QİÇS nədir

Bütün dünyanı narahat edən problem “SPİD” adlanır ki, bu dəhşətli xəstəliyin törənməsinə səbəb virusdur. AİDS isə xəstəliyin beynəlxalq işarəsidir.
Bu növ immun çatışmazlığı ilə müxtəlif yaş dövründə olan insanlar ya xəstəliklərin sonrakı nəticəsindən, yaxud bəzi müalicə üsullarının təsirindən sonra xəstələnirlər. QİÇS virusunun yaratdığı infeksiya uzunmüddətli gedişə malik olub, müxtəlif mərhələlərdən ibarətdir. QİÇS nədir
Əvvəllər belə hesab edirdilər ki, qazanılmış immun çatışmazlığı sindromu xəstəliyinə qeyri-normal cinsi əlaqədə olanlar tutulurlar. Sonra bu ağır xəstəlik narkomanlarda və uşaqlarda da rast gəlindi.
Bu xəstəlik virusla yoluxur yaxud xəstə insandan sağalam insana üç yolla keçir.
  • cinsi əlaqə zamanı
  • qan yaxud onun preparatları ilə
  • hamilə qadının qanı ilə uşağa
Qazanılmış immun çatışmazlığı sindromunun törədicisi orqanizmin müxtəlif tərkibli mayelərində, yəni, spermada, uşaqlıq boynu ifrazatında, qan plazmasında, beyin mayesində, göz yaşında, ağız suyunda, sidikdə aşkarlanmışdı. Ancaq xəstəliyin bunlardan hamısının vasitəsilə yoluxmasını demək çətindir.
Bu ağır yoluxucu xəstəlik insanın immun sistemini parçalayır, T- və B-limfositlərinin əmələ gəlmə və inkişafı pozulduğu üçün həm hüceyrəvi, həm də humoral immunitet reaksiyaları zəifləyir.
Hüceyrəvi immunitetinin zəifləməsinin QİÇS patogenezində rolu mühümdür. Bu ağır xəstəlikdə T-limfositlər xüsusən T-helperlərin sayı kəskin azalır. Ona görə ki, QİÇS virusları T-helper hüceyrələrinə nüfuz edib, onları zədələyərək orqanizmdə immunitetini zəiflədir, nəticədə yoluxucu xəstəliklərin əmələ gəlməsinə şərait yaranır.
Qazanılmış immun çatışmazlığı sindromuna tutulmuş insanlar çox az müddət ərzində xəstələnir və tələf olurlar. Digər insanlar isə uzun müddət virusgəzdirici kimi yaşayırlar. Xəstəliyin gizli yəni inkubasion dövrü 21-42 gün çəkir. Xəstəliyin kəskin dövrü başlanır ki, xəstədə titrətmə, dəridə səpgilər, angina, limfa düyünlərinin böyüməsi baş verir.
Bu əlamətlər sonra keçib gedir, xəstə virusgəzdirici kimi sağlam insandan fərqləmir. Hal-hazırda QİÇS profilaktika və müalicə metodları mühüm bir məsələ kimi öyrənilir.
 

Mənbə: tibb-dunyasi.com
 

0 şərh