Kenquru haqqında məlumat
Kenquru Avstraliya qitəsinin əsas simvollarından biri kimi maraqlı fiziki quruluşlu ilə seçilən məməli heyvan növüdür. Adını Avstraliyanın yerli xalqının dilindən almışdır. Hamısı ot və digər bitkilərlə qidalanır. Bu qitədə təxminən 60 milyon kenquru yaşayır. Avstraliyadakı ən çox sayda olan heyvan növlərindən biridir. Sənədli videolarda və nadir hallarda zooparklarda gördüyümüz bu maraqlı heyvanların ümumi xüsusiyyətləri, qidalanması, çoxalması və bir çox digər xüsusiyyətləri haqqında ətraflı məlumatı məqaləmizin davamında tapa bilərsiniz.
Kenquruların fiziki xüsusiyyətləri
Yetkin bir kenqurunun boyu 2 metrə, quyruğunun uzunluğu isə 1,5 metrə qədər ola bilir. Belə bir kenqurunun çəkisi 90-100 kq-dır. Dişilərin qarnının altında çanta formalı kisəsi var. Onlar burada yeni doğulan körpələrinə qayğı və şəfqətlə baxırlar. Başları kiçik, qulaqları böyükdür.
Davamı →