Рейтинг
+34.77

həzm sistemi

29 üzv, 71 topik

Xora xəstəliyinin simptomları

Hal hazırda mədə və on iki barmaq bağırsağı xoraları çox yayılmış patologiya sayılır.
Bu xəstəlik zamanı mədə və ya (və) on iki barmaq bağırsağı divarında yaralar (xoralar) əmələ gəlir.

Xəstəliyin əsas simptomu davamlı ağrılardır. Xəstə onları uzun müddət ərzində (hətta bir neçə ay ərzində) hiss edə bilər. Ağrı döş sümüyü ilə qöbək arasında olan nahiyədə hiss olunur. Ağrılar xəstənin dözümündən və xoranın dərinliyindən asılı olaraq müxtəlif intensivliyində olur. Ağrı sızıldayan xarakter daşıyır və qida qəbulu ilə bağlı olur. Belə ki, mədə xorası zamanı ağrılar qida qəbulundan sonra əmələ gəlir, acqarına isə ağrılar sakitləşir. On iki barmaq bağırsağı xorası zamanı isə ağrılar əksinə acqarına və gecə saatlarında əmələ gəlir və qida qəbulundan sonra azalır və ya keçir, 2-3 saatdan sonra isə yenidən əmələ gəlir.

Mədə xorası zamanı ağrılarla yanaşı xəstədə qıcqırma, qusma kimi simptomlar ola bilər. Qusmadan sonra xəstənin vəziyyəti yüngülləşir.

Xora xəstəliyi olan insanlar adətən əsəbi, gərgin olur.


Ardı →

Bu qidalar qəbizlikdən xilas edir

Bir çox hallarda insanlarda qəbizliyin səbəbi düzgün olmayan qidalanma olur.

Ağ çörək, ağ undan bişirilmiş müxtəlif un məmulatları (bulka və s.), yağlı ət və balıq bulyonları, qızarmış, duzlu qidalar, tünd çay, şokolad, makaron məmulatları və s. kimi qidaların daim qəbulu insanda qəbizliyə səbəb ola bilər. Əksinə isə meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, quru meyvələr, yaşıl çay, çobanyastığı dəmləməsi qəbizliklə mübarizədə insana çox yaxşı kömək edir.

1. Səhər acqarına 1 çay qaşığı bal əlavə olunmuş 1 stəkan ilıq su için. Bu  bağırsaqların motorikasını (fəaliyyətini) yaxşılaşdırır. Ümumillikdə qəbizliyi olan insan çoxlu maye içməlidir — yaşıl çay, adi təmiz su, müxtəlif kompotlar (dükanlarda alınan yox!). Qara çay, qazlı limonadlar, cola əks-göstərişdir.

2. Qarabaşaq, qəhvəyi düyü, yulaf («herkules») və darı yarmalarından hazırlanmış  sıyıqlar çox yaxşı effekt verir. Sıyıqları süddə yox, suda bişirmək lazımdır. Sıyığı çox bişirmək lazım deyil. 10-15 dəqiqə ərzində bişirin, sonra oddan götürün və dəsmala bükün. Sıyığı qəbul edtikdə ona 1 çay qaşığı zeytun yağı əlavə edin.


Ardı →

Xolesistit - öd kisəsi iltihabı

Öd kisəsi qarın boşluğunun sağ tərəfində qara ciyərin altında yerləşir.

Öd kisəsinin əsas funksiyası qara ciyər tərəfindən istehsal olunan ödün yığılması və saxlanılmasıdır. Həzm prosesi zamanı öd 12 barmaq bağırsağına ifraz olunur və burada piylərin həzmində iştirak edir.

Öd kisəsi həzm proseslərində çox əhəmiyyətli rol oynayır və bu səbəbdən onun iltihabı insanın ümumi vəziyyətinə çox mənfi təsir edir. Öd kisəsinin iltihabı «xolesistit» adlandırılır. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur.

Xolesistit kəskin və xroniki ola bilər. Kəskin xolesistit zamanı əksər hallarda öd kisəsində və onun axarlarında konkrementlər (daşlar) əmələ gəlir. Daşlar öd axarlarına düşdükdə ödün öd kisəsindən axması prosesi pozulur.

