Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Mikrob təmizləyən qarışqalar

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkarlayıb. İsveçli tədqiqatçılar müəyyən ediblər ki, tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.
 
Lozanna Universitetinin professoru  Mişel Çapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test edib, qatran olan və olmayan yuvalarda müşahidələr aparıblar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilib.
Ardı →

İquanalar

Son zamanlarda dünyada maraqlı tendensiya yaranıb: heyvansevərlər vəhşi və daha ekzotik heyvanlar saxlamağa üstünlük verirlər. Evlərdə saxlanılan ən dəbli heyvanlar sırasında ekzotik iquanalar da var. Dünyanın müxtəlif yerlərində il ərzində yüzlərlə cavan iquana alınır. Bəlkə düşünürsünüz ki, iquanalar evlərdə belə asanlıqla saxlanırsa, deməli, onların pişiklər və ya itlərdən heç bir fərqi yoxdur. Əgər belə düşünürsünüzsə, səhv edirsiniz. Kənardan çox rəngli, sevimli və maraqlı görünən iquanalar əslində o qədər də asan xarakterə malik deyillər. Bu maraqlı, ekzotik heyvanların rəngli dünyasına kiçik bir səyahət etməyə nə deyirsiniz?

 


Ardı →

Dünyanın ən nəhəng heyvanları

Təqdim edəcəyimiz heyvanlar indiyədək Yerdəki heyvanlar arasında ən böyüyü deyil, lakin öz növlərində ən böyük təmsilçi olmaları ilə diqqətəlayiqdirlər:

Ən böyük öküz

Dünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub. 1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub.


Ardı →

Dövlətdə dəvə…


Dəvə dedikdə beynimizdə müdriklik, müqəddəslik, qəribəlik  və möcüzə kimi müxtəlif anlayışlar haqqında minlərlə rəngarəng təəssürat canlanır. Özünəməxsus xüsusiyyətləri ilə bütün heyvanlardan fərqlənən və “səhra gəmiləri” də adlanan dəvələr bizim üçün ekzotik görünüşlü, maraqlı bir heyvan olduğu halda, bəzi ölkələrdə nəqliyyat növü, qida mənbəyi kimi insan həyatının əsas bir hissəsini təşkil edir. İri cüssəli olmasına baxmayaraq,  həssas və tabe olmağı bacaran dəvə onun kimi çöldə yaşayan heyvanlardan çox fərqlənir. Xarici görkəmi nahamar, iri, boynu əyri, ayaqları uzun olmasına baxmayaraq, “səhra gözəlləri” yumşaq, həlim və hamıya qarşı lütfkardır. İri gözləri olan dəvələrin baxışları isə bəlkə də dünyanın ən mərhəmətli və mehriban baxışlarıdır…

Davamı →

Pinqvinlər

Onlar haqqında hamının məlumatı var. Yaxından görməsək də, hər birimiz bu heyvanı çox sevirik. Dünyanın ən soyuq sevən heyvanları olmalarına baxmayaraq, onları görəndə insanın daxilində qəribə istilik, mülayimlik yaranır. Onlar haqqında saysız-hesabsız kinolar, cizgi filmləri mövcuddur, bir çox qurumun, ölkənin bayraq və gerblərini məhz bu sevimli heyvanların rəsmləri bəzəyir. Uçmağa qanadı olmasa da, dünyanın ən sevimli quşlarından biri olan pinqvinləri daha yaxından tanıyaq.

 


Ardı →

İncə yırtıcı

Elastik, incə, bədəni, yumru başı, uzun quyruğu və uzun ayaqları bu heyvana xüsusi gözəllik verir. Uzananda da, ayaq üstə duranda da, yeriyəndə də, ov üstünə atılanda da çox incə görünür… Amma şahanə yerişin sahibi, yüngüllük, zəriflik, çeviklik təcəssümü sayılan bu heyvan nə qədər incə olsa da, o, bir yırtıcıdır… Nəsli kəsilmək təhlükəsi ilə üzləşən yırtıcı… Bəli, bu heyvan gözəl, qamətli, şahanə yırtıcı bəbirdir.

