Emosiya və işdə gərginlik

Sən demə, ünsiyyət tələb edən peşələr, məsələn, həkimlik, müəllimlik, satıcılıq, dəlləklik, kassirlik müəyyən mənada təhlükəli, hətta sağlamlıq üçün ziyanlı peşələrdir. Belə peşələrin təhlükəli olması daim danışmaq və vəziyyətə uyğun hərəkət etmək zərurətinin yaratdığı sinir pozğunluğu ilə bağlıdır.
Vaxt keçdikcə psixika güclü emosional sarsıntı yaşayır. Elə güclü sarsıntı ki, müəyyən məqamda, boş yerdə mənasız bir səbəb ucbatından insanı özündən çıxarır.
emosiyalar stressə səbəb olurBu problemə ilk dəfə Birləşmiş Ştatlarda diqqət yetirmişlər. Sosial xidmət sahəsində çalışanlar vaxtaşırı özlərini qeyri-adekvat aparır, ətrafdakılarla kobud rəftar edir, tabeliyindəki adamların üstünə haqlı-haqsız qışqırırlar. Nəticədə sinirlər pozulur. Alimlər belə halları ümumiləşdirib statistik məlumatlar toplamış və müəyyən qənaətə gəlmişlər.
Emosiyaların “kükrəməsinin” izahı çox sadədir. Elədiklərinin əvəzini görməyən insanların emosional ehtiyatı gec-tez tükənir. Belə insanlar hər şeyə biganə olur, düşkünlüyə qapılır, yaxud əksinə, külli miqdarda zəif narkotik – qəhvə, çay, siqaret və şirni qəbul edirlər. Belə insanlar baş ağrılarından, yuxusuzluqdan əziyyət çəkir, doyunca yatmır, gün ərzində yorğun olurlar və təbii ki, düşdükləri vəziyyətin səbəbini enerjilərini tükəndirən “vampirlərdə” axtarırlar. Daha zəif insanlar isə intihara meyil edirlər.
Stresdən qaçmağın ən yaxşı yolu ruhdan düşməmək, başqalarının problemlərindən uzaq olmaqdır. Çünki problem həmişə neqativ deməkdir. Bunun üçün tabeliyinizdəki ziyankar adamlarla ünsiyyəti məhdudlaşdırmaq, həmkar və peşəkarlardan onlarla dil tapmağın yollarını öyrənmək, emosional sağlamlığı qorumaq lazımdır. Bir sözlə, siz işdəsiniz, peşəkarsınız, müvafiq üsullardan istifadə edirsiniz və baş verənləri əsla ürəyinizə yaxın buraxmırsınız.

1 şərh

Əliyev
Psixoloqlar aşağıdakı faktorları stressdən xilas olmaq üçün vacib hesab edir:
İdman etmək insanı xöşbəxt edir: daimi idman etmək stressdən azad omağa kömək edir və psixologiyada müsbət dəyişikliklər yaradır.
Müsiqi ruhun qidasıdır: beyninizi və bədəninizi rahatlaşdıran musiqilərə qulaq asın. Hətta iş yerinizdə də sevdiyiniz musiqilərə qulaq asmaq, iş bacarığınızı artıra bilər.
C vitaminindən çox istifidə etmək: xəstiklərə qarşı mübariz olmağınız üçün gündə iki dəfə C vitamini qəbul edin. Psixoloqlara görə, vitamin stressi azaldan və hətta insana xöşbəxtlik bəxş edən önəmli bir vasitədir.

 


Gülümsəməyi yaddan çıxarmayın: gülümsəyərək hadisələrə yanaşma tərziniz sizi stressdən xilas edə bilər. Günə gülərək başlamağa çalışın.
Rəngarəng güllər: Yaşadığınız və ya işlədiyiniz yerlərdə gözəl ətirli, müxtəlif rəngarəng güllər stressdən xilas oilmağa kömək edə bilər.
Həyatınızı nizama salmalısınız: Həyatınızı səhmana salmaqla problemlərlə qarşılaşama riskini azalda bilərsiz. Bu stress faktını da minimuma endirir.