Xroniki xolesistit zamanı öd kisəsində öd daşları əmələ gəlmir, lakin bu heç də o demək deyil ki, bu forma təhlükəli deyil. Xroniki xolesistit istənilən zaman kəskinləşə bilər.


Ardı →

Ürəkbulanması hansı xəstəliklərin əlaməti ola bilər

Ürəkbulanması bir çox müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu xəstəliklər arasında:

Qastrit və xora xəstəliyi zamanı ürəkbulanması xəstəni tez-tez narahat edir, qida qəbulundan sonra güclənir, qusma əmələ gələ bilər.

Xolesistit (öd kisəsi iltihabı) zamanı ürəkbulanması qida qəbulu zamanı əmələ gəlir. Xəstə ağızda acı dad, qarının sağ tərəfində ağrı, qıcqırma hiss edir.

Pankreatit (mədəaltı vəzi iltihabı) zamanı ürəkbulanması qida qəbulundan sonra əmələ gəlir. Digər simptomlar arasında: ağızda acı dad, köp, ishal, çəkinin azalması.

Qara ciyər xəstəlikləri zamanı da ürəkbulanması ola bilər. Digər simptomları arasında: sağ qabırğaaltı nahiyyədə ağrılar, iştahasızlıq, qıcqırma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük, dərinin qaşınması,

Appendisit zamanı ürəkbulanması qida qəbulu ilə bağlı olmur, ürəkbulanması qusmaya keçə bilər. Hərarətin artması müşahidə oluna bilər.


Ardı →

Bağırsaqların normal mikroflorası

İnsanın daxilində milyonlarla mikroskopik canlılar yaşayır — bakteriayalar, göbələklər, viruslar və s. Bu canlıların bir hissəsi bizim üçün təhlükəli ola bilər, digərləri isə, əksinə, çox xeyirlidir.

Bağırsaqların normal sağlam mikroflorası insanın səhhətində böyük rol oynayır. Normal sağlam mikroflora dedikdə, biz, əsasən, lakto- və bifidobakteriyaları nəzərdə tuturuq. Bunların digər adı «probiotiklər»dir.

Probiotiklər bizim orqanizmdə çox vacib funksiyaları yerinə yetirir:

— bağırsaqları müxtəlif zərərli mikroblardan, infeksiyalarda, allergenlərdən qoruyur,
Ardı →

Yayda aktual olan bağırsaq bakteriyalarından necə qorunmalı?

Bağırsaq bakteriyası xəstəliyinə adətən yay aylarında yoluxmaq daha aktual olur, belə ki, bir çoxları bağ evlərində olan ağaclardan dərilən meyvələrə üz tutur, digərləri isə bazarlarda yeni meyvələrin dadına baxırlar. Bu isə adı sanitariya qaydalarının pozulması deməkdir.

Bağırsaq bakteriyaları isə ağızdan keçərək, bağırsağa düşüb orada bağırsaq xəstəliyini inkişaf elətdirir.

Adətən bağırsaq infeksiyasını daha çox uşaqlarda müşahidə etmək olar.Bunun tək səbəbi uşaqların hər şeyi ağızlarına aparması deyil, həmçinin onların həm immun sisteminin, həmçinin də mədə-bağırsaq sisteminin mükəmməl olmamasıdır.

Əsasən bütün bağırsaq infeksiyalarının ümumi simptomları eyni olur. Bunlar: ishal, zəiflik, qusma, bağırsaqda olan spazmalar.

E.coli  — bağırsaq çöpü  — bağrsağımızın ən populyar sakini. Bir çox növləri bağırsaqda yaşayaraq, ziyan vurmur və hətta xeyirli işi yerinə yetirir. Yalnız 150 növü isə bağrsaq və böyrəklərdə problem yarada bilər.


Ardı →

Tübaj orqanizmi təmizləyir

Tübaj (öd kisəsinin yuyulması) çox effektli və xeyirli müalicəvi və profilaktik üsuldur.

Tübaj həzmi yaxşılaşdırır, öd kisəsində olan durğunluqla mübarizə aparır. Ən əsası isə odur ki, tübaj öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Tübaj aşağıdakı xəstəliklər və hallar zamanı çox yaxşı nəticə verir:

— xroniki qəbizlik (həddən artıq dolmuş bağırsaq ödün durğunluğuna gətirib çıxarır);

— öd kisəsi hipokineziyası (öd kisəsinin hərəkətliliyinin azalması),

— doğuşdan sonra. Məsələ bundadır ki, hamiləlik zamanı öd kisəsində sıxılma və hamiləlik hormonlarının təsiri nəticəsində durğunluq yaranır və bu da daşların əmələ gəlməsinə səbəb ola bilər.

— öd kisəsi cərrahi yolla xaric olunduqda. Bu zaman öd müntəzəm olaraq xaric olunmalıdır ki, daşlar öd axarlarında əmələ gəlməsin.

— piylənmə və həddən artıq qida qəbul olunduqdan sonra.


Ardı →

Köp və onun səbəbləri

Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normada bu insana heç bir narahatçılıq vermir.

Bu prosesin səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Adətən bu halda qazlar çox olmur, insana heç bir narahatçılıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sorulur.

Lakin qazların həddən artıq əmələ gəlməsi patoloji prosesdir. Bu zaman insanda müxtəlif pozulmalar inkişaf edir: qarın nahiyyəsində ağrılar (bəzən çox güclü) və ağırlıq, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, hal-əhvalın pozulması və s. Köpmənin (meteorizm) səbəbləri arasında:

— qida və ya mayenin tez-tez qəbul olunması nəticəsində havanın həddən artıq miqdarlarda mədə-bağırsaqlara dolması. Bu səbəbdən köpün əmələ gəlməməsi üçün qidanı asta-asta çeynəmək lazımdır.
Ardı →

Ülgücü həzm edən turşular mədəyə niyə zərər vermir?

Orqanizmimizdəki proseslərin baş verməsi, yəni orqanlarımızın işləməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin ilkin maddələrə ayrılması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə uğraması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas rol mədəyə məxsusdur. Özü də ətdən ibarət olmasına baxmayaraq, əti həzm edən mədə turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.

Hər mərhələsi xüsusi məqsədə xidmət edən mədənin mükəmməl quruluşu var. Yediyimiz yemək qida borusundan keçəndən sonra mədəyə düşür. Mədədəki həzm əməliyyatı ağızdakı həzm hərəkətlərindən fərqlənir. Burada güclü təsirə malik olan turşular fəaliyyətə başlayır. Yemək qida borusundan mədəyə düşər-düşməz mədənin səthindəki hüceyrələr mədə şirəsi ifraz etməyə başlayırlar. Bu maye ilə eyni zamanda pepsin fermenti və xlorid turşusu adlanan kimyəvi maddələr də ifraz edilir. Bu turşular ülgücü belə həzm etməyə qadirdir. Zülal kimi çətin həzm olunan maddələr üçün bu turşuların olması vacibdir. Ancaq burada çox vacib bir nüans var. Mədənin özü də zülaldan ibarətdir. Elə isə bir ülgücü həzm etməyə qadir olan turşu mədəyə niyə zərər vermir?


Ardı →

Uşaqlarda bağırsaq disbakteriozu

Hal-hazırda uşaqların əksəriyyətində bağırsaqların disbakteriozu əlamətlərinə rast gəlinir. Əksər hallarda valideynlər buna lazımi dərəcədə diqqət ayırmır. Lakin bu tamamilə yolverilməz haldır.

Çünki vaxtında müalicə olunmamış disbakterioz müəyyən vaxtdan sonra ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Mədə-bağırsaq traktında yaşayan mikroorqanizmlər insan üçün çox əhəmiyyətlidir. Onlar xəstəlik törədici bakteriyaların orqanizmə daxil olaraq infeksion xəstəliklər törətməsinin qarşısını alır, həzmetmə və qidanın mikroelementlərin sorulması prosesində iştirak edir, eyni zamanda özləri də bir sıra vitaminlər və bioloji aktiv maddələr ifraz edirlər. İnsan immunitetinin qorunub saxlanması üçün bağırsaq mikroflorası böyük əhəmiyyət kəsb edir, qida allergiyasının inkişaf etməsinin qarşısını alır.


Ardı →