Рейтинг
+21.39

İmmun sistemi

34 üzv, 47 topik

Təhlükəsizliyimizə laqeyd qalmayaq

Çox vaxt valideynlər övladlarını müəyyən təhlükələrdən qorumaq məqsədilə onların həyətə çıxmasına icazə vermirlər. Sizcə, bununla uşağı hansısa bir təhlükədən qorumaq mümkündürmü? Çox vaxt ehtiyatsızlıq və diqqətsizlik: ütünü şəbəkədən ayırmamaq, giriş qapısım bağlamamaq, hündürlükdən yıxılmaq, su kranım bağlamamaq, evə tanımadığın insanı buraxmaq, iti və kəsici alətlərdən istifadə etmək, dərmanlar, vaxtı keçmiş qidalar, məişətdə istifadə olunan kimyəvi maddələr və s. həyati təhlükəyə səbəb ola bilir.
Davamı →

İmmun sistemini zəiflədən əsas 5 amil


İmmun sistemi bizi həm xarici (virus, mikrob və s.), həm də daxili (xərçəng hüceyrələri və s.) düşmənlərdən qoruyur. İmmunitet çox mürəkkəb sistemdir. Mütəxəssislər deyir ki, immun sistemini zəiflətmək asan, möhkəmləndirmək isə çox çətindir. Bu səbəbdən immun sistemini zəiflədən amillərdən uzaq olmaq lazımdır.

1. Natamam, sağlam olmayan qidalanma
Qidalanma mümkün qədər sadə, təbii və sağlam, vitamin, mineral və qidalı liflərlə zəngin olmalıdır. Qidalı liflərinin qidalanmada bol olması bağırsaq mikroflorasını normallaşdırır. Sağlam bağırsaq mikroflorası isə immun sisteminin yaxşı işləməsi üçün çox vacibdir. Meyvə, tərəvəz, paxlalılar, göyərti qidalı liflərlə zəngindir.
Davamı →

Alkoqol DNT zədələnməsinə səbəb olur

Alkoqol istifadəsi ilə DNT zədələnməsi və xərçəng riskinin artması arasında bağlantı ola biləcəyini göstərən bir çox araşdırmalar vardır. İngiltərə elm adamları bu əlaqənin səbəbinin nə ola biləcəyinə dair yeni bir açıqlama verdilər.

Siçovullar üzerində aparılan tədqiqatda, alimlər alkoqolun qan istehsal edən kök hüceyrələrdəki DNT-yə zərər verdiyini müəyyən etdilər. Bu zədələnməyə səbəb olan şey isə alkoqol metabolizasiya etmə prosesində bir əlavə məhsul olan və asetaldehit adlanan kimyəvi bir birləşmədir.
Davamı →

Payızda immuniteti artıran qidalar

Havaların soyuması ilə əlaqədar qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Ancaq gündəlik qəbul etdiyimiz qidalarda bir sıra dəyişikliklər edərək, xəstəliklərin qarşısını ala bilərik.

Təzə qoz
Təzə qoz yeməyin ən məqsədəuyğun fəsli payızdır. Bu aylarda yeyilməsi lazım olan təzə qoz həm Omega-3, həm də E vitamini ilə zəngin olduğundan immunitet sistemini gücləndirir. Balıq yeməyi sevməyən şəxslər və vegeterianlar üçün mükəmməl Omega-3 və protein qaynağıdır. 100 qramında 654 kalori olduğu üçün arıqlamaq istəyənlər gündə 3-4 ədəddən artıq qoz yeməməlidirlər.
Davamı →

İmmun sisteminə zərər vuran amillər

Sağlamlığın vacib şərtlərindən biri immun sisteminin qaydasında olmasıdır. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Ancaq bəzi amillər var ki, onlar immunitetin zəifləməsinə səbəb olur. Bu amillər hansılardır?

1. Əgər orta yaşlı insanın gecə yuxusu səkkiz saatdan az olarsa, onların infeksiyalara yoluxma riski daha çoxdur. Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir.

2. İmmunitetin zəifləməsinə şərait yaradan amillərdən biri hərəkətsizlikdir. Oturaq həyat tərzi immun sisteminə zərbə vurur. Bunun qarşısını almaq üçün gün ərzində heç olmasa yarım saat piyada gəzməyə vaxt ayırmaq lazımdır. Gündəlik idmanla məşğul olmaq isə daha faydalı olar.
Davamı →

Şəkər immun sistemini zəiflədir

Şəkəri «ağ ölüm» adlandırırlar. Bu sözlərdə həqiqət var. Şəkərin çoxlu miqdarda qəbulu müxtəlif pozulmalara yol açır — piylənməyə, diş və damaq problemlərinə səbəb olur, bəzi mineralların mənimsənilməsini pozur, maddələr mübadiləsi proseslərinə mənfi təsir edir, allergiyanın inkişafına təkan verə bilər və s.

