Şimal Buzlu okeanı

Şimal Buzlu okeanı ən kiçik okean olub, sahəsi 14 mln. km2-dir. Okeanın mərkəzində Şimal qütbü yerləşdiyindən o, bütün coğrafi uzunluqları (meridianları özündə birləşdirir.
Bu okean — Arktikanın (Şimal deməkdir) mərkəzində yerləşib. Arktikanın sahəsi 27 mln. km2 olub. buraya okeandan başqa Avrasiya və Şimali Amerikanın şimal hissələri də daxildir.
Cərəyanları: Şimali Atlantika, Transarktik
Boğazları: Berinq, Danimarka və s.
Yarımadaları: Kola,. Yamal,. Taymır. Çukot
Adaları: Novaya Zemlya, Severnaya Zemlya, Qrelandiya, Vrangel, Novosibirsk, Kanada-Arklika arxipelaqı.
Dənizləri: Baffin, Qrelandiya, Kara, Norveç, Barens, Çukot, Laptevlər, Şərqi Sibir, Bofort-kənar dənizlərdir. Yalnız bir daxili dənizi (Ağ dəniz) var.
Tədqiqi: Ilk dəfə bu okeanı tədqiq edən dəste Böyük Şimal ekspedisiyası olub. Bu zaman Peçora çayından Berinq boğazına qədər ərazilər xəritəyə köçürüldü. 1909-cu ildə R.Piri şimal qütbünü tapdı. Daha sonralar okeanı Amudsen, Nansen, Sedov, Makarov və s. alimlər tədqiq etdilər. 1937-ci ildə rus alimi Papanin bövük buz parçası üzərində qurulmuş «Şimal qütbü-1» stansiyasında Şimal qütbündən Qrelandiya dənizinə qədər dreyf etdi. (yəni üzüb getdi). 1977-ci ildə ilk dəfə Rusiyanın «Arktika» atom buzqıran gəmisi sərbəst üzüb Şimal qütbünə çatdı.
Relyefi: Okean dibinin yarısını şelf düzənlikləri tutur. Okeanın mərkəzində Hekkel, Mendeleyev və Lomonosov dağları onların arasında isə Amundsen, Nansen, Makarov və Kanada çökəklikləri var. Okeanın ən dərin yeri 5449 m Nansen çökəkliyindədir.
Iqlimi: Okeanın qütb mövqeyi ilə əlaqədar olaraq Şimal Buzlu okeanı üzərində soyuq iqlim şəraiti yaranır. Buxarlanmanın çox zəif getməsi ilə əlaqədar olaraq bu okean suyun böyük dövranında daha zəif iştirak edir. Yüksək atmosfer sahəsinin mövcudluğu, temperaturun aşağı olması Şimal Buzlu okeanı üzərində kontinental Arktik hava kütləsinin formalaşmasına səbəb olur. Arktik hava kütlələri Antarktik hava kütlələrindən xeyli istidir. Buna səbəb okean sularının böyük istilik tutumuna malik olmasıdır. Nəticədə qışda Şimal Buzlu okeanı şimal yarım kürəsinin quru hissəsini soyutmur. əksinə xeyli isidir. Atlantik okeanından daxil olan isti Şimali Atlantika cərəyanı ətraf suların donmasının qarşısını alır. Suların böyük istilik tutumu və daimi şaquli yerdəyişmələri nəticəsində okean suları dibə qədər donmur. Duzluluğun və temperaturun aşağı olması nəticəsində okeanın səthində nazik və şorsulu buz təbəqəsi yaranır. Yayda materikin sahilində buzun əriməsi və isti cərəyanın təsiri bu okeanın sərvətlərinin mənimsənilməsinə imkan verir. Okeanda iki iqlim qurşağı — Arktik və Subarktik qursaq var.
Üzvi aləm digər okeanlara nisbətən kasıbdır. Balıqlar, balina, suiti, morj, ağ ayılar okeanda yaşayrlar.
 

0 şərh