Biologiya testləri-3

201. Ca2+ ionları mədəaltı vəzin hansı fermentinin aktivləşməsində iştirak edir?
A) lipazanın
B) amilazanın
C) tripsinogenin
D) nukleazaların
E) esteraza.
202. Mədəaltı vəzin sekresiyasının fazaları hansı variantda düzgün ifadə edilmişdir?
A) 1-beyin fazası, 2-mədə fazası,3- bağırsaq fazası
B) 1-beyin fazası, 2- şərtireflektor faza,3- şərtsizreflektor faza
C) 1- şərtireflektor faza,2-şərtsizreflektor faza,3- bağırsaq fazası
D) 1-mədə fazası,2-bağırsaq fazası,3- beyin fazası
E) 1-şərtsizreflektor faza,2-bağırsaq fazası,3- beyin fazası.
203. Ödün həzmdəki rolu aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir?
1- yağları emulqasiya edir
2- lipidlərin hidroliz məhsullarını həll edir və sorulmasını təmin edir.
3- mədəaltı vəz və bağırsaq fermentlərinin, əsasən də lipazanın aktivliyini artırır
4- nazik bağırsağın motor və sekrtor fəaliyyətini stimullaşdırır
5- bakterioststik xüssiyyətə malikdir.
6-yağda həll olan vitaminlərin, xolesterinin, amin turşularının,və kalsium duzlarının bağırsaqda sorulmasında iştirak edir
A) 1,3,4,5
B) 1,2,4,6
C) 2,4,5,6
D) 1,3,4,6
E) Hamısı.
204. İnsanda 1 sutka ərzində nə qədər öd ifraz olunur?
A) 1000-1800 ml.
B) 100-180 ml.
C) 500-800 ml.
D) 300-500 ml.
E) 100-300 ml.
205. Öd əmələgəlməsi və öd ifrazı necə adlanır və ödün hansı növləri ayırd edilir?
A) öd əmələ gəlməsi- xolerez, öd ifrazı- xolekinez adlanır; qaraciyər və kisə ödü ayırd edilir
B) öd əmələ gəlməsi- xolekinez, öd ifrazı- xolerez adlanır; qaraciyər və kisə ödü ayırd edilir
C) öd əmələ gəlməsi- xolekinez, öd ifrazı- xolerez adlanır; qaraciyər , kisə və axacaq ödü ayırd edilir
D) öd əmələ gəlməsi- xolekinez, öd ifrazı- xolerez adlanır; qaraciyər , kisə və axacaq ödü ayırd edilir
E) öd əmələ gəlməsi- xolesitoz , öd ifrazı- xolerez adlanır; qaraciyər , kisə və axacaq ödü ayırd edilir/
206. Öd turşuları hansı variantda düzgün ifadə olunmuşdur?
A) qlikoxol və taurin
B) bilirubin və biliverdin
C) qlikoxol və bilirubin
D) billirubin və taurin
E) biliverdin və qlikoxol.
207. Öd piqmentləri hansı variantda düzgün ifadə olunmuşdur?
A) bilirubin və biliverdin
B) qlikoxol və taurin
C) qlikoxol və bilirubin
D) billirubin və taurin
E) biliverdin və qlikoxol.
208. Qaraciyər və kisə ödü arasındakı fərq hansı variantda düzgün ifadə olunmuşdur?
1- qaraciyər ödü qızılı-sarı ,kisə ödü isə tünd qırmızı-sarı-yaşılımtıl rəngdədir
2-qaraciyər ödünün PH= 7,3-8,0, kisə ödünün PH=6,0-7,0 –dir.
3- su və mineral maddələri sorulduğu üçün kisə ödünün qatılığı və sıxlığı daha yüksəkdir
4- kisə ödündə fərqli olaraq musin vardır
5- kisə ödündə fərqli olaraq xolekinin vardır
A) 1,2,3,4
B) 2,3,4,5
C) 1,3,4,5
D) 1,2,4,5
E) hamısı doğrudur.
209. 1 sutka ərzində nə qədər bağırsaq şirəsi ifraz olunur?
A) 2,5 l.
B) 3,0 l.
C) 1,0 l.
D) 1,5
E) 2,0 l.
210. Duodenal və brunner vəzləri harada yerləşir və nə ifraz edir?
A) onikibarmaq bağırsağın yuxarı hissəsinin selikli qişasının kriptlərində yerləşir, musin və zimogen ifraz edir
B) nazik bağırsağın mikroxovcuqlarında yerləşir,musin və zimogen ifraz edir.
C) qaraciyər axacaqlarