Рейтинг
+23.64

böyük hərbi xadimlər

27 üzv, 44 topik

I Riçard Aslanürəkli

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu.


Ardı →

Armini

Qədim german tayfalarının qəhrəmanı. Xerusk tayfaları ordularının komandanı Siqimerin oğlu Armini(e.ə.16-21) idi. O dövrün ənənələrinə uyğun olaraq Romada tərbiyə alıb gənc yaşlarından imperator Avqustun qoşununda qulluq etmişdi. Üzdə özünü imperiyaya sadiq göstərsə də, imperatorun şəxsən ona yaxşı münasibətinə baxmayaraq, Romada döyüş qaydalarının və hərbi taktikanın bütün sirlərini öyrənəndən sonra Germaniyaya qaçmışdı.


Ardı →

Sun Tszı

Hərbi nəzəriyyə əlbəttə, hərb və müharibələrin özündən çox cavandır. Əvvəlcə nəsə olmalıdır ki, sonra da ümumiləşdirilsin. Lakin biz bilirik ki, hərb və müharibələr tarixin min-min illərlə dərinliyinə gedir. Əldə olunan hərbi nəzəri əsərlərin və ümumiləşmələrin tarixi isə eradan əvvəlki minilliyin ortalarına təsadüf edir. Belələrini yaradanlardan biri və bəlkə də birincisi heç şübhəsiz ki, e.ə. IV əsrdə yaşamış Sun Tszıdır.
Davamı →

Şah İsmayıl Xətai

1493-cü ilin payızında Savalanın ətəkləriylə qurumuş otları, yarpaqları xışıldada-xışıldada gündoğan tərəfə dörd atlı çapırdı. Başlarında on iki zolaqlı qırmızı çalma, çiyinlərində polad sinəbənd, bellərində uzun, əyri qılınc olan ucaboy, enlikürək dörd atlı… Atlar köpük içində idilər. Atlıların sifəti isə daş kimi sərt və hissiz idi. Onlar dinib-danışmadan çapır, çapırdılar. Yalnız qabaqda çapan atlı sürəti azaltmadan arabir əlini qaşları üstünə qoyub ətrafı seyr edirdi. Hamının nəzəri ikinci atlıda, daha doğrusu onun tərkindəki uşaqda idi.


Ardı →

Şah İsmayıl Xətai | Qüdrətli şah, igid sərkərdə, incə ruhlu şair

Haqqında yazılanlarda və söylənilənlərdə tarixi həqiqətlər də, mübaliğələr, yanlış yozumlar da var. Adına elə sağlığında əfsanələr qoşulub. Çünki otuz yeddi illik ömrünə düşmənlərinin belə təsdiqlədikləri misilsiz hünər, böyük əməllər sığdırıb. Tarixin ən çox müzakirə edilən, mübahisələrə səbəb olan bu görkəmli şəxsiyyətinin tam adı Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi yazılır. Amma ondan daha çox Şah İsmayıl, Şah İsmayıl Səfəvi, I İsmayıl, yaxud da Şah İsmayıl Xətai olaraq bəhs edilir. «Xətai» təxəllüsüdür. Elə sağlığında məşhurlaşan, həm əlyazma, həm də şifahı olaraq yayılıb dillər əzbərinə çevrilən əsərlərini bu təxəllüslə qələmə alıbdı...

Davamı →

Türkmənistanın şərqşünası, Azərbaycanın cümhuriyyətçi generalı - Məhəmməd Sadıq bəy Ağabəyzadə

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçərək mühacir həyatı yaşamağa məcbur olan görkəmli şəxsiyyətlərin sırasında Məhəmməd Sadıq bəy Ağabəyzadənin də adı var. O, təkcə peşəkar hərbçi olmayıb, həmçinin şərqşünas alim kimi yazdığı dərsliklərlə, elmi əsərlərlə adını dilçilik elminin səhifələrinə yazdırıb. Məhəmməd Sadıq bəy Daxili işlər nazirinin müavini olaraq hüquq-mühafizə orqanlarında islahatlar aparan məmur kimi də tanınıb.

