Okeanda quru

Okean dibinin dərinliyini exolot cihazı vasitəsilə ölçürlər. Cihazla suyun dibinə göndərilən səs dibə dəyərək əks-səda verir (yəni geri qayıdır). Səsin gedib qayıtma vaxtı 2-yə bölünərək, səsin suda yayılma sürətinə, yəni 1500 m-ə vurulur.
Izobat - xəritədə eyni dərinliyə malik olan okean dərinliklərini birləşdirən xəttlərdir. Xəritədə dərinlik skalasındakı rənglərə görə dərinlik təyin olunur. 1960-cı ildə Okust və Jak Pikkar ilk dəfə «Triyest» batiskafında dünya okeanının ən dərin çökəkliyində olublar.
Vahid dünya okeanını nəhəng hissələrə ayıran quru parçalarına materiklər (qitələr) deyilir. Qitə bölgüsü qədimdə olmuş və materik yaxınlığındakı adaları özündə birləşdirmişdir. Dünyada 6 qitə (Avropa, Asiya, Afrika, Amerika, Antarktida və Avstraliya) və 6 materik (Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Antarktida və Avstraliya) mövcuddur. Avrasiya materiki 2 qitədən - Avropa və Asiyadan ibarətdir. Amerika qitəsi isə 2 materikdən - Şimali və Cənubi Amerikadan ibarətdir. Dünyanın ən böyük materiki Avrasiya, ən böyük qitəsi isə Asiyadır. Avstraliya isə ən kiçik materik və qitədir.
Hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik quru sahəsinə ada deyilir. Dünyanın ən iri adası Qrenlandiyadır. Mənşəyinə görə adalar 3 qrupa ayrılır:
1. Materik mənşəli adalar vaxtı - ilə materikin bir hissəsi olmuş, lakin qurunun çökməsi ilə əlaqədar olaraq ondan ayrılmış quru sahələrdir. Qrenlandiya, Yeni Qvineya, Madaqaskar, Kalimantan, Böyük Britaniya və s. adalar materik mənşəlidir. Bu tip adalarda qranit təbəqəsi mövcud olur.Sakit okeanda adalar arxipelaqi
2. Vulkanik adalar- sualtı vulkanların püskürməsi nəticəsində yaranır. Sakit okeanda daha geniş yayılıb. Havay, Kuril, Islandiya vulkanik mənsəlidir.
3. Mərcan adaları - ekvatorial və tropik qurşağın dənizlərində suyun temperaturu +20°C-dan yüksək olan ərazilərdə yaşayan mərcan poliblərinin məhv olmuş qalıqlarından yaranır. Avstraliyanın şərqindəki Böyük Sədd rifi dünyada ən iri mərcan mənşəli adadır. Bu ada dünyada canlı orqanizmlərin əmələ gətirdiyi ən iri relyef forması sayılır. Mərcan adalarının bir çoxu sualtı vulkan konusları üzərində yaranır. Belə adalar aypara və ya dairəvi formada olur. Bela adalara atoll deyilir.
Arxipelaq - qrup halında yerləşən adalardır. Məsələn: Kanada-Arktika, Filippin, Zond, Yapon, Havay və s. arxipelaqlar.
Yarımada - qurunun suya çox daxil olmuş hissəsidir. Dünyanın ən iri yarımadası - Ərəbistan yarımadasıdır.

ADALAR

Sakit оkean

Atlantik оkean

Hind оkeanı

Şimal Buzlu оkean

Aleut, Kuril, Saхalin, Yapоn (Hоnsü, Hоkkaydо, Küsü, Sikоku), Tayvan, Filippin (Mindanaо, Lusоn), Zоnd (Kalimantan, Sumatra, Yava, Sulavesi), Melaneziya (Yeni Qvineya, Sоlоmоn, Yeni Hebrid, Yeni Kaledоniya, Fici), Mikrоneziya (Karоlin, Marşall, Mariya, Hilbert, Quam), Pоlineziya (Havay, Samоa, Tоnqa, Kuk, Yeni Zelandiya, Taiti, Tuamоtu, Markiz, Pasхa), Qalapaqоs, Vankuver

Islandiya, Irlandiya, Böyük Britaniya, Balear, Kоrsika, Sardiniya, Siciliya, Malta, Krit, Kipr, Azоr, Madeyra, Kanar, Yaşıl Burun, San-Tоme, Müqəddəs Yelena, Fоlklend, Antil (Kuba, Haiti, Yamayka, Puertо-Rikо), Baham, Nyufaundlend

Madaqaskar, Qəmər, Seyşel, Maskaren, Zanzibar, Sоkоtra, Maldiv, Şri-Lanka, Andaman, Tasmaniya, Kergelen

Qrendandiya, Baffin tоrpağı, Elsmir, Viktоriya, Vrangel, Nоvоsibir, Severnaya Zemlya, Frans-Iоsif tоrpağı, Nоvaya Zemlya, Şpisbergen

YARIMADALAR

Avrasiya

Afrika

Şimali Amerika

Cənubi Amerika

Avstraliya

Antarktida

Krım, Trakiya, Pelоpоnnes, Balkan, Apennin, Pireney, Yutlandiya, Skandinaviya, Kоla, Yamal, Taymır, Çukоt, Kamçatka, Kоreya, Hind-Çin, Malakka, Hindistan, Ərəbistan, Sina, Anadоlu, Taman

Sоmali

Labradоr, Flоrida, Yukatan, Kalifоrniya, Alyaska, Butiya

-

Arnemlend, Keyp-Yоrk Antarktik

Cədvəllər coğrafiya müəllimi Yaşar Seyfəliyev tərəfindən hazırlanıb.

loading...

1 şərh

Robotnik
avrasiya tarımadalarına Abşeron və Mangistaunu əlavə etmak lazımdır