Şəkərin digər mənfi xüsusiyyəti ondan ibarətdir ki, şəkər immun sistemini zəiflədir. Müxtəlif ölkələrdə aparılar eksperimentlər göstərir ki, şəkərin həddindən artıq miqdarda qəbulu immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir, insanın infeksiyalara qarşı davamlılığını azaldır. Hətta şəkərin qəbulundan bir neşə saat sonra immun sisteminin səviyyəsi aşağı olur.
Davamı →

PP vitamini çatışmazlığı

PP (nikotin turşusu) vitamini çatışmazlığı oqranizmdə bəzi patoloji əlamətlərin meydana çıxmasına səbəb olur. Bu vitaminin çatışmazlığı aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir:
– pellaqra
– sinir sistemi xəstəlikləri
– bağırsaq xəstəlikləri
– dəri xəstəlikləri.

Pellaqra xəstəliyinə ən çox Orta Aiya və Afrika ölkələrində yaşayan insanlar arasında yayılmışdır. Mütəxəssislər bunun səbəbini onların qidalanması ilə əlaqələndirirlər. Pellaqranın ağırlıq dərəcəsinə görə 3 dərəcəsi ayırd edilir:
– yüngül
– orta
– ağır.

Yüngül dərəcə özünü dəri xəstəliləri, bəzi hallarda isə ishalla, zəif astenik əlamətlərlə özünü göstərir.
Ağır dərəcəli pellaqra kaxeksiya, psixozlar, dərinin geniş spektli xəstəlikləri ilə müşayiət olunur.
Davamı →

Valideynlərin bəzi səhvləri uşağın immunitetini zəiflədir

Uşağın immunitetinin möhkəmləndirilməsinə onun doğulduğu ilk gündən başlamaq lazımdır.

Bunun üçün ilk növbədə körpəni lazım olandan artıq geyindirməyin. Biz, uşaq doğulan gündən onu qalın geyindirməyə, üstünü daha isti örtməyə adət etmişik. Əslində isə bu əməlimizlə biz heç də uşağa kömək etmiş yox, əksinə, ancaq zərər vurmuş oluruq. Əgər uşaq doğulan gündən etibarən yüngül şəkildə bələnərsə, sonra döşəmədə iməkləməyə, otaqda ayaqyalın gəzməyə öyrəşmiş olarsa, o daha möhkəm və sağlam böyüyəcək.

Əlbəttə ki, bu zaman hər bir şeydə həddini bilmək lazımdır! Uşaq tez-tez üşüyərsə və nəticədə də tez-tez xəstələnərsə, onun immuniteti yalnız korlana bilər.

Yenidoğulmuş körpənin immunitetini möhkəmləndirmək üçün ona hər gün hava vannaları etmək lazımdır. Uşaq üçün hava vannalarını o, evə gətirildiyi gündən başlamaq olar. Gün ərzində 2 dəfə olmaqla uşağı soyunduraraq onu 1-2 dəqiqə ərzində lüt saxlayın. 1 aylığından sonra bu vaxtı 5 dəqiqəyə, 6 aylığına qədər 10 dəqiqəyə, 1 yaşına qədər 15 dəqiqəyə qədər çatdırın. Otağın temperaturu 22-23 C olmalıdır. Əgər çöldə hava soyuq deyilsə, uşağı tədricən, otağın nəfəslik pəncərəsi açıq olmaqla, otaqda qalmağa öyrəşdirmək lazımdır.


Ardı →

Stafilokok enterotoksini

Orqanizmə daxil olduqda immun sistemi tərəfindən spesifik əkscisimlərin və sensibilizə olunmuş limfositlərin əmələ gəlməsinə səbəb olan,onlarla immun reaksiya yaradan genetik yad maddələr natigen (AG) adlanır.
Antigenlər aşağıdakı xüsusiyyətlərə malikdir:
  • yadlıq
  • spesifiklik
  • antigenlik
  • immunogenlik
  • tolerogenlik
  • allergenlik

Davamı →

İnterleykinlər və onların rolu

İnterleykinlər sitokinlərin bir növü olub  ,əsasən leykositlər tərəfindən sintez olunur.Məhz bu səbəbdən onların adlarının sonu leykin sonluğu ilə bitir.Bundan başqa interleykinlər həmçinin mononuklear faqositlər və digər hüceyrələr tərəfindən də sintez olunur.İnterleykinlər immun sistemə daxildir.

İnterleykin 1(İL-1) .Əsasən aktivləşmiş makrofaqlar,keratinositlər,fibroblastlar tərəfindən sintez edilir.İL-1 o,temperaturun yüksəlməsində,leykositlərin aktivliyinin tənzim olunmasında,sümük iliyi hüceyrələrinin çoxalmasında iştirak edir.Onun təsir etdiyi hüceyrələr T-helper,T-amplifayer və effektor makrofaqlardır.İL-1 hepatositləri aktivləşdirərək,qanda kəskin faza zülallarının konsentrasiyasını yüksəldir,faqositozu gücləndirir,zədələnmiş sahələrin qan təchizatını bərpa edir.İL-1-in 2 növü məlumdur:α və β.Bundan başqa İnterleykin 1 qrupuna həmçinin interleykin 18,33,interleykin 1 reseptorunun antoqonisti də daxildir.
Davamı →