Qazanılmış immun çatışmazlığı sindromu

Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə "SPİD" adlandırdığımız qazanıl­mış immun çatışmazlığı sindromu - QİÇS-lə mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir.
İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi "İİÇV (insanın immun çatışmazlığı virusu) infeksiyası" termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində infeksiyanın bütün yer kürəsinə yayıldığını göstərir. Son zamanlar xəstəlik daha intensiv yayılaraq, epidemioloji mərkəz artıq Asiyada yerləşmək ərəfəsindədir. Bu bizi daha çox narahat etməlidir.
QİÇS (AIDS)İlk vaxtlar belə hesab edirdilər ki, QİÇS xəstəliyinə əsasən qeyri-normal cinsi həyat tərzi keçirənlər tutulurlar. Lakin sonra bu xəstəliklər narkomanlarda, hətta uşaqlarda da aşkar edildi. Odur ki, bu sağalmaz bəlanın səbəblərini araşdırmaq aktual problemə çevrildi. Müəyyən edildi ki, QİÇS sağlam adama virusla yoluxur və ya xəstədən üç yolla keçə bilər: 1) cinsi əlaqə zamanı, 2) qan və ya onun preparatları ilə, 3) hamilə qadının qanı ilə uşağa.
QİÇS törədicisinin müxtəlif konsentrasiyalarda orqanizmin bütün mayelərində (sperma, uşaqlıq boynu ifrazatı, qan plazması, beyin-onurğa beyni mayesi, gözyaşı, ağız suyu, sidik, qadın südü) tapılmışdır. Lakin xəstəliyin bunlardan hansı ilə yoluxması məsələsi - mübahisəlidir.
Xəstələnmə kimlərdə daha güclü ehtimala malikdir? İlk növbədə təsadüfi şəxslərlə çoxsaylı cinsi əlaqədə olanlar həm xəstələnir və həm də xəstəliyi yayırlar. İkincisi, xarici vətəndaşlarla cinsi əlaqəyə girən qadınlar, üçüncüsü, narkomanlar, dördüncüsü, donar qanından istifadə edən xəstələr və nəhayət, biz hamımız yəni QİÇS-in nə olduğunu və qorunma tədbirlərini bilməyənlər və ya bilib əməl etməyənlər.
Seksual kontaktları olmayan, eləcə də normal sağlam cinsi həyat tərzi keçirən və bir cinsi partnyoru olan, intim həyatda qarşılıqlı sədaqəti qoruyan şəxslər QİÇS xəstəliyindən xeyli qorunmuş olur. Xəstəliyin yoluxma yollarını və onlardan qorunma tədbirlərini bilən, əməl edən şəxslər də QİÇS virusları ilə yoluxmurlar.
QİÇS insanın immun sistemini parçalayan infeksion xəstəlikdir. İmmun sistem orqanizmin müxtəlif infeksion xəstəlik törədicilərindən və yad maddələrdən müdafiəsini təmin edən reaksiya və mexanizmlərinin məcmusudur. İnsan orqanizmində bu funksiyam yerinə yetirən timus vəzi, sümük iliyi, limfa düyünləri, dalaq, qaraciyər və s. orqanlardır. İmmun sistemin mühüm hüceyrələri limfositlər, makrofaqlar və monositlərdir. Sinir sisteminin hüceyrələri də QİÇS törədicilərinə qarşı çox həssasdır. İİÇV bilavasitə qaraciyər, ürək, sümük və başqa orqanların hüceyrələrini zədələyir
QİÇS virusu seçici surətdə xüsusən T - limfositləri zədələdiyindən, onlar orqanizmi xarici və daxili düşmənlərdən - infeksion xəstəlik törədicilərindən qorumaq funksiyasını yerinə yetirə bilmir. Nəticədə adi halda insan orqanizmi üçün təhlükəli olmayan mikroorqanizmlər ölümlə nəticələnən infeksiyaların inkişafına səbəb olur. Eləcə də pozulmuş immun sistem fonunda bədxassəli şiş hüceyrələri zərərsizləşdirilmir və sürətlə artıb çoxalır ki, bu da təhlükəli bədxassəli şişlərin artmasına səbəb olur.
QİÇS-lə yoluxmuş bir çox şəxslər qısa müddət ərzində xəstələnir və ölürlər. Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu ilə yoluxduqdan sonra inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir. Sonra xəstəliyin kəskin mərhələsi başlanır. Xəstəliyin əsas əlamətləri: titrətmə, angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s. Sonra əlamətlər keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan seçilmir. Növbəti mərhələdə boyun, qoltuqaltı, dirsək və s. limfa düyünlərinin böyüməsi, bəzi xəstələrdə titrətmə ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə aid olmayan əlamətlər özünü büruzə verir: qızdırma, çox arıqlama, ümumi zəiflik, iş qabiliyyəti­nin və yuxunun pozulması və s. QİÇS ikincili infeksiyalar və bədxassəli şişlərlə müşayiət olunur və ölümə səbəb olur. Göstərilən əlamətlər hər bir şəxsi İİÇV infeksiyasından şübhələnməyə və müayinəyə vadar etməlidir.
