Böyük Pyotr
Pyotrun yazısında çoxlu orfoqrafik səhvlər olurdu
Rusiyanı əzəmətli dövlətə çevirən ilk rus imperatoru 1-ci Pyotr 1672-ci il iyunun 9-da Moskvada anadan olmuşdur. Romanovlar sülaləsinin davamçısı olan 1-ci Pyotrun anası Natalya Kirilovna Narışkina çar Aleksandr Mixayloviçin ikinci arvadı idi. Pyotra ev müəllimləri və tərbiyəçilər savad versələr də, o, ömrünün axırına kimi savadlı yazmağı öyrənmədi, yazısında çoxlu orfoqrafik səhvlər olurdu. Pyotrun əsas tərbiyəçisi Nikita Zotov ömrünün axırına kimi onun dostu oldu. Spirtli içkiyə də gənc çarı Zotov öyrətdi və ömrünün axırına kimi çar bunun əziyyətini çəkdi.
Pyotr uşaqlıqda hərbi işlərə, gəmiçiliyə meyl göstərir, göldə və çayda üzən kiçik gəmilər düzəldirdi.
1682-ci ildən Pyotr formal olaraq Rusiyanın çarı elan edildi. Amma onun taxta çıxması bacısı çariça Sofya və boyar Miloslavski tərəfindən hazırlanmış qiyamla qarşılandı. Nəticədə taxta Pyotrla birlikdə çar Alekseyin Mariya İvanovna Miloslavski ilə birinci nigahdan olan oğlu, Pyotrun böyük qardaşı 5-ci İvan da dəvət edildi. Ağıldan zəif olan İvana Sofya qəyyamluq edirdi. İvan 1689-cu ildə vəfat edənə qədər hakimiyyətdə oldu. Onun vəfatından sonra Sofya taxtdan uzaqlaşdırıldı və Pyotr çar oldu. Həmin il onu kasıb boyar nəslindən olan Yevdokiya Lopuxina ilə evləndirdilər. Evlənənə qədər Pyotrun çoxlu saydı məşuqələri vardı. Bu nigahdan onların Aleksey adlı oğulları oldu. Amma bu da Pyotrda ilk həyat yoldaşına qarşı sevgi oyatmadı.
Ardı →