Okean suyunun duzluluğu və temperaturu

Okean suyunda bütün kimyəvi elementlər var. Buna səbəb çaylar tərəfindən okeanlara gətirilən mineral maddələrdir. Suda xlorid duzunun miqdarı daha çoxdur. Suya acılıq verən isə maqnezium duzudur. Izoqalinlər xəritədə eyni duzluluğa malik olan məntəqələri birləşdirən, xətlərdir. Suda duzluluq promillə (litrin mində biri ‰) ifadə olunur. Okean suyunda orta duzluluq 35 ‰ -dir. Lakin bu rəqəm alt qatlar üçün səciyyəvidir. Üst qatda duzluluq yağıntıdan, okean cərəyanlarından, çayların gətirdiyi suların miqdarından, coğrafi enlikdən və fəsillərdən asılıdır.
Okean suyu duzlu olduğundan, o çox böyük istilik tutumuna malikdir. Okean suları duzlu olduğundan, o daha aşağı temperaturda (-2°C) donur və 100°C temperaturdan yuxarı bir temperaturda qaynayır.
Duzluluq okean suyunun səffaflığını azaldır. Suda olan müxtəlif birləşmələr suyun rəngini tündləşdirir. Suyun yalnız 200 m-dək qatı şəffafdır. Daha dərinda isə zülmət qaranlıq hökm sürür. Ən şəffaf dəniz Aralıq dənizidir.
Duzluluq üfüqi və dərinlik istiqamətində dəyişir. Dərinliyə doğru duzluluğun dəyişməsi 1000 m-ə qədər hiss edilir. Daha dərində duzluluğun sabit olmasına səbəb canlı aləmdir. Onlar özlərinə lazım olan duzu sudan alır.
Müxtəlif coğrafi enliklərdə okean sularının duzluluğunun fərqli olması aşağıdakı amillərdən asılıdır:
1. Yağıntı və buxarlanmanın nisbətindən;
2. Çayların gətirdiyi suların miqdarından;
3. Okean cərəyanlarının təsirindən.
okean suyunun duzluluğuMülayim və qütb qurşaqları dünya okeanının daha az duzluluğa malik olan sahələridir (33‰). Buna səbəb yağıntının buxarlanmadan çox olması, daha çox çayların okeana tökülməsi və buzlaqların əriməsidir. Tropik və subtropik qursaqda isə duzluluq daha çoxdur (36‰). Buna səbəb yağıntının az, buxarlanmanın isə çox olmasıdır. Atlantik okeanı uzunsov formasında olduğundan, burada suyun böyük dövranı sürətlə gedir. Bu səbəbdən o digər okeanlardan daha şordur. Dünya okeanının ən duzlu hissəsi Qırmızı dənizdir (42‰). Səbəbi okeanla əlaqəsinin zəif, yağıntının az, buxarlanmanın çox olması və bura heç bir çayın tökülməməsidir. Ən «şirin» dənizlər isə mülayim və qütb ərazilərində yerləşirlər.
Okean suyunun sıxlığı – temperatur, təzyiq və duzluluqdan asılıdır. Ən çox sıxlılıq Antarktida sahillərindədir. Buna səbəb temperaturun aşağı olmasıdır.
Dünya okeanında ən isti ay avqust, ən soyuq ay isə fevraldır (Şimal yarımkürəsində). Günəş şüaları suyun yalnız üst 200-400 m dərinliyinə qədər təsir edir. Ekvatordan qütblərə doğru temperatur azalır. Okeanda orta illik temperatur +17,5°C-dir. Tropiklərdə qurunun ekvatora nisbətən daha geniş sahə tutması ilə əlaqədar olaraq okean suyunun temperaturu ekvatora nisbətən tropiklərdə daha yüksəkdir. Temperaturun dəyişməsi:
a) coğrafi enlikdən;
b) qurunun təsirindən (quruya yaxın olan ərazilər daha isti olur):
c) okean cərəyanlarının təsirindən;
d) duzluluğun və dərinliyin artmasından asılıdır.
