Eneolit və tunc dövrü


Eneolit (mis-das dovru):

Tunc dövrü: e.ə.IV minil.y.-II minil.s.
Erkən tunc Orta tunc Son tunc-erkən dəmir
e.ə.VI-IV m. e.ə.IVm.II y.-III m.s. e.ə.III m.s.-II m.o. e.ə.XIV-XII ə.-e.ə.XI-VIII ə.
Arxeoloji abidələri Gəncə - Qazax; Mil- Qarabağ; Naxçıvan - Muqan; Urmiya - Təbriz Kür-Araz mədəniyyəti ; Füzuli, Şəmkir, Qobustan, Urmiya, Təbriz, Sərkərtəpə, Kültəpə, Babadərviş "Boyalı qablar mədəniyyəti"; Kültəpə, Üzərliktəpə, Göytəpə, Oğlanqala(Naxçıvan) Azərbaycanın bütün ərazisində tapılmışdır.
Əmək alətləri İnsan ilk dəfə metalla-mislə tanış olmuşdur. Lakin mis yumşaq olduğundan alətlərin çoxu yenə də daşdan düzəldilmişdir. Tunc alətlərdən istifadə olunmuşdur Tunc silahlar, tunc, daş, sümük alətlər, sadə toxucu dəzgahı, qızıl və gümüş əşyalar, mərmərdən toppuz və baltalar, dulis və metaləritmə sobaları. Tuncdan və dəmirdən hazırlanmış müxtəlif növ silahlar və əmək alətləri mövcud olmuşdur; Ayaqla hərəkətə gətirilən dulus çarxlarından geniş istifadə olunmuşdur.
Əsas məşğuliyyələri

Toxuculuq və əkinçilik inkişaf etdirilmişdir. e.ə. V minil. sonlarında at əhilləşdirilmişdir.(Əlikömək təpə). daşişləmə, toxuculuq və s. sənətlər əhalinin məşğuliyyətində mühüm yer tutmuşdur.

Xış əkinçiliyi və köçəri (yaylaq-qışlaq) maldarlığı yaranmışdır.Süni suvarma sistemləri yaranmışdır. Sənətkarlıqda dulusçuluq və toxuculuq (yun parçalar) daha çox inkişaf etmişdir. başlanmışdır.

Xış əkinçiliyi və köçəri maldarlıq, bağçılıq, bostançılıq, üzümçülükŞ şərabçılıq. Metal işləmədə döymə və lehimləmə üsull yun parka toxuculuğu və s. Məhsul münasibətləri genişlənmişdir.

Əkinçilik, maldarlıq, sənətkarlıq. Ticarət, yarımköçəri maldarlıq təsərrüfatda ön plana keçmişdir. Dulusçuluq xüsusi yer tutmuşdur. Dəvə əhilləşdirilmişdir.

İnsanın tipi

Müasir insan tipi mövcud olmuşdur.

Sosial həyat

Səfalı yerlərdə salınan kiçik kəndlərdə Qəbilə halında yaşayırdılar. Cüt nikahlı ailələr yaranmışdır. Anaxaqanlığı tədricən zəifləmiş, cəmiyyətin həyatında icma ağsaqqaları surası mühüm rol oynamağa başlamışdırə

Ağır zəhmət tələb edən xış əkinçiliyinin yaranması nəticəsindəicma həyatında kişilərin rolu artmış, ataxaqanlığı meydana gəlmişdir. I ictimai əmək bölgüsü baş verdi, yəni maldarlıq əkinçilikdən ayrıldı. Əmlak və social bərabərsizlik yaranmışdır. Qəbilə icması qonşuluq icması ilə əvəz olunmuşdur.

II ictimai əmək bölgüsü başlanmış, yəni sənətkarlıq müstəqqil peşəyə çevrilmişdir (II kültəpə dulusçu məhəlləsi). İri tayfa ittifaqları yaranmışdır. Bərabərsizlik dərinləşmişdir. Sənətkarlığın ayrılması ilə şəhər tipli iri yaşayış məskənləri yaranmışdır.

III ictimai əmək bölgüsü baş verdi, yəni sənətkar tacirlər ayrılıb tacirlərə çevrildilər. Hərbi toqquşmalar artmışdır. Dəmir dövründə Azərbaycanın Assuriya ilə əlaqələri yaranmışdır (Xocalı üzərində mixi xətlə Assur padşahı Adadnirarinin adı yazılmış muncuq) . İbtidai icma qurluşu dağılmışdır.

Din və inanclar

Ölülər kəndin içində, ya evlərin arasında ya da evlərin içində basdırılır, üzərlərindən rəmzi sayılan qırmızı rəng çəkirdilər.

İlk ibadətgahlar tikilmişdir.(Kül təpə, Sərkər təpə və Babadərviş). Ölüyandırma kollektiv dəfnetmə adətləri yaranmışdır. Kurdan tipli dəbirlər meydana gəlmişdir.

Tayfa başçılarının nüfuzunun artması onların ilahiləşdirilməsinə səbəb olmuşdur. İnsanların həyatında böyük rol oynayan ataya sitayiş yaranmışdır.Oda, suya, meşələrə, səma cisimlərinə inam geniş yayılmışdır.

Əlavələr

Bizə məlum olan ev heyvanlarının hamısı demək olar ki, əhilləşdirilmişdir. Ovçuluq və balıqçılıq II dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdir.

Tunc misin tərkibinə sürmə nikek və ya qalay qarışdırmaqla alınan yeni metal idi. O asan emal olunur və misə nisbətən möhkəm idi. Şumlamada heyvanlardan qoşqu kimi istifadə olunur.

Qayaüstü təsvirlər, saxsı və metal əşyaların üzərindəki naxışlar incəsənətin inkişafını göstərir.

e.ə.II m.s.-da siklopik tikililər yarandı. Bu memarlıq sənətinin güclü inkişaf etdiyini göstərir.

e.ə.VII əsrdən başlayaraq Azərbaycanın ərazisində dəmirdən geniş istifadə olunmuşdur.

 

3 şərh

lala_askerova
ax tarix vah tarix… təssüf ki tarixi çox pis bilirem...hələ bu xronologiyanı tembole....Təşəkkürlər Luminat))
ARISTOKRAT
men tarixde oxuyuram,BDUda. gozel melumatdi ama sevmeyenlercun tarix cox yorucu elmdir. insan+ 2curdu mektebde adeten TARIX SEVENLER VE RIYAZIYYAT SEVENLER.
Zahid_GDMLI
Çox gözəl və faydali cədvəldi. Ümumiyyətlə belə cədvəl şəklində olanda insana öyrənməyə və yadda saxlamağa «göz yaddaşı» da kömək olur. Bunu çoxdan görsəydim qəbul imtahanında daha çox bal yığardım tarixdən :)