Рейтинг
0.00

idman fiziologiyası

12 üzv, 9 topik

Evdə gündəlik 30 dəqiqə idman etməyin 5 faydası

Sağlamlıq və fitnes həyatımızın ən vacib tərəflərindən biridir, ancaq çox vaxt bu məsələləri nəzərə alanda vaxt və imkan məhdudiyyətləri ilə üzləşirik. İdman zalına getmək, uzun məsafələr qət etmək və ya mütəxəssislərdən kömək almaq həmişə mümkün olmaya bilər. Lakin, evdə gündəlik cəmi 30 dəqiqə idman etməklə də sağlamlığınıza böyük töhfələr verə bilərsiniz. Bu yazıda evdə hər gün 30 dəqiqə idman etməyin insan sağlamlığı üçün olan əhəmiyyətini ətraflı şəkildə araşdıracağıq.


Davamı →

Ən təhlükəli idman növləri

Hər hansı bir peşəkar idman sağlamlığa zərər yarada bilər. İdmançılar, yüksək nəticələr əldə etmək üçün bədənlərini lazımi formaya salmağa vaxtlarını sərf edirlər. Ancaq elə maksimal təhlükəli idman növləri də var ki, onunla məşğul olanlar az qala hər dəfə risk almalı olurlar.

Dünyada ən təhlükəli idman növü hansıdır — 9 ekstremal fəaliyyət

Serfing


Davamı →

Aura və çakralar

Qədim fələsəfəyə əsasən insanın bədənində 7 enerji mərkəzi və ya çakra vardır. Hər çakra bədənin konkret hissəsində yerləşir və müəyyən orqanlara və problemlərə görə cavabdehdir. 

Çakralardan buraxılan enerji ilə Aura — yəni insanın ətrafında işıq saçan, adi gözlə görünməyən energetik sahə formalaşır və hər çakra auranın həmin çakraya aid sahəsinin yaranmasında və dəstəklənməsində xüsusi rol oynayır.

Çakralar tam açıq olmadıqda və ya zədələndikdə aura tutqun və zəif görünə bilər. Eyni zamanda, əgər siz sağlamsınızsa və emosional cəhətdən az-çox açıqsınızsa, sizin çakralarınız daha açıq və aktiv, auranız daha güclü, enerjili və sarsılmaz olacaq. İnsanın energetik bədənində aşağıdakı çakralar mövcuddur:
Davamı →

Əzələ kütləsini artıran qidalar

1. Yumurta
Böyük miqdarda zülal ehtiyatlarına malikdir. Vitaminlər, sink, dəmir və kalsiy ilə zəngindir. Yumurtadakı bütün bu xüsusiyyətlər onu əzələ kütləsini artırmaq üçün ən mühüm və balanslaşdırılmış ərzağa çevirir.

2. Toyuq filesi
100 qram toyuq ətinın tərkibində 30 qram zülal mövcuddur. Toyuq filesinin digər özəlliyi isə onu müxtəlif xörəklərdə, cürbəcür dadlarda hazırlana bilməsidir.

Davamı →

İdman edərkən...

İdman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir. Həm də elə etmək lazımdır ki, idman dərslə üst-üstə düşməsin. Bir də idman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. Bu da, şübhəsiz ki, həkimin məsləhəti ilə mümkündür. Uşaq idmanla məşğul olmazdan əvvəl tibbi müayinədən keçməlidir və bununla da onun məşğul olacağı idman növü müəyyənləşdirilməlidir. Sümük və boy baxımından zəif olanlar travmatik idmanlara başlayarlarsa, həm fiziki, həm də psixoloji problemlərlə üzləşə bilərlər.
Davamı →

Üzmək və qaçmaq beyin üçün ən yaxşı vitamindir

Tətildə təkcə bədən deyil, beyin də dincəlməlidir. Bunun üçün çoxlu üzmək və qaçmaq faydalıdır. Çünki dəniz və günəş orqanizm üçün ən yaxşı vitamindir. Yorulan beynin dincəlməsi üçün ən yaxşı metod nədir? Bir qayda olaraq səs-küylü, səhhətə ziyan vuran yerlərdən uzaqlaşmaq lazımdır. Tətil müddətində idman etmək, mümkün qədər açıq havada gəzmək, iş barədə düşünməmək məsləhətdir.

Bəzən bu müddətdə görülməsi vacib olan işlərlə məşğul oluruq. Bu da beyni daha çox yorur. İnsan ruhən fəsillərə daha çox bağlıdır. Gərgin və stresli iş saatından sonra tətilə çıxarkən günəşlə dəniz beynin dincəlməsi üçün əsl fürsətdir. Üzmək orqanizm üçün vacib rol oynayır. Dəniz suyunu xüsusilə günəş şüaları ilə birlikdə qəbul etdikdə bədən bir çox xəstəliklərdən qorunmuş olur və bu, bəzi xəstəliklərin müalicəsinə də kömək edir.

