İkinci dünya müharibəsinin xronologiyası

1937

7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.

1938

  • 15 iyul-10 avqust Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.

1939

  • 23 avqust Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım oldu.
  • 1 sentyabr Polşaya hücum olundu İkinci dünya müharibəsi başlandı.
  • 3 sentyabr İngiltərə və Fransa Almaniyaya müharibə elan elədilər.
  • 5 sentyabr ABŞ öz neytrallığını elan etdi.
  • 17 sentyabr Sovet qoşunları Polşaya daxil oldular.
  • 27 sentyabr Varşavanın kapitulyasiya olunması və almanların Polşaya yürüşünün başa çatması.
  • 12 oktyabr Almaniyadan Polşaya yəhudilərin köçürülməsi. Təhlükəsizlik polisinin əmrii ilə 2 həftə sonra yəhudilər fərqləndirmə nişanı kimi sarı ulduz taxmağa başladılar.
  • 8 noyabr Münhendə uğursuz sui-qəsd.
  • 30 noyabr SSRİ Finlandiyaya müharibə elan edir. Qış müharibəsi adını alan bu müharibə 1940-cı ilin mart ayına kimi davam edir. Müharibə nəticəsində ruslar çox böyük itkilər versələr də, Finlandiyaya məxsus ərazilərin 10%-ni işğal edirlər.

1940

  • 15 mart Sovet-fin müharibəsi sona yetir.
  • 9 aprel Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.
  • 10 aprel Sovet qoşunları tərəfindən pribaltika respublikalarının tutulması.
  • 22 iyun Fransanın kapitulyasiyasına dair akt imzalandı.
  • 13 avqust Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.
  • 23 sentyabr İtaliya Şərqi Afrikaya yürüş etdi.
  • 27 sentyabr Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.
  • 2 noyabr ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.
  • 20 noyabr Macarıstan “Üçlüyə” daxil olur.

1941

  • 1 mart Almaniyanı dəstəkləyən Bolqarıstan da “Üçlüyə” daxil olur.
  • 6 aprel Alman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana soxulur.
  • 9 aprel Britaniya aviasiyası Berlini bombardman edir.
  • 1 iyun İngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.
  • 16 iyun ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya səfirliklərinin bağlanmasını tələb edir.
  • 22 iyun Almaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burada onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və Finlandiyadır.
  • 12 iyul Almaniyaya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.
  • 11 sentyabr Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.
  • 30 sentyabr Almanlar Moskvaya hücuma başladılar.
  • 5 dekabr Sovet qoşunları Moskva ətrafındakı alman qoşunlarına əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük Britaniya Finlandiya, Macarıstan və Rumıniyaya qarşı müharibə elan etdi.
  • 7 dekabr Yaponlar Amerikanın Havay adalarında yerləşən Prel Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.
  • 11 dekabr Çin Almaniya və İtaliyaya müharibə elan etdi.
  • 20 dekabr Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.

1942

  • 1 yanvar Vaşinqtonda 26 ölkə “Üçlüy”ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.
  • 20 yanvar Berlində “Vanzey konfransı”. Yüksək rütbəli faşist məmurları “yəhudi problemini kökündən həll etməy”ə dair müzakirələr apardılar.
  • 18 aprel ABŞ hava qüvvələri Tokionu havadan bombaladı.
  • 24 aprel Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.
  • 13 sentyabr Stalinqrad uğrunda döyüşlər başlandı.
  • 2 dekabr Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi idi.

1943

  • Kasablankada Ruzvelt və Çörçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri miqyaslı operasiya haqqında razılığa gəldilər.
  • 31 yanvar- 2 fevral Stalinqrad döyüşü sona yetir.
  • 19 Aprel Varşavada 56 min yəhudi qətlə yetirilirdi
  • 13 mart Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.
  • 5 iyul-23 avqust Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.
  • 10 iyun Sovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor Emmanuel Mussolinin düşmənləri arasında əlaqə axtarır.
  • 24 iyul İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.
  • 25 iyul Benito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtaliyanın faşist diktaturasından azad olunması elan olunur.
  • 13 oktyabr İtaliya Almaniyaya müharibə elan etdi.
  • 28 noyabr İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.
  • 26 dekabr Ruzvelt və Çerçilin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.

1944

  • 6 iyun Sovet qoşunları Normandiyaya daxil olur. İkinci cəbhənin açılması.
  • 20 iyul Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.
  • 1 avqust Varşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.
  • 25 avqust Rumıniya Almaniyaya müharibə elan edir.
  • 19 sentyabr SSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.
  • 21 oktyabr Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.
  • 31 dekabr Macarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.

1945

  • 27 yanvar Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orda 7 min əsir vardı. Osventsim fən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz milyondan çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.
  • 4 fevral Stalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.
  • 13-14 fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60-245 min arasında olduğu təxmin edilir.
  • 2 mart Amerika qoşunları Reynə gəlirlər.
  • 10 mart Tokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.
  • 12 aprel Franklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.
  • 16 aprel Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.
  • 25 aprel Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.
  • 28 aprel Benito Mussoliini partizanlar tərəfindən güllələnir.
  • 30 aprel Adolf Hitler intihar edir.
  • 8 may Berlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.
  • 9 may SSRİ Berlinə daxil olur və II Dünya Müharibəsinin qələbə ilə başa çatması.Faşizmin süqut etməsi.
  • 16 iyul ABŞ-da Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.
  • 17 iyul Stalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək taleyi müzakirə olunur.
  • 6 avqust ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.
  • 8 avqust SSRİ Yaponiyaya müharibə elan edir.
  • 9 avqust ABŞNaqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.
  • 14 avqust Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.
  • 2 sentyabr Tokioda Amerika gəmisi “Missuri”nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
  • 14 noyabr Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.

 

0 şərh