Sakit okeanın ən enli yeri ekvatorial və tropik enliklərdən keçdiyindan, o daha istidir. Ən soyuq okean isə Şimal Buzlu okeandır.
Dərinliyə doğru temperatur hər 1000 m-dən bir 2°C aşağı düşür. Bu yalnız üst qatlar üçün səciyyəvidir. Okean suyu soyuduqda. sıxlığı artır. Nəticədə onun üst təbəqəsi ağırlaşaraq aşağı enir, suyun daha isti və yüngül təbəqəsi okeanın səthinə çıxır. Suyun bu cür şaquli hərəkəti buz əmələ gəlməsinə mane olur. Alt qatların dönməsinə mane olan səbəb - üst qatın buzla örtülməsi, cərəyanlar və okean dibindən çıxan isti bulaqlardır. Suların böyük istilik tutumluğu və daimi şaquli yerdəyişmələri dünyanın ən soyuq okeanı olan Şimal Buzlu okeanının sularının dibə qədər dönməsinə mane olur. Dünya okeanı qütb ərazilərində donur. Çünki qısda bol yağıntı düşür, üst sular şirinləşir, donma sürətlənir. Qışda bəzən mülayim enliklərin dənizləri də donur. Uedella, Belinshauzen, Amudsen donan dənizlərdir.
Ümumilikdə okeanın 15%-i buzla örtülür. Okean buzlaqlarını quru buzlaqlardan fərqləndirən başlıca əlamətlər - onların şorsulu, az qalınlıqlı və əsasən suyun üzərində yerləşməsidir.
Aysberq üzən buz dağıdır. Onun xüsusi çəkisi sudan yüngül olduğundan suda batmır. Aysberqin 5/6 hissəsi suyun altında olur. Antarktidadan «masayabənzər», Qrenlandiyadan «dağabənzər» aysberqlər qoparaq mülayim enliklərə gətirilir və burada güclü buxarlanmaya məruz qalır qalır, gəmilər üçün təhlükə yaradır. Aysberq şirin su mənbəyidir.
Dünyada yaşayan 65 sinfə mənsub heyvanların 57-si okeanlarda yaşayır. Dünya okeanındakı canlılar 3 qrupa bölünür:
1. Plankton- hərəkətsiz təkhüceyrəli mikroorqanizmlər olub, yosun, meduza və s. ibarətdir. Cərəyanlar vasitəsi ilə yayılır. Digər canlılar üçün yem mənbəyidir.
2. Nekton - özləri hərəkət edən dəniz heyvanları və balıqlardır. Planktonla qidalanırlar.
3. Bentos - dəniz dibində yaşayan orqanizmlərdir. Adətən kor, lentvari, işıq saçan, əcaib olurlar. Bir-birini yeməklə və ya sahildən tökülən qida ilə qidalanırlar. Okean dibinin daha dərin qatlarında bitki olmur. Okeanda yaşayan bitkilər arasında yosun daha çoxdur.
Dünya okeanında mülayim enliklər üzvi aləmlə daha zəngin, tropik və qütb əraziləri isə ən kasıb sahələrdir. Coğrafi enlik - dünya okeanında canlılar aləminin üfüqi istiqamətdə paylanmasının əsas səbəbidir. Günəş şüalarının səth sularını yaxşı işıqlandırması və qızdırması nəticəsində suyun üst qatlarında canlı orqanizmlər daha çox toplanırlar.
Okeanın dibində (şelfdə - neft, qaz və okean suyunda həll olmuş şəkildə - qızıl, gümüş. qurğuşun və s. kimyəvi elementlər var. Okean dibinin relyefinin və təbii ehtiyatlarının öyrənilməsində ABŞ, Böyük Britaniya, Fransa və Rusiya kimi ölkələrin böyük rolu var.
Dünya okeanı əsasən neft (xüsusilə Meksika və Iran körfəzi, Şimal və Xəzər dənizi), çirkab su, radioaktiv maddələrlə çirklənir.

0 şərh