İstirahət üçün vaxt ayırmayıb yalnız işi düşünən insanlarda ruh düşkünlüyü, yuxusuzluq, əsəb pozğunluğu və s. çatışmazlıqlar meydana çıxır. Belə adamlar tətillərini səmərəli keçirməlidirlər ki, bütün bu fəsadlar aradan qalxsın. Rejimə əməl etməklə, düzgün qidalanmaqla, idman etməklə, stresdən uzaqlaşmaq mümkündür. Kitab oxumaqla beyin daha fəal olur. İdman beyni sakitləşdirir, qan dövranını nizamlayır, beynin qidalanmasını rejimə salır. Ancaq ağır idman növləri ilə məşğul olmaq düzgün deyil. Bədən üçün ən asan və faydalı olan idman növü qaçışdır. Bədəni ağır idmanla yükləmək və buna səy göstərmək qan təzyiqinin yüksəlməsinə yol açır ki, bu da beyinə qan sızması ilə nəticələnə bilər.

Sonda sizə gözəl bir resept təklif edir və ümid edirik ki, bu resept orqanizminizin dincəlməsi üçün faydalı olacaq:
1 dilim ananas, 1 ədəd banan, bir ovuc kişmiş götürün və 1 stəkan alma suyu ilə mikserdə qarışdırın. Artıq “dərmanınız“ hazırdır.

Müəllif: Yeganə Məmmədova
Mənbə: Zaman qəzeti
Davamı →

Dopinq

XX əsrin əvvəllərindən fiziki işgörmə qabiliyyətini yuksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə olıınmağa başlamışdır. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar — dopinq adlanan maddələr aiddir. Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması (xüsusilə də hormonal preparatların) orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır:
— ürək-damar;
— daxili sekresiya (xüsusilə də vezilərin atrofiyası) və hipofızin funksiyalarına təsir edir, doğuş funksiyasının pozulması, qadınlarda ikincili kişi cinsiyyətinin (virilizasiya) meydana gəlməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya) və s. kimi hallar baş verir;
— qara ciyərin serrozuna, sətəlcəm və hepatit (sarılığın) yaranmasına səbəb olur;
— immun sistemin zəiflənməsinə, tez-tez soyuqdəyməyə, viruslarla xəstələnməyə səbəb olur;
— sinir sisteminin psixoloji pozğunluqları (aqressivlik, depressiya, yuxusuzluq);
Ardı →

Əsas biokimyəvi göstəricilər və tədqiqatların obyektləri

Biokimyəvi tədqiqatların obyekti nəfəs verdiyimiz hava, qan, sidik, tüpürcək, tər, əzələ toxuması və s. ola bilər.
Nəfəsvermə havası orqanizmdə energetik mübadiləni tədqiq etmək üçün ən yaxşı obyekt sayılır. Burada tələb olunan O2-nin və xaric olunan CO2nın miqdarı müəyyən olunur. Bu iki göstərici arasında nisbətin öyrənilməsi enerji mübadiləsi prosesləri haqqında dolğun məlumat əldə etməyə imkan verir, ATF-in resintezi mexanizmində anaerob və aerob proseslərin payını ayırd etmək mümkün olur. Əzələ fəaliyyətində istifadə olunan enerji daşıyıcılarının xarakterini müəyyən etmək üçün nəfəsvermə havasından istifadə etmək olur.
Qan biokimyəvi tədqiqatlar üçün mühüm obyektlərdən sayılır. Orqanizmdə baş verən bütün metabolik dəyişikliklər qanda, limfada və toxuma mayesində öz əksini tapır. Qanın miqdarının və ya plazmasının dəyişilməsinə görə orqanizmin daxili mühitinin vəziyyəti və ya idman fəaliyyətinin hemostaza göstərdiyi təsiri haqqında mühakimə yürütmək olar (cədvəl).


Ardı →

Biokimyəvi nəzarətin təşkili, növləri və vəzifələri

Maddələr mübadiləsi göstəricilərinin təyin olunması kompleks yoxlamanın aşağıdakı vəzifələrini həll etməyə imkan verir: idmançı orqanizminin funksional vəziyyətinə nəzarət etmək, məşq prosesində orqanizmin funksional və energetik sistemlərində gedən adaptasiya dəyişikliklərini müşahidə etmək, idmançılarda metabolizmin patoloji dəyişikliklərinin diaqnostikası və s. Biokimyəvi nəzarət həmçinin orqanizmin fiziki yükə qarşı reaksiyasını, farmakoloji və digər bərpaedici vasitələrin qəbulunun məqsədəuyğunluğunu və s. müəyyən etməyə imkan verir. Əzələ işinin, eləcə də xarici mühit amillərinin idmançı orqanizminə göstərdiyi təsiri və onun yaratdığı dəyişikliklərin səviyyəsini biokimyəvi nəzarətin köməyi ilə müəyyən etmək olar. Bununla əlaqədar idman praktikasında idmançı hazırlığının müxtəlif mərhələlərində biokimyəvi nəzarətdən istifadə olunur.
Yüksək dərəcəli idmançıların hazırlığının illik məşq dövründə bio-kimyəvi nəzarətin müxtəlif növləri müəyyən edilir:
Ardı →