Hazırda malyariyaya, şəkərli diabetə, hepatitə, vərəmə və s. tutulmuş, onkoloji xəstəliyi olan, həmçinin 1 aydan artıq temperaturu düşməyən, ishalı dayanmayan və s. xəstələrin hamısını QİÇS-ə görə müayinə etmək vacib hesab olunur.
HİV virusunun anatomik quruluşuHəm xəstə, həm də müalicə edən həkim üçün QİÇS insana ölüm gətirən çoxbaşlı əjdahadır. Lakin diaqnoz vaxtında qoyularsa, bu təhlükəli xəstəliyin inkişafını dayandırmaq mümkündür. Bu sahədə ən ümidverici və güclü dərman preparatı azidotimidin (AZT) sayılır. Lakin dərmanla müalicə həkim nəzarəti altında olmalıdır. Özünümüalicədən söhbət belə gedə bilməz.
Özünü lazımi qaydada aparan və İİÇV infeksiyasını yaymayan xəstələri cəmiyyətdən izolə etməyə ehtiyac yoxdur, qəsdən digər şəxsləri yoluxduranlar isə cinayət məsuliyyətinə cəlb olunurlar. Hələ QİÇS-in profilaktikasında effektli peyvənd tapılmamışdır. Xəstəliyin profilaktikası onun törədicilərinə və yayıcılarına qarşı ciddi mübarizə tədbirlərindən ibarətdir.
Respublikamızda QİÇS-lə mərkəzləşdirilmiş şəkildə mübarizə məqsədilə Respublika SPİD-lə mübarizə və profilaktika mərkəzi bir sıra tədbirlər həyata keçirir. Mərkəzin nəzdində anonim müayinə kabineti fəaliyyət göstərir. Bundan başqa, bir çox xəstəxana və poliklinikalarda da belə şöbələr təşkil edilmişdir.
QİÇS-ə görə öz pasport məlumatlarını bildirməklə respublikanın istənilən şəhər və rayonlarında diaqnostik laboratoriyası olan və QİÇS-i müəyyən etmək üçün müayinə aparılan müalicə - profilaktika müəssisələrində müayinə olunmaq mümkündür.
Bakı şəhərində SPİD-lə mübarizə və profilaktika mərkəzinin anonim kabinetində anonim, yəni pasport məlumatlarını bildirmədən müayinədən keçmək olar. Burada həm də həkimdən, mütəxəssislərdən QİÇS probleminə aid bütün suallara cavab və məsləhət almaq mümkündür.
QİÇS-ə son deyəkÜmumdünya Səhiyyə Təşkilatının proqnozuna görə yaxın illərdə İİÇV ilə yoluxmuşların sayı 30-40 milyona çatacaq və 8 ildə bu rəqəm 3-4 dəfə artacaqdır. Bu da hər il milyondan yuxarı adamın QİÇS diaqnozu ilə ölümü deməkdir. Buradan xəstəliklə mübarizənin nə qədər zəruri olduğu aşkardır. Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən dekabrın birini «Ümumdünya QİÇS-lə mübarizə günü» elan etmişdir. Hər bir ölkədə xəstəliyin qarşısının alınmasına yönəldilmiş sanitariya maarifi işi, konfrans, seminar və digər tədbirlər keçirilməlidir.
Milli adət-ənənələrimiz, dini qaydalarımız xəstəliyin xeyli müddət qarşısını ala bilmişdi. Lakin müasir gənclərimizin bu adət-ənənələri unutması, respublikamıza xarici vətəndaşların axını və s. xəstəliklə mübarizəyə daha ciddi yanaşılmanı tələb edir.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

6 şərh

fidan
Bildiyimə görə AZT(yaxud zidovudin,azidotimidin) çox güclü dərmandır,amma zərəri çoxdur.
Türkəl

QİÇS — homoseksualları qınamaq üçün daha bir səbəb. Lənətə gələsiniz hamınız (Freddy Mercury və David Bowie'dən başqa)!


 

papatürk

QIÇS ilk dəfə homoseksuallarda müşahidə olunub.Indı də homoseksuallar arasında QİÇS çox yayılıb.


Offtop. Daha bir Queen fanatı?

Türkəl
don't keep me Under Pressure… :)
Əliyev
Hər gün dünyada 7400 çox insan HİV xəstəliyinə yoluxur.
loğman
Yalnız bir il ərzində bütün dünyada 5 milyon, başqa sözlə sutkada 14 mindən çox insan AIDS-ə yoluxub, 30 milyon insan isə bu xəstəlikdən vəfat edib.
QİÇS (AIDS) virusuna yoluxanlar arasında ən çox isə bu qrup var: fahişələr və narkomanlar. Homoseksuallar da bu qrupa daxildir.