Əsas biokimyəvi göstəricilər və tədqiqatların obyektləri

Biokimyəvi tədqiqatların obyekti nəfəs verdiyimiz hava, qan, sidik, tüpürcək, tər, əzələ toxuması və s. ola bilər.
Nəfəsvermə havası orqanizmdə energetik mübadiləni tədqiq etmək üçün ən yaxşı obyekt sayılır. Burada tələb olunan O2-nin və xaric olunan CO2nın miqdarı müəyyən olunur. Bu iki göstərici arasında nisbətin öyrənilməsi enerji mübadiləsi prosesləri haqqında dolğun məlumat əldə etməyə imkan verir, ATF-in resintezi mexanizmində anaerob və aerob proseslərin payını ayırd etmək mümkün olur. Əzələ fəaliyyətində istifadə olunan enerji daşıyıcılarının xarakterini müəyyən etmək üçün nəfəsvermə havasından istifadə etmək olur.
Qan biokimyəvi tədqiqatlar üçün mühüm obyektlərdən sayılır. Orqanizmdə baş verən bütün metabolik dəyişikliklər qanda, limfada və toxuma mayesində öz əksini tapır. Qanın miqdarının və ya plazmasının dəyişilməsinə görə orqanizmin daxili mühitinin vəziyyəti və ya idman fəaliyyətinin hemostaza göstərdiyi təsiri haqqında mühakimə yürütmək olar (cədvəl).

Cədvəl. Qanın və plazmanın əsas biokimyəvi tərkib hissələri.


Qanın tərkibi

Qanda

Plazmada

Su, %

75-85

90-91

Quru qalıq (qanın zülalı), %

15-25

9-10

Ümumi zülal,

65-80

Hemoqlobin, '

120-140 (qadınlar) 140-160 (kişilər)

Hemotokirit,

37-47 (qadınlar) 40-54 (kişilər)

