Hind okeanı

Sahəsi 75 mln. km2dir. Ekvator onu əsasən şimaldan kəsib keçdiyindən, okeanın əsas hissəsi cənub yarım kürəsində yerləşir. O, şimaldan Avrasiya, cənubdan Antarktida, qərbdən Afrika, şərqdən isə Avstraliya ilə həmsərhəddir. O, həmçinin qərbdən Atlantik, şərqdən isə Malakka və Zond boğazları vasitəsi ilə Sakit okeanla həmsərhəddir. Hind okeanı yalnız Şimal Buzlu okeanı ilə birbaşa əlaqəyə malik deyil.
Hind okeanının beş dənizi var: Qırmızı, Timor, Arafur, Andaman, Ərəbistan.Hind okeanı
Ən iri körfəzləri: Benqal, Iran, Böyük Avstraliya, Ədən.
Ən iri yarımadaları: Ərəbistan, Hindistan, Somali.
Ən iri adaları: Madakaskar, Şri-Lanka, Seyşel və s.
Cərəyanları: Somali, Qərb küləkləri (soyuq), Cənubi Passat, Musson, Mozambik, Iynə burnu (isti).
Hind okeanının ən dərin yeri Yava (Zond) çökəkliyidir. (7450 m). Okeanın dibində Orta Hind silsiləsi var. O, üç hissədən - Şərqi Hind, Ərəb-Hind və Avstraliya-Antarktida silsilələrindən ibarətdir. Bu zonada tez-tez vulkan və zəlzələlər olur. Okeanın şelf zonasında, əsasən Iran körfəzində neft çıxarılır.
Okeanın şimalında - Musson, cənub tropiki zonasında - Passat, mülayim qurşaqda isə Qərb küləkləri hakimdir. Okeanın ən soyuq yeri Antaktida sahillərindədir. Isti okean cərəyanlarının təsiri nəticəsində Hind okeanının şimal hissəsi daha istidir.
Okeanda orta duzuluq Dünya okeanının orta duzluluğundan çoxdur. (Xüsusən Qırmızı dənizdə). Qanq, Braxmaputra və Iravadi çaylarının töküldüyü Benqal körfəzi isə Hind okeanının ən «şirin» hissəsi sayılır.

Hind okeanı da Atlantik okeanı kimi «cavan» olduğundan sahəsini genişləndirir.
loading...

1 şərh

Natali
Arnemlend yarimadasi da var