Lyamblioz zamanı xalq təbabəti

Hazırda xüsusilə uşaqlar arasında tez-tez təsadüf olunan  qurd xəstəliklərinin yayılması artmaqdadır. Bunun səbəbləri, yaranma şəraiti haqqında çoxları bilir.  Əsas məsələ   profilaktika və müalicədir. Adətən lyamblioz müalicəyə çətin tabe olan xəstəliklərdən sayılır. Mütləq mütəxəssis nəzarəti altında antiparazitar dərmanların qəbul edilməsi vacibdir. Lakin əsas müalicəyə əlavə olaraq xalq təbabəti vasitələrindən istifadə edilməsi xəstəliyin həm profilaktikasına, həm də müalicəsinə kömək edə bilər. Ən çox istifadə edilən vasitələr  aşağıdakılardır:
- 300 q təmizlənmiş balqabaq tumları əzilir (yaşıl örtüyü qalmaq şərtilə), alınan sıyıq bankaya tökülür, üzərinə 1\4 stəkan su və 100 q bal əlavə edilir, qarışdırılır. Səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman qəbul edilir.
- 1 litr qaynar suda yulafın təmizlənməmiş dənləri dəmlənir, mayenin 1\4 buxarlanana kimi sobada saxlanılır, sıxılır, süzülür. Dəmləmə  gündə 3-4 dəfə  2 stəkan içilir. Müalicə kursu 1 aydır.
- 2 x.q. adaçayı, çobanyastığı, istiotlu nanə, dağtərxunu, dazıotu,  minyarpaq, solmazçiçək və qarğıdalı saçaqları qarışdırılır. 1 x.q. xırdalanmış kütləni 1 stəkan qaynar suda dəmlənir, 5 dəq. su hamamında qızdırılır, soyudulur, süzülür. Dəmləmədən 1\4 stəkan gündə 3 dəfə 20-30 dəq. yeməkdən əvvəl qəbul edilir. Kurs 7-10 gündür. Sonra 1 ay fasilə edib, yenidən təkrar etmək olar.
Hər gün yeməkdən 30 dəq. əvvəl 1 ç.q. alma sirkəsi və ya 1\2 stəkan pörtlədilmiş kələm qəbul etmək məsləhətdir.  
Ümumiyyətlə, turş meyvələr və göyərti (məsələn, turş alma və s.)xeyirlidir. Salatlara isə kətan və ya xardal yağı əlavə etsəniz daha çox fayda görərsiniz. Çalışın ki, qida rasionunuzda həmişə düyü dəmləməsi və qaragilə kiseli olsun.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti
 

7 şərh

kentavr
Nilufer xanim,elleriniz var olsun ki, bu yazini bura yerlesdirmisiniz.Ancaq 1-ci ve 2-ci reseptler tam lyambliyaya ziddir.Cunki, burda lyambliyaya qeti qadagan olan bal,balqabaq tumu,yulaf yarmasi var.Lyambliya tek karbohidratlarla,zulallarla deyil,hem de bagirsagin mikroflorasinda boyuk rolu olan bakteriyalarla da qidalanir,hansi ki, bunun neticesinde de insanda qanazligi,yani anemiya,disbakterioz-(qebizlikle diareyanin bir-birini izlemesi ),qarin boslugunda assite (maye toplanmasina)bele getirib cixarir.Eger kimese maraqlidirsa melumatlarimi davam ede bilerem. 
dr_mahmud
Lyamlia — qurd deyil, ibtiadi parazitdir. Giardia lyamblia və giardia intestinalis var. Giardia lyambliadan söhbət getdiyinə görə onu izah edəcəm. Öd turşusunun ona çox təsiri var, amma lyamblia daha çox elə öd yollarında olur. Buna görə də xalq təbabəti yoli ilə lyamblianının müalicəsində güclü ödqovucu bitkilərdən; solmazçiçəyi, teaxolin çayı və ibtidai parazitlər üçün dağtərxunu, yovşan otu, teazol çayı qəbul eidilir. Lyamlia zamanı eozinofillərin miqdarı artır, İg E qanda artır və allergik tipdə dəri səpgiləri olur. Bağırsağın mikroflorası bütün qurd və ibtidai parazitlər zamanı normal qaydada olmalıdır.
puma
Nilufər xanım,sizində,Kentavr sizində gözəl məsləhətlərinizə görə təşəkkür edirəm.Hər ikinizdən də belə faydalı məsləhətlərin davamını yazmağı gözləyirəm.Mən özüm də dərmandan çox xalq təbabətinə üstünlük verirəm.Yeni çıxan dərmanların xeyrindən çox ziyanını görmüşəm.Hələ həkimlərin (firmalarla "əməkdaşlıgı«nəticəsində)yazdığı firma dərmanları demirəm…
məryam
Bu xəstəliyi heç eşitməmişəm. Teşekkürler məlumata görə.
Gloria
Salam.Menim 9 yaşlı oğlumda lyamblya qurdu tapılıb .Ödünde bele var .Müaliceye teze başlanılıb.həkim pəhriz kimi şirniyyatı və yumurtanı qidasından çıxarmağı tapşırıb.Bilmek isterdim bu xesteliyin mualicesi nə qədər müddət davam edecek .İnternetden oxuduğuma görə bu parazit qanda da olur.Kiçik qızımda isə yoxdu yoluxma ehtimali var mı.
dr_mahmud
Lyambliya qurdlarda fərqli olaraq daha uzun müddətli müalicə tələb edən ibtidai parazitdir. Həkimin qeyd etdiyi pəhrizi davam etdirin və kompleks müalicə olunarsa kokos, teazol və teaxolin çayı, eləcə də digər qurdqovucu vasitələri ilə 1-2 aya müalicə bitər. Müalicənin gedişi zamanı ailənin digər üzvləri də müalicəyə qoşulmalıdır, profilaktik olaraq. Qeyd etdiyim vasitələri profilaktik məqsdələ yarı dozada qəbul etsələr daha yaxşı olar.
Allah şəfa versin!
Elmeddin511
Salam zehmet olmasa tecili komek ederdiniz, menim ushagimin qurdu vardi mualice alirdi  indi lap elden dushum qusur ureyi bulanir, cox ariqlayib artik yeriye bilmir o derecede halsiz olur, hekimlere aparmishi her bir orqanizim qaydasindadir. MRT de bele kecib ushaq birce qan yoxlanilmayib. Bilmirik ne edek ???