—-

Qlobulinlər

20-30

Albuminlər,

40-50

Sidik cövhəri,

3,30-6,60

3,30-6,60

Sidik turşusu,

0,18-0,24

0,24-0,29

Kreatin,

0,23-0,38

0,08-0,11

Kreatinin,

0,06-0,067

0,06-0,067

Qlükoza,

3,30-5,50

3,60-5,50

Süd turşusu

1,00-2,50

Piroüzüm turşusu,

0,07-0,14

Neytral yağlar

1,00-2,50

1,20-2,80

Sərbəst yağ turşuları,

0,10-0,40

Ümumi xolesterin,

3,90-5,20

3,90-6,50

Keton cisimcikləri,

8-30

Asetosirkə turşusu

0,05-0,19

Aseton

0,20

0,20-0,30

Limon turşusu

0,10-0,15

Askorbin turşusu,

0,05-0,10

Ümumi billirubin,

4-26

PH

7,35-7,45

Təcrübə üçün az miqdarda (0,01-0,05 ml) qan tələb olunur, bunu da barmaqdan və qulaqdan almaq olar. Qan götürmə əməliyyatını fiziki işin 3-7-ci dəqiqələrində yerinə yetirmək lazımdır. Bu zaman onda kifayət qədər biokimyəvi dəyişikliklər baş vermiş olur.
Fiziki yüklərin müxtəlif faktorlarının, maddələr mübadiləsinin patologiyasının və müxtəlif farmakoloji maddələrin təsiri zamanı qanın ayrı-ayrı komponentləri ciddi dəyişikliklərə uğrayır. Qanın biokimyəvi analizinə əsasən insanın sağlamlığı, məşqolunma səviyyəsi, adaptasiya proseslərinin getməsi haqqında fikir irəli sürmək olar. Son zamanlarda QİÇS-lə yoluxmanın qarşısını almaq məqsədi ilə qanın tədqiqini bütün qoruyucu vasitələrə əməl etməklə aparmaq məsləhət görülür.
Sidik böyrəklərdə əmələ gəlir və özündə böyrəyin funksiyasını əks etdirir. Böyrəklər orqanizmin əsas ifrazat orqanıdır. Sidiyin tərkibinə görə ayrı-ayrı orqanlarda və toxumalarda gedən mübadilə prosesləri haqqında mülahizə yürütmək olar. Sidiyin tərkibinin miqdar və keyfiyyət cəhətdən dəyişməsinə əsasən maddələr mübadiləsinin ayrı-ayrı istiqamətlərinin vəziyyəti, orqanizmin hemostatik reaksiyalarının dəyişməsi, əzələ işinin orqanizmə göstərdiyi təsir haqqında məlumat əldə etmək mümkündür. Sidik vasitəsilə orqanizmdən su, elektrolitlər, maddələr mübadiləsinin aralıq və son məhsullarının hormonları, vitaminləri və yad cisimlərin artıq miqdarı xaric olunur
Sidik ifrazı (diurez) gün ərzində orta hesabla 1,5 1 təşkil edir. Sidik gün ərzində toplanır və bu da tədqiqatın aparılmasına müəyyən çətinliklər törədir. Ona görə də sidiyi fasilələrlə, hər 2 saatdan bir götürürlər. Sidik həm yükün yerinə yetirilməsi zamanı, həm də istirahət dövründə toplanır. Sidik qısamüddətli işin təsirindən sonra qaneedici obyekt ola bilməz. Çünki yükün təsirindən dərhal sonra tədqiqat üçün lazım olan miqdarı toplamaq mümkün olmur.
Müxtəlif funksional hallardan asılı olaraq sidikdə normada olmayan kimyəvi maddələr görünə bilər. Bunlara qlükoza, zülal, keton cisimcikləri, öd piqmentləri, qanın formalı elementləri və s. aiddir. Bu maddələrin sidikdə müəyyən olunması müxtəlif xəstəliklərin biokimyəvi diaqnostikasında, idman praktikasında məşq prosesinin effektli keçməsində və idmançının sağlamlığının nəzarət altında saxlanılmasında istifadə oluna bilər.
Biokimyəvi tədqiqatlarda digər obyektlərlə yanaşı tüpürcəkdən də istifadə olunur. Tüpürcəkdə müxtəlif elektrolitlər (Na və K), fermentlərin aktivliyi (amilaza) və pH təyin olunur. Belə fikir mövcuddur ki, tüpürcək qana nəzərən daha az bufer həcmə malik olub, orqanizmin turşu-qələvi müvazinətini daha yaxşı əks etdirir. Lakin tədqiqat obyekti kimi tüpürcəkdən çox geniş istifadə olunmur. Çünki onun tərkibi yalnız fiziki yükdən deyil, həm də maddələr mübadiləsinin hüceyrədaxili dəyişikliklərindən və toxluq halından («aclıq» və « toxluq» tüpürcəyi) asılıdır.
Biokimyəvi tədqiqatlar obyekti kimi bəzən tər böyük maraq kəsb edir. Tədqiqat üçün lazım olan tər pambıq parçanın və ya dəsmalın köməyi ilə toplanır. Bu parça və ya dəsmal distillə suyunda isladılaraq tərdən ayrılır, tərin ayrı-ayrı komponentləri distillə suyuna keçir. Alınmış ekstrakt vakuumda buxarlandırılır və analizə verilir.
Əzələ fəaliyyətinin biokimyəvi nəzarəti üçün ən məlumatlı obyekt əzələ toxuması sayılır. Lakin bu obyektdən çox az istifadə olunur. Çünki əzələ toxumasından nümunə iynəvari biopsiya metodu ilə götürülməlidir. Bunun üçün tədqiq olunan əzələnin üzərindəki dəridə kiçik kəsik aparılır və xüsusi iynənin köməyi ilə az miqdarda əzələ toxuması götürülərək (2-3 mq) dərhal maye azotda dondurulur. Nümunədə təqəllüs zülallar (aktin və miozin), miozin potensialının göstəriciləri (ATF, qlikogen, KrF), energetik mübadilənin məhsulları və s. maddələri təyin edirlər. Bunların miqdarına görə əzələnin tərkibi və funksional aktivliyinin vəziyyəti haqqında məlumat toplanır. Bu göstəricilərə görə əzələnin energetik fiziki yük və ya uzunmüddətli məşqin təsiri altında dəyişilməsi araşdırılır.
İdman praktikasında aparılan biokimyəvi analizlərdə aşağıdakı göstəricilərdən istifadə olunur:
- energetik mübadiləniıı fermentləri (ATF-aza, KrF-kinaza, sitoxro-moksidaza, laktatdehidrogenaza və s.);
- energetik substraktlar (ATF, KrF, qlükoza, sərbəst yağ turşuları);
- karbohidratlar, lipidlər və zülalların parçalanmasının aralıq və son məhsulları (süd və piroüzüm turşuları, keton cisimcikləri, sidik cövhəri, kreatinin, kreatin, sidik turşusu, CO2 və s.);
- qanın turşu-qələvi halının göstəriciləri (pH, CO2 parsial təzyiqi, ehtiyat qələvilik və ya bufer əsaslarının artığı və s.);
- maddələr mübadiləsinin tənzimləyiciləri (fermentlər, hormonlar, vitaminlər, aktivatorlar, ingibitorlar);
- bioloji mayelərin mineral maddələri (bikarbohidratlar və fosfat turşusunun duzlarından qanın bufer həcmini xarakterizə etmək üçün istifadə olunur);
- qan plazmasında ümumi zülalın, zülal fraksiyalarının miqdarı və nisbəti;
- idman praktikasında ümumi zülalın qadağan olunmuş maddələrinin və anabolik steroidlərin (dopinqlərin) müəyyən olunması, dopinq nazarətinin həyata keçirilməsi.

Mənbə İdman Biokimyası dərsliyi 2-ci cild
Müəllif Q.M.Məmmədyarov,S.A.Əliyev
loading...

0 şərh