinliyi, problem həll etmə, ağıl tələb edən məsələ həllində çətinlik çəkirlər.

Daun sindromu olan kəslərdə yumru üz, çıxıq qulaqlar, basıq burun kökü və yuxarı əyilmiş gözlər kimi xarakterik üz xüsusiyyətləri görülməkdədir. Ancaq daun sindromu yalnız insanlarda görülməz, heyvanlarda da genetik pozuqluqlar ola bilər.

Bəzi şimpanzelərin daun sendromuna bənzər əlamətlər göstərdikləri təsbit edilmişdir. Dünyada insan irqinə ən yaxın irqin meymunlar olduğu bilinməkdədir. İnsanlar ilə şimpanzelərin genetik strukturları yüzdə 99 nisbətində bənzərdir. Şimpanzelər 48 xromosom (24 cüt) daşıyarkən, insanlar 46 xromosom (23 cüt) daşımaqdadırlar. Bu səbəblə şimpanzelər insanlar ilə eyni xəstəliklərdən əziyyət cəkə bilirlər.

Daun sindromu itlərdə isə çox nadir olaraq görülür. İtlər hüceyrə başına 78 xromosom daşıyırlar və 21-ci xromosomda hər hansı bir qüsur olarsa, itlər üçün ölümcül ola bilər. Daun sindromlu bala itlərin uzun müddət həyatda qalma şansı olduqca aşağıdır. Bunun səbəbi xromosom anormallıqları olan inkişaf etməkdə olan dölün ana bətnində düzgün büyüyə bilməməsidir.


Davamı →

Quşlar haqqında ilkin məlumatlar

TUTUQUŞU

Tutuquşuların vətəni Avstraliyadır. Tutuquşu çox yaşayır, insanlardan “danışmaq” öyrənir. Bəzən qısa, bəzən isə uzun kəlmələri, cümlələri təkrar edə bilir. İdman etməyi də öyrənir, akrobat kimi oynayır.

Kiçik tutuquşuna lələklərinə görə “oxuyan tutuquşu”, aramsız cikkildəməsinə görə oxuyan “tutuquşu” da deyirlər. Tutuquşu bir ildə təxminən iyirmi kiloqram dən və bir o qədər də meyvə yeyir.

“Ara” cinsindən olan bu quş Orta və Cənubi Amerikanın meşələrində yaşayır. Onun uzunluğu bir metrə çatır. Tutuquşu çox yaşayır (yüz il ömrü olur). Bu tutuquşular çox söz öyrənir, yaxşı danışır.


Davamı →

Balıqlar haqqında uşaqlar üçün

ADİ TİKANBALIQ

Bu balığın pulları olmur. Avropa çaylarında, dənizlərə yaxın yerlərdə yaşayır. Adi tikanbalıq acgöz olur. Çayın dibində yosundan qolbaq şəklində yuva düzəldir; dişi balıq həmin yuvada kürü tökür, yuvasının yanında dayanıb ona göz qoyur. Tez-tez üzgəclərinin hərəkəti ilə yuvasının suyunu dəyişdirir.


Davamı →

Həşəratlar və cücülər haqqında

MAYBÖCƏYİ

Mayböcəyi sürfə və pup şəklində iki il yerin altında yaşayır. Bitkilərin köklərini və soğanaqlarını yeyir. Mayböcəyi may ayında görünür. Axşamüstü torpaq yuvasından çıxır, meyvə ağaclarının yarpaqlarını yeyir. Mayböcəyi bir neçə həftə yaşayır.


Davamı →