Hokinq Steven

Steven Hokinq (Stephen William Hawking)1942-ci ildə, Qalileo Qalileyin ölümünün 300 illiyi günündə doğulub. 1959-cu ildə Oksford Universitetinə daxil olub, kosmologiyanı öyrənmək üçün 1962-ci ildə Kembric Universitetinə keçib.

Erkən yaşlarında həkimlər ona dəhşətli diaqnoz qoymuşlar – amiotrofik yan sklerozu. 30 yaşına yaxın əlil arabasının əsiri olur. Sonralar həkimlər onun traxeyasını kəsməli olurlar və o, səsini tamamilə itirir. Stiven ünsiyyət üçün xüsusi kompyuterdən istifadə edir. Kompyuterin displeyində görünən sözlərdən ona lazım olanlarını sağ əlinin barmaqları ilə seçir. Sözlərdən cümlə əmələ gəlir. Sonra bu cümlələri alimin göstərişi ilə kompyuter sintezatoru nitq kimi səsləndirir.

Hokinq çox məşhur alimdir, onun pərəstişkarlarından biri də sabiq ABŞ Prezidenti Bill Klintondur. 1979-cu ildən Kembric Universitetinin tətbiqi riyaziyyat və nəzəri fizika kafedrasına başçılıq edir. Yeri gəlmişkən, vaxtilə bu kafedranın müdiri İsaak Nyuton olmuşdur.

Alimin 1988-ci ildə çapdan çıxan “Zamanın qısa tarixi” «Краткая история времени») kitabı ona dünya şöhrəti qazandırmışdır. Kitab Kainatın yaranması və inkişafı nəzəriyyəsini oxucuya, müəllifin özünün təsəvvür etdiyi, sadə bir dildə izah edir. Bu zaman riyazi düsturlardan və mürəkkəb hesablamalardan qətiyyən istifadə olunmur. O, qara çuxurlar haqqında bir çox elmi işlər yazmışdır.

Stiven Hokinq (dahi alim və invalid)Stiven Hokinq kosmologiya, nisbilik nəzəriyyəsi, qravitasiya və kvant mexanikası, Kainatın tarixi sahəsində tədqiqatları ilə məşhurdur. Alimin 12 fəxri adı var. O, Britaniya Kral Elmi Cəmiyyətinin və ABŞ Elmlər Akademiyasının üzvüdür, elmi xidmətlərinə görə bir çox mükafat, orden və medallarla təltif olunmuşdur.

Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Əsas nailiyyətləri:
qara dəliklərin təsvirində termodinamikanın tədbiqi
sübut etmişdir ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar".
21 iyul 2004–cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunu həllinə dair öz fikrini irəli sürür.

1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirir. Giriş hissədə yazırdı:
Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru – Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum.
Bir qədər sonra Qara dəliklər və yeni kainatlar (1993), Dünya iki kəlmə ilə (2001) kitabları nəşr olunur.

Nəzəri fizikanı və Kosmosun meydana gəlməsinə dair inqilabi təlimlərin populyarlaşdırılması sayəsində böyük şöhrət qazanan alim Stiven Hokinq bildirmişdir ki, bəşəriyyət Kainatı kimin, necə və başlıcası isə, nəyə görə yaratdığı barədə suala cavabın cəmi bir neçə addımlığındadır.


Uzun illərdən bəri bütünlüklə əlil arabasının “əsiri” olan alim Honkonq Elm və Texnologiyalar Universitetində mühazirə oxumuşdur. O, öz geniş məruzəsini assistent qıza bədəninin hərəkətdə olan yeganə bir hissəsinin – bir barmağının köməyi ilə “diktə etmişdir”.

