Eylə qəzəli

Eylə

Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın halına, andan həzər eylə!

Bir halə qərar eyləmə əyyam, keçər ömür,
Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!

Payəndə degil dövləti, ey xacə, cahanın,
Əsbabinə aldanma, gəl andan güzər eylə!

Gəl aşiq isən sidq ilə şol dilbər üçün, gəl,
Can ilə cahan ortaya qoy, tərki-sər eylə!

Düşdü saçının zülmətinə könlüm, ilahi,
Şol hali-pərişanə bu şami səhər eylə!

Çün hüsnünə xətm oldu bu gün dövri-məlahət,
Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə!

Gər Musiyi-İmran kimi şol narə sataşdı,
Gəl, tabişini göstərü şəhri-şəcər eylə!

Dünya evinin səltənəti beş gün imiş çün,
Bünyadını yıx, ər kimi, ziru zəbər eylə!

Şol püstədəhanın xəbərin bildi Nəsimi,
Şirinlərə şol tüngi-şəkərdən xəbər eylə!

Kitab: İmadəddin Nəsimi
Mən bu cahana sığmazam.

34 şərh

Wizard

Çox sağ ol! +5

fidan
kayzen.az sanki bir bağdır,sən də bağbanı,
Yaxşı topiklərlə gəl bağa çəpər eylə!
2ral
kayzen.azda yuzer azdır,ay Fidan xanım,
Raskrutka edib, gəl kəndi şəhər eylə!
fidan
fidan əgər bu saytın bir ulduzudursa,
bacarırsan bir adamı sən qəmər eylə!
2ral
Səndən də şirin şərbətlər vardır,ay fidan,
Bacarsan həmin şərbətləri zəhər eylə!
Wizard

Xəstə Qasım topik yazmağa birdən gələcəkdir,


Varsa əgər səndə məfər gəl məni sən birtəhər eylə :)

Arzt
Kim nə bilir, nələr çəkir bu fidan
Deməkdən yorulubdur, qaydaya əməl eylə
2ral
Əməl sözü qafiyəyə düşmədi,heyhat,
Qafiyəyə aid söz tapmağa hünər eylə!
Arzt
Həqdir sözün ki, həq sözə qafil deyiləm,
Yalnışa yalnışla deyil, həqlə zəfər eylə.
Wizard

Sözlərim taqım, özüm orduya bərabər,


Cürət et, gəl ordumu dərbədər eylə

fidan

qıraram bütün ordunu minus sərkərdəsini,
dəli şeytan deyir min nəfəri bir nəfər eylə!

Wizard

Minus verərək bir şeyə nail ola bilməz,


Çək gəmini, başqa limanda lövbər eylə!

2ral
Fidan neyləyir gəmini,altında var at,
Bacarırsan sən gəmini bir kəhər eylə!
Wizard

Olmaz hörmətin əgər ev, oba yıxsan,


Artar şöhrətin kayzeni gəl şəhər eylə!

fidan
Şəhər sözü işlənmişdi,təkrar deyildi,
Ay 2ral ,bu bixəbərə bir xəbər eylə!
2ral
xəbər sözü də işlənmişdi qəzəldə. amma qəşəng dedin bu beyti!
Wizard

Bu xalqın başı çoxdandı çalışmır


Bacar bu paslı başları sən gəl işlər eylə!

2ral
Qafiyəni düz tutun da! işlər sözü girmir axı. axırı lərlə qurtaran sözü qoymaq olmaz.
2ral
Wizard,deyirlər atan işləyir SOCAR-da,
Bacarsan sən də Bakı-Ceyhan kəmər eylə!
şərh silinmişdir
Wizard

Oğul deyərəm səhvi düzəltsin,


Bcararsansa gəl çobanı sən mehtər eylə!


 

Wizard

Get gir cəbhəyə vətən səni gözlər,


Varsa ürək get sinəvi sən sipər eylə!


 

2ral
Orduya getməyib burda gününü çürütdün,
Heç olmasa burda bir iş gör, səmər eylə!
Wizard

Çox danışıb gəl mənə sözlərini yeritmə!


İstəməmərəm ki duruban sayta sən zərər eylə!


 


 

Arzt
Həqiqətən gözəl idi.
2ral
gözəl deyilidi,onu mən gözəl eylədim,
Bacarsan sən də bir gözəli əntər eylə!
Arzt
Gözəli əntər etmək kimə lazım,
Bacarib bir gecəni sən səhər eylə
2ral
Ay Arzt, sən yenə də təkrar eylədin,
Orijinal söz söyləməyə gəl hünər eylə!
Arzt
Hünər təkrardı...Səhəri kim təkrar edib?
2ral
Nəsiminin özü deyib bunu birinci,
Barlı meyvə ağacı olub bəhər eylə!
Berdan

bir iki misrada men deyim qelbimden gelen sozler


Məni şad eylə ey xatun bərxudar eylə


Yarama duz səpmə könlümə məlhəm eylə


Sinəmə dağ çəkmə alçatma məni xoşbəxt eylə


Sür həyat dolu ömür insanlıq eylə

fidan
Səndən şair olmaz:))Qafiyənin axırı ər ilə qurtarmalıdır: xəbər,zəhər,səhər,nəfər.sənin yazdıqların qafiyəyə düşmür)
Elə bilirsiz şair olmaq asandır?qafiyə tapmaq və məna qurmaq lazımdır.
Berdan
Sizə kim dedi ki mən şairəm sadəcə içimdən gələnləri yazdım vəssalam
Arzt
Ən əsas olan da təmiz olan hisslərin öz əksini sözlərdə tapmasıdır.Amma elə anlar da var ki, onu sözlə ifadə etmək olmur.Olsa da düz ifadə etməyi bacarmırsan.