E-mail oxuyanda diqqətli olun

Bir gün bir kişi səfərə çıxır. Məqsədə çatıb, hoteldə yerləşən kimi, hoteldə komputer olduğunu görüb, e-mailini açıb arvadına məktub yazır. Amma adresi yazakən səhvə yol verir və özüdə bimədən məktubu başqa bir ünvana göndərir. 
Elə bu zaman dünyanın başqa bir guşəsində, ərinin dəfnindən yenicə qayıtmış bir qadın, fikirləşir ki, bəlkə dostlarından kimsə ona e-mail vasitəsilə başsağlığı vermiş olsunlar. Buna gördə kamputer arxasına keçir və elektron poçtuna gəlmiş e-mailləri oxumağa başlayır. Amma elə birinci məktubu oxuyandan sonra ürəyi keçir və gurultuyla yerə dəyir. Səsə oğlu o biri otaqdan gəlir və anasını yerdə uzanmış halda görür. Elə bu vaxt gözünə monitarda açılmış e-mail səhfəsi dəyir və tez başlayır oxumağa:
"Salam əziz arvadım. Mən çatmışam. Bilirəm ki, bu məktub sənin üçün bir surpiriz oldu. Doğrusu onlar buranı komputerlə təchiz etmişlər və hər kəs ki, bura gəlir, öz əzizləri üçün məktub yaza bilir. Mən elə indicə çatmışam. Hər şeyi yoxlamışam. Səni bura gətirmək üçün hər şey hazırdır. Sabah görüşərik. Ümüdvaram ki, sənində səfərin mənimki kimi, xətərsiz olacaqdır... Buralar çox istidir..."

Düşün və nəticə çıxar...Hər kəsə hər gün belə bir e-mail gəlir...Görəsən bu e-maili görəndə gec olmaz ki?...

11 şərh

Ferbara

)) bu köhnə söhbətdi. Bu hadisə e-mail yaranmamışdan əvvəl baş verib. Onda məktub kağız formasında idi. ))


İlham, maraqlıdı, amma naftalin iyi verir.

təpəgöz

Ferbara
Başa sal, təpəgöz. ))
təpəgöz
Formulu C10H8 olan,suda həll olmayan,benzolda həll olan bərk aromatik hidrokarbogendir.Asanlıqla nitratlaşır,sulfidləşir,halogenlərlə qarşılıqlı əlaqədə olur.Qaynama teperaturu 218 °C,molyar kütləsi 128.17052 q/mol,sıxlığı 1.14 q/sm³.Əsasən daş kömürdən və neftin pirolizindən alırlar.
Güclü antiseptik vasitədir,kəskin iyi var.Kayzendə bəzi postlarda və şərhlərdə iyi xüsusilə tez seçilir.
Dior
təpəgöz naftalin haqqında yazıb yəqinki))))
Ferbara
Mən naftalinin adını çəkmişəm. Təpəğöz də şəklini yerləşdirib. Təşəkkürlər, Təpəgöz. ))
məryam
Kimya hələ keçməmişəm. Təpəgöz nəyazdı, heç nə başa düşmədim:)
Ferbara
Səbrli olub bütün şərhləri oxusan, bilərsən. :)
məryam

Oxumuşam. Formulu anlamadım. Bilirem naftalinindi.

Unknown
yazidan chox tepegozun sherhini boyuk hevesle oxudum))
haizrcavabliliginiz meni heyran qoydu sadece,ela!