Azərbaycan ən qədim zamanlarda

Alt Paleolit ən qədim dövrdən başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir.
  • Alt Paleolit dövründə Azərbaycanda:
  • “Bacaran insan” yaşamış;
  • Əmək alətləri çaxmaqdaşı, bazalt və dəvəgözündən hazırlanmış;
  • Ulu icma yaranmış;
  • Ibtidai dini təsəvvürlər yaranmış;
  • Insanlar odla tanış olmuş;
  • “Quruçay mədəniyyəti” mövcud olmuş;
  • Sadə dini ayinlər və totemlər yaranmış.
  • Alt Paleolit dövrü Azərbaycanda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir. Azıx mağarasında tapılmışdır:
  • Qədim insana aid alt çənə sümüyü;
  • Adi çay daşlarından hazırlanmış kobud daş alətlər;
  • Nəsli kəsilmiş vəhşi heyvan sümükləri;
  • 700 min il bundan əvvələ aid ocaq izləri;
  • Tikili qalıqları;
  • Üzərində müxtəlif işarələr cızılmış ayı kəllələri.

Azıx mağarasında yaşamış ibtidai insan “Azıxantrop” adlanır. Azıxantrop:
  • Təqribən 350-400 min il bundan əvvəl yaşamışdı;
  • Sadə incəsənətlə məşğul olurdu;
  • Tikinti vərdişlərinə yiyələnmişdi;
  • Ibtidai dini təsəvvürlərə malik idi.

Orta Paleolit “Mustye dövrü” adlanır və 100 min il bundan əvvəldən başlayaraq, 40 min il bundan əvvələ qədər davam etmişdir.Arxeoloji qazıntılar nəticəsində Tağlar, Qazma və Damcılı mağara-larında Orta Paleolitə aid tapıntılar əldə edilmişdir.Orta Paleolit dövründə:
  • Əhali Kiçik Qafqazın cənub — şərq yamacında, Naxçıvan, Qazax və Qarabağda məskən saldı;
  • “Neandertal adam” meydana gəldi;
  • Dini təsəvvürlərdə dəyişikliklər baş verdi;
  • Axirət dünyasına ilk dəfə inam yarandı;
  • Ovsun, totem və təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları yarandı;
  • Ulu icma tədricən parçalanmağa başladı.

Üst Paleolit 40 min il bundan əvvəl başlamış və e. ə. XII minilliyə qədər davam etmişdir.Üst Paleolitdə:
  • “Ağıllı insan” meydana gəldi;
  • Qəbilə icması yarandı;
  • Incəsənət yarandı;
  • Anaxaqanlıq yarandı;
  • Səsli nitq yarandı.

Mezolit dövrü Azərbaycanda e. ə. XII minillikdən başlayaraq e. ə. VIII minilliyə qədər davam etmişdir.Mezolit dövründə:
  • Ox və kaman ixtira edildi;
  • Yeni əmək alətləri meydana gəldi;
  • Heyvanların əhliləşdirilmə prosesi başlandı;
  • Ilk əkinçilik vərdişləri yarandı;
  • Toxa əkinçiliyi meydana gəldi;
  • Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu;
  • Əhali yığıcılıq, ovçuluq və balıqçılıqla məşğul olurdu.
Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı abidələri əsasında öyrənilmişdir. Qobustan əhalisi:
  • Ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdu;
  • Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdi;
  • Incəsənətlə məşğul olurdu (qaya üstündə çəkilmiş müxtəlif rəsmlər ovsun, totem, dini ayinlər və ov səhnələri ilə bağlı idi);
  • Axirət dünyasına inanırdı (dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyurdu).

Neolit dövrü e. ə. VII minillikdən başlayaraq e. ə. VI minilliyə qədər davam etmişdir. Neolit dövründə:
  • Saxsı qabların istehsalına başlandı;
  • Daşların cilalanması və deşilməsi öyrənildi;
  • Toxuculuq meydana gəldi;
  • Əhali oturaq həyata keçdi;
  • Əmək alətləri çaxmaqdaşı və dəvəgözündən hazırlanırdı;
  • Əhali maldarlıq və əkinçiliklə yanaşı, ovçuluq və balıqçılıqla da məşğul olurdu;
  • İstehsal təsərrüfatı formalaşdı.

Azərbaycanda Orta Tunc dövrü e. ə. III minilliyin axırı e.ə. II minilliyin əvvəllərindən başlayaraq, e.ə. II minilliyin sonlarına qədər davam etmişdir. Orta Tunc dövründə Azərbaycanda:
  • İri yaşayış məskənləri yarandı;
  • Sosial və əmlak bərabərsizliyi artdı;
  • Tayfalar arasında əlaqələr genişləndi;
  • İlkin şəhər mərkəzləri yarandı (II Kültəpə, Oğlanqala, Göytəpə, Üzərliktəpə və Naxçıvan şəhəri);
  • Atdan minik və qoşqu qüvvəsi kimi istifadə edilirdi;
  • II ictimai əmək bölgüsü baş verdi (sənətkarlıq müstəqil sahəyə çevrildi);
  • Boyalı qablar mədəniyyəti yarandı;
  • İri tayfa ittifaqı yarandı;
  • İctimai və əmlak bərabərsizliyi dərinləşdi;
Həmçinin bax: Azərbaycan ən qədim dövrdə

0 şərh