Ən qədim insanlar

Ən qədim insanların izləri Afrika va Asiyada aşkar edilmişdir. Ən qədim insanlar müasir insandan fərqli olaraq:
  • Müəyyən qədər meymuna bənzəyirdilər
  • İki arxa pəncə üzərində hərəkət edərək xeyli qabağa eyilmis halda ğəzirdilər
  • Dizə qədər sallanmıs əlləri ilə sadə işlər görürdülərYiğicilıq va ovçuluqla məşğul olurdular
  • Bitkilərin yeməli köklərini qazıb cixarırdəlar
  • Ağacların meyvələrini, bitkilərin toxu-munu yığırdılar
  • Muxtəlif quşları və vəhşi heyvanları ovlayırdılar.
  • Meyvə kökü, cucü va sürfələr toplayırdılar.
  • Dəstə halında yaşayırdılar
  • Sərbəst danışa bilmirdilər
  • Daşdan al çapacağı, qaşov, biz və s. əmək alətləri düzəldirdilər.
  • Təhlükə zamanı qorxu bildirən səslər çixararaq bir-birini xəbərdər edir və ya köməyə cağırırdılar.
  • Qırıq-qırıq səslərlə bir-biri ilə ünsiyyət yaradırdılar.

Qeyd: Ən qədim insanlar arxeoloqlar tərəfindən "bacarıqlı insan" adlandırılmışdır.

Əmək alətləri

Qədim insanlar əmək alətləri hazırlamaq üçün dəvəgözü, tuf, çaxmaqdaşı, əhəngdaşı və vulkanik şüşədən istifadə edirdilər. Bu növ daşlar zərbə nəticəsində asanlıqla parçalanır və iti yanları olan qəlpələr əmələ gəlirdi. Qədim insanların ilk əmək alətləri sivri daş, yerqazan çubuq və dəyənək olmuşdur. Qədim insanlar ilk əmək alətləri ilə yalnız yığıcılıq və ovçuluqla məşğul olurdular.

İnsan dəstəsi

Qədim insanlar acindan ölməmək və yırtıcı heyvanlarla mübarizə aparmaq üçün dəstələr halında yaşayırdılar. İnsan dəstələri:

  • Birlikdə qida əldə edirdilər
  • Bir tonqal başında qızınırdılar
  • Sabit deyildilər. (qida catışmazlığına görə tez-tez parçalanırdılar.)

Qeyd: İbtidai insan dəstəsi ilk insan kollektivi idi və alt paleolitdə meydana gəlmişdir.

"Ağıllı insan"

Təqribən 40 min il bundan əvvəl "ağıllı insan" meydana gəldi. "ağıllı insan"ın "bacarıqlı insan "dan aşağıdakı fərqləri var idi.

  • Beyni 2 dəfə böyük idi
  • Boyca hühdür və düz qamətə malik idi
  • Rabitəli nitqə malik idi

Ağıllı insanlar:

  • Daşdan vş sümükdən kiçik bütlər hazırlayırdılar
  • Daş və sümük üzərində oyma və cızma üsulu ilə heyvan və insan şekilləri çəkirdilər
  • Heyvanların xarici görünüsü ilə yanaşı onların xüsusiyyətlərinidətəsvir edirdilər
  • Əsasən ov səhnələri və insanların digər məşğuliyyət səhnələrini təsvir edirdilər.

0 şərh