Hokinqin fikrincə, müasir kosmologiya iri addımlarla irəliləyir və sürəti getdikcə daha da artırır. O, mühazirə zamanı belə bir fikir də söyləmişdir ki, tezliklə bəşəriyyət həyat üçün Yer kürəsi əvəzinə, yeni ev axtarmalı olacaqdır. Çünki planeti o qədər qəfil təhlükələr hədələyir ki, onun məhvi son dərəcə gözlənilməz ola bilər. Yer üzündə həyat qəfil qlobal istiləşmələr, nüvə müharibəsi, genetik cəhətdən modifikasiya olunmuş virus və haqqında hələ heç nə bilmədiyimiz digər təhlükələr kimi fəlakətlər nəticəsində dağılmaq qorxusu qarşısındadır.


Hokinq problemin həllini Günəş sistemindəki digər planetləri tezliklə mənimsəməkdə görür. Onun fikrincə, insanlar 20 ildən sonra Ayda daimi bazaya və sonrakı 40 ildə isə Marsda məskənə malik ola bilərlər. Onlar hətta yaxın 100 ildə özlərini məhv etməsələr də, kosmik məskənlər yaratmalıdırlar. Özü də, bütün bunlar Yer kürəsindən dəstək və yardım almadan mövcud ola bilər.
 

7 şərh

ilham
Stiven Houkinq dünyanın tanrı tərəfindən yaradılmadığını deyib.
Əvvəlki əsərlərində Kainatın, çox ehtimal ki, ali zəka tərərfindən yaradıldığını deyən alim özünün yeni kitabında yazır ki, dünya heç nədən əmələ gəlib.

Onun yeni nəzəriyyəsinə görə, Kainat obyektiv fiziki qanunlar nəticəsində yaranıb və onun əmələ gəlməsini ali zəka ilə əlaqələndirmək olmaz. Houkinq yeni əsərində yazır ki, cazibə qanununa əsasən, Kainat heç nədən yarana bilərdi və yaranmalıydı da.
Tomris
Allah onu fiziki cəhətdən şikəst yaradıb,indi də əqlini şikəst edib.Bu da Allahın olduğuna sübutdur.Ondan soruşmaq lazımdır ki Allah yoxdursa bəs onda kim səni bu günə salıb?
Türkəl
Belədirsə, onda Allah onu niyə şikəst yaradırdı, heç yaratmazdı da! Allah milyonlarla insanı şikəst «yaradır» və buna günə «salır». Allahın mövcudluğunu belə absurd fikirlərlə isbatlamayın.
bankir
Bəlkə də Stiven Hokinqin acığı tutub ki Allah onu şikəst yaradıb.Acığını yəqin belə çıxıb:-)
YAzıq Stiven.
nar1000
Yazıq canını ilan vursun.
spartak13
nar1000 sənin ruscan varmı? bilirsənmi yəni rusca? 
 
spartak13
Allah varsa ki, təbii ki, 1 GÜC var, kimiləri onu Allah, kimiləri Bog, kimiləri Tanrı və nə isə yəni 1 GÜC var, Ona mən də inanıram, ancaq mən insanların yaratdıqları Allaha YOX, əsil bir GÜCün varlığına inanıram… O GÜC heç kimi nə yaxşı nədəki pis yaratmadı inanıram. Yaxşı yada Pisi də insanlar özləri yaratdılar.  Nə söyləmək istədiyimi anladınız düşünürəm. Rusca belə bir yazı var, onu qoyuram aşağıda, bilənlər istifadə etsinlər, çox doğru buldum bu yazını, işte Yaradıcı çox çmükəmməl yaradıbdır aləmi... 
---------------------------------------------------------------------------------------------------------------------------------------

 
Жизнь — это зеркало
          Всё, что вас окружает, это вы сами. Встречаясь с другими людьми, вы встречаетесь с самим собой. Находясь в мире форм, вы можете разговаривать и общаться с самим собой, как будто вы общаетесь с другим человеком. Это очень интересная игра, если вы понимаете ее суть. А ее суть в том, что на самом деле мы все есть одно. Ваши изменяющиеся желания привлекают к вам какие-то новые части вас самого в образе других людей и новых обстоятельств. Поймите это и наслаждайтесь происходящим.
* * *
Внешний вид жизни настолько же отражает саму Жизнь, как волнение морской поверхности само море.