Hind okeanı

Sahəsi 75 mln. km2dir. Ekvator onu əsasən şimaldan kəsib keçdiyindən, okeanın əsas hissəsi cənub yarım kürəsində yerləşir. O, şimaldan Avrasiya, cənubdan Antarktida, qərbdən Afrika, şərqdən isə Avstraliya ilə həmsərhəddir. O, həmçinin qərbdən Atlantik, şərqdən isə Malakka və Zond boğazları vasitəsi ilə Sakit okeanla həmsərhəddir. Hind okeanı yalnız Şimal Buzlu okeanı ilə birbaşa əlaqəyə malik deyil.
Hind okeanının beş dənizi var: Qırmızı, Timor, Arafur, Andaman, Ərəbistan.
Ən iri körfəzləri: Benqal, Iran, Böyük Avstraliya, Ədən.
Ən iri yarımadaları: Ərəbistan, Hindistan, Somali.
Ən iri adaları: Madakaskar, Şri-Lanka, Seyşel və s.
Cərəyanları: Somali, Qərb küləkləri (soyuq), Cənubi Passat, Musson, Mozambik, Iynə burnu (isti).
Hind okeanının ən dərin yeri Yava (Zond) çökəkliyidir. (7450 m). Okeanın dibində Orta Hind silsiləsi var. O, üç hissədən — Şərqi Hind, Ərəb-Hind və Avstraliya-Antarktida silsilələrindən ibarətdir. Bu zonada tez-tez vulkan və zəlzələlər olur. Okeanın şelf zonasında, əsasən Iran körfəzində neft çıxarılır.
Okeanın şimalında — Musson, cənub tropiki zonasında — Passat, mülayim qurşaqda isə Qərb küləkləri hakimdir. Okeanın ən soyuq yeri Antaktida sahillərindədir. Isti okean cərəyanlarının təsiri nəticəsində Hind okeanının şimal hissəsi daha istidir.
Okeanda orta duzuluq Dünya okeanının orta duzluluğundan çoxdur. (Xüsusən Qırmızı dənizdə). Qanq, Braxmaputra və Iravadi çaylarının töküldüyü Benqal körfəzi isə Hind okeanının ən «şirin» hissəsi sayılır.
Hind okeanı da Atlantik okeanı kimi «cavan» olduğundan sahəsini genişləndirir.
 
Hind Okeanı Yer səthinin təqribən 20%-ini tutur. Dünyanın sahəsinə görə üçüncü okeanıdır. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahil xəttinin uzunluğu 66,526 km-dir. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 73,556,000 km², həcmi 292,131,000 km²-dir. Okeanın orta dərinliyi 3700 m, maksimal dərinliyi isə Yava çökəkliyində 7729 m-dir.

Okean 4 materik arasında yerləşir. Onun ən enli hissəsi tropiklər arasındadır. Sahil xətləri az girinyili çıxıntılıdır. Üzvi aləmində mərcankimilər və kürəkayaqlılar, ov əhəmiyyətli balıqlar, zəhərli dəniz ilanları, balinalar cinsindən olanlar və dəniz tısbağaları var.

Okeanın dib relyefi mürəkkəbdir. Ərəbistan-Hindistan, Şərqi Hindistan, Qərbi Hind, Avstraliya-Antarktida silsilələri okean yatağını Maskaren, Madaqaskar, Mərkəzi, Kokos, Qərbi Avstraliya çökəkliklərinə ayırır.

Hind okeanının ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim və subantarktik iqlim qurşaqlarında yerləşir. Onun şimalı isti cənubu isə soyuqdur. Dünya okeanının maksimum tempraturu +35oC və maksimum duzluluq 42‰ Qırmızı dənizdə müşahidə olunur. İsti okean cərəyanları İynə burnu, Mozambik, Cənubi Passat, Musson və s. Soyuq okean cərəyanları Qərb küləkləri, Somali, Qərbi Avstraliya və s.dir.

1 şərh

Natali
Arnemlend yarimadasi da var