Stafilokok enterotoksini

Orqanizmə daxil olduqda immun sistemi tərəfindən spesifik əkscisimlərin və sensibilizə olunmuş limfositlərin əmələ gəlməsinə səbəb olan,onlarla immun reaksiya yaradan genetik yad maddələr natigen (AG) adlanır.
Antigenlər aşağıdakı xüsusiyyətlərə malikdir:
  • yadlıq
  • spesifiklik
  • antigenlik
  • immunogenlik
  • tolerogenlik
  • allergenlik
Bəzi yoluxucu törədicilər superantigen adlı maddələr sintez edir.Superantigenlər öz kimyəvi xüsusiyyətlərinə görə antigentanıdan hüceyrələrin xarici səthi ilə birləşir və T limfositlərin aktivləşməsinə səbəb olur.Bu zaman antigen spesifik aktivləçmənin yerinə poliklonal aktivləşmə baş verir.Adətən superantigenlər periferik CD+4 T limfositlərin 2-20 %-i aktivləşdirə bilər.Bunlar isə öz növbəsində sitokinlər sintez edir və orqanizmdə ümumi intoksikasiya sindromu yaradır.Bu prosesdən sonra aktivləşmiş T limfositlər apoptoz yolu ilə məhv olur.Bu fenomen aktivləşmədən sonra hüceyrə məhvi fenomeni adlanır.Beləliklə limfositlərin poliklonal aktivləşməsi apoptozla və sonra isə immun defisitlə nəticələnir.
Superantigenlərə stafilokok enteroksinini,endotoksik şok yaradan toksini,quduzluq,QİÇS,Epşteyn-Barr virusunlarını misal göstərmək olar.
Enterotoksin B –in təsiri nəticəsində qastoenterit yarana bilər.Bu  zaman superantigen immun sistemə təsir göstərir.Bu isə çoxlu miqdarda sitokin sintezi ilə nəticələnir.Sitokinlər isə sonda mədə və bağırsaqlarda iltihabi reaksiyaya səbəb olur.
Stafilokoklar ilk dəfə 1880-cı ildə L.Paster tərəfindən irində aşkar edilmişdir.Bunlar kürə formalı bakteriyalardır.Bir neçə müstəvi üzrə bölünərək üzüm salxımına bənzər yığınlar əmələ gətirir.Stafilokoklar qram müsbət,hərəkətsiz,spora əmələ gətirməyən bakteriyalardır.Əksər nümayəndələri mikrokapsulalıdır.Fakultativ anaerobdurlar.Lakin oksigenli şəraitdə daha tez və asanlıqla inkişaf edirlər.Onlar qidalı mühitlərə qarşı tələbkar deyillər,yəni adi qidalı mühitlərdə inkişaf edirlər.
Stafilokok infeksiyalarının etologiyasında qızılı stafilokoklar (S.aureus) əsas,S.epidermidis,S.saprophyticus isə nisbətən məhdud rola malikdir.Stafilokoklar orqanotropluğa malik deyillər.Onların törətdiyi xəstəliklər əsasən irinli-iltihabi xarakterlidir.Orqan və toxumalarda iltihab ocaqlarının əmələ gəlməsi hərarətin yüksəlməsi və intoksikasiya ilə müşayiət olunur.
Stafilokokların antigenliyi əsasən hüceyrə divarı komponentləri olan peptidoqlikan,teyxoat turşusu və mikrokapsula ilə əlaqəlidir.Peptidoqlikan güclü turşuların və lizosimin təsirindən parçalanır.Bu monositlər tərəfindən interleykin-1 ifrazına səbəb olur.Xemoattraktant rolunu oynayır.Endotoksinə bənzər təsirə malikdir,yəni kompllementi aktivləşdirə bilir.Teyxoat turşusu növ spesifikliyinə malikdir.Məsələn,S.aureus üçün ribit teyxoat turşusu xarakterikdir.
Stafilokoklar bir sıra aqressiya fermentlərinə malikdirlər.Bu da onların toxumalara invaziyasını,yayılmasını və medafiə amillərindən qorunmasını təmin edir.Bunlara misal olaraq koaqulazanı,fibrinolizini,hialuronidazanı,stafilokinazanı,katalazanı,β laktamazanı misal göstərmək olar.
Stafilokoklar eritrositləri lizisə uğradan,antigen təbiətli 4 növ hemolizin əmələ gətirirlər.S.aureus eyni zamanda bir neçə növ hemolizin sintez etmək xüsusiyyətinə malikdir.α hemolizin qoyun eritrositlərini tez bir zamanda lizisə uğradır.Lakin insan eritrositlərinə təsir etmir.β hemolizinə başqa adla sfinqomielinaza da deyilir.Bu toksin sfinqomielini parçaladığından bir çox hüceyrələrə ,o cümlədən eritrositlərə təsir edir.δhemolizin isə detergent xassəsinə malikdir.Diareya törədə bilir.ɣ hemolizin insan eritrositlərinə zəif təsir edir.Leykositləri isə dolayı yolla lizisə uğratmaq xassəsinə malikdir.Leykosidin stafilokokların irin əmələ gətirməsini təmin edir.Bu toksin ts.AMF-in sintezini aktivləşdirir,bağırsaqlardan suyun sorulmasina mane olaraq ishala səbəb olur.Enterotksinlər bir çox fraksiyalara (A-E,G-İ,K-M) malikdirlər. S.aureus ştamlarının təqribən yarısı bunlardan birini,yaxud bir neçəsini əmələ gətirir.Enterotoksinlər də TSST-1 kimi superantigen xassəsinə malikdirlər.Onlar termostabildirlər. Onlar əsasən 4 tipə bölünür:A,B,C,F.Bunlardan daha ətraflı B enterotoksini öyrənilib.Bu toksinin əsasən birincili strukturu öyrənilmişdir.Onun tərkibində daha çox lizin,tirozin,asparagin turşusuna rast gəlinir.Bağırsaq fermentlərinin təsirinə qarşı çox davamlıdırlar.Stafilokok enterotoksini B-stafilococcus aureus tərəfindən hazırlanır.B enterotoksini əsasən ürək bulanma,diareya,bağırsaq tutmaları ilə müşayiət olunana qida zəhərlənmələrinin əsas səbəbkarıdır.Belə hallar adətən qida qəbulundan bir neçə saat sonra başlayır.B enterotoksini kifayət qədər davamlıdır.Mikroorqanizm məhv olduqdan sonra belə bu toksin təsir xüsusiyyətlərini saxlayır Qida zəhərlənmələri törədə bilən əsas enterotoksinlər zülallı və karbohidratlı qidalarda inkişaf edən  S.aureus ştamları tərəfindən sintez olunur.B enterotoksininin 25 mkq-ın qəbulu qusma və ishala səbəb olur.Toksinin qusdurucu təsiri çox güman ki,bağırsaqların selikli qişasındakı reseptora təsirlə əlaqəlidir.Bu reseptorlar tərəfindən qəbul edilən qıcıq mərkəzi sinir sisteminə,daha doğrusu qusma mərkəzinə ötürülür.
Mikrobioloji diaqnostika.Müayinə üçün irin,qan,serebrospinal maye,sidik,bəlğəm,burun boşluğu və əsnəkdən selik,qusuntu kütləsi,nəcis və s.götürülə bilər.Əsasən diaqnostikada bakterioloji üsuldan istifadə edilir.S.aureus növünün differensasiyası üçün anaerob şəraitdə mannitin fermentasiyası,DNT-aza aktivliyinin təyini testlərindən,qanlı aqarda hemoliz,lesitinaza sınağından da istifadə edilir.
 

0 şərh