Davamı →

Seçkilərə yox, süngü və qana inanan diktator: Franko

O, doğulanda İspaniya nəhəng dəniz imperatorluğu statusunu itirməsinin  kədərini və bunu super güc Amerikaya uduzmasının qəzəbini yaşayırdı. Ölkə imperatorluq idarəçiliyindən qopmuşdu, özünə yeni üsulu axtarırdı. Məhz belə dövrdə yetişən Franko (əsl adı Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde) atası kimi donanmaya qoşulmağı arzulasa da, 1898-ci ildə İspaniya-Amerika müharibəsi nəticəsində İspaniya donanması məhv olmuşdu. Donanmada ixtisarlar gedirdi və 14 yaşındakı Franko quru qoşunlarına yazılmağı lazım bildi. Ölkədəki ən prestejli hərbi akademiyalardan birində üç il təhsil aldıqdan sonra baş leytenat kimi orduya yazıldı və iki il xidmət etdi. 1900-cü illərin ilk illəri idi. Xalq çökən imperatorluğa görə hökümətə etiraz edirdi. Hökümətsə keçmiş günlərə qayıtmaq üçün ən yaxın ərazilərə əl atdı: Mərakeşə. Onsuz da XV əsrdən etibarən bu ölkəylə bağlı imperailist arzuları var idi. Və həmin günlərdə Mərakeş karyera qurmaq istəyən ispan hərbiçisi üçün tək seçim idi. Franko Mərakeşdə ona tapşırılan əməliyyatlara qoşulanda 1912-ci il idi.
Davamı →

Çinin əfsanəvi sərkərdəsi | Çan Kayşi

Çin dünyada özünəməxsus qədim tarixə malik olan ölkələrdən biri hesab edilir və dünya mədəniyyəti, sivilizasiyalar tarixinə müəyyən töhfələr veriblər. Bu baxımdan çinlilər günümüzdə belə milli mədəni dəyərlərini qoruyub saxlaya bilən və digər millətlər içində assimilyasiyaya uğramayan yeganə xalqlardan biri kimi tanınır.

Çinlilər lap qədimdən özlərini Günəş imperiyasının övladları adlandırırlar. Onlar tarix boyu müxtəlif imperiyalar qurmuş, adlarını tarixin şanlı səhifələrinə yazdıran böyük hökmdarlar və məğlubedilməz sərkərdələr yetişdirmişlər. Hətta ingilislərin əsarəti altına düşmələrinə belə baxmayaraq, çinlilər yenidən ayağa qalxmağı, üstündən əsrlər ötəndən sonra yenidən qüdrətli və güclü dövlət qurmağı, sivil inkişafda müəyyən rol oynamağı bacardılar. Amma Çinin yenidən ayağa qalxaraq müstəmləkə zəncirini qıraraq müstəqilliyini əldə edə bilməsi heç də asan olmadı. Sivil inkişafa doğru gedən əzablı yollarda Çin xalqının içindən onu müstəqil dövlət kimi yenidən gələcəyə aparmağı bacaran liderlər yetişdi.
Davamı →

Mannerqeym Karl Qustav

Fin feldmarşalı Karl zadəgan ailəsində doğulmuş, rus süvari ordusunda poruçik olmuşdur. 1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak etmişdir. Birinci Dünya müharibəsində isə artıq general-leytenant rütbəsində alman cəbhəsində korpus komandiri idi.
Çar Rusiyası bərbad olandan sonra 1917-ci il dekabrın 6-da Finlandiya öz müstəqilliyini elan etdi. Bir il sonra isə Fin hökuməti Mannerqeymi yeni yaradılan orduya komandan təyin etdi. Lakin bolşeviklər Finlandiyadan əl çəkmirdilər. Onlar burada inqilab alovlarını şölələndirib, bu yolla ölkəni təzədən kommunist ölkəsi kimi rus bolşevik imperiyasına qatmaq istəyirdilər.
Davamı →

Vinfild Skott

Amerika tarixində böyük sərkərdələr hər hansı başqa ölkələrin, məsələn, Rusiyanın hərb dühalarından sayca qat-qat çoxdur. Çünki bu ölkə nəinki indiyə kimi apardığı müharibələrdə heç vaxt məğlub olmamış, hətta kömək etdiyi Vyetnam və Koreya kimi ölkələri də tamamilə kommunist əsarətinə düşməkdən xilas etmişdir. Bu cəhətdən ABŞ peşəkar hərbi qüvvələrinin banisi Skottu qeyd etməmək qeyri-mümkündür. 20 ilə qədər ABŞ hərbi qüvvələrinin baş komandanı olmaq çox şey deyir.
Davamı →