 


Ardı →

Qarışqalar

Elm adamları uzun illərdir qarışqaların qida axtarmaq üçün uzun məsafələr qət edib, sonra heç azmadan yuvalarına necə qayıtdıqlarını araşdırırlar. Xüsusilə Saxara səhrasında yaşayan səhra qarışqalarının günəş vasitəsilə istiqaməti müəyyən etdikləri məlum olsa da, onların bu diqqətçəkən xüsusiyyəti elm adamlarını bu sahədə daha dərin tədqiqatlara təşviq etmişdir.

Səhralarda istiqaməti müəyyən etməyə kömək edən heç bir iz və ya işarə olmadığı halda, ziqzaq xətt üzrə yem axtaran Saxara qarışqalarının yem tapdıqdan sonra gəldikləri ziqzaq yolun əksinə, düz xətt üzrə yüz metrlərlə yolu qət edib yuvalarına qayıtdıqları və bunun üçün Günəşdən istifadə etdikləri bundan əvvəl elmə məlum idi.

Ancaq Almaniyanın Ulm və İsveçrənin Sürix Universitetinin mütəxəssisləri tədqiqatlarını bir az da dərinləşdirdilər və sıx bitki örtüyünün olduğu yerlərdə qarışqaların yollarını necə tapdıqlarını tədqiq etməyə başladılar. Nəticədə, bu canlıların yuvalarına addımlarını sayaraq qayıtdığı məlum oldu. Bu kiçik canlıların belə bir xüsusiyyəti heyranedici idi. Catalglyphis fortis adlandırılan Saxara qarışqaları atdıqları addımları sayır və geri qayıdarkən eyni sayda addım ataraq yuvalarına çatırdılar.
Ardı →

Maraqlı məlumatlar-4

Timsahlar daş yeyir
Timsahların mədəsi daşı həzm etmək üçün də yararlıdır. Onun mədə həzmindən bütün canlılar keçə bilər-tısbagalar,balıq və quşlar, zürafələr,şirlər və timsahların özü.Hətta daşlar.Timsahlar onu udur və mədəsində saxlayır.Bu onun suyun altında qalma müddətini tənzimləyir.

Kit balığının südü
Analarının 1/3 hissəsinə çatana kimi öz balalarının qaygısına qalmaq kit balıqları üçün heç də asan iş deyil. Onun südü 50 % yaglılıq təşkil edir ki, bu da insanla nisbətdə 10 qat daha çoxdur. Bu körpənin daha sürətli çəki almasına kömək edir.

Quşlar işarətlərdən istifadə etməyi bacarırlar
Siz tək,xəritəsiz və ya sürücüsüz harasa səyahətə çıxa bilərsinizmi? Çox güman ki, yox. Amma bəzi quşlar və əsas da göyərçinlər heç bir problem olmadan minlərlə kilometr yolu uçaraq öz yuvalarına qayıda bilirlər.2006- cı ildə çıxan bir məqaləyə əsasən alimlər düşünürlər ki, göyərçinlər yerdə özlərinə hər hansı bir işarə taparaq,evə rahat qayıtmaq imkanını qazanırlar.

Su siçanlarının qış günləri daha uzun olur
Bu gəmiricilər qışda öz quyruqlarındakı yaga və yığdıqları qidaya görə qışı sag salamat başa vura bilirlər. Öz kürklərində soyuqdan qaçaraq enerjilərini qoruya bilirlər. Nəticədə isə onlar işıq üzü görmürlər.Onların bioloji saatı dəyişir və günlərinə 5 saat daha əlavə olunur.


Ardı →

Definlərdə iti görməni təmin edən sonar sistemi

Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.


Ardı →

Elektrikli ilan balıqları

Boyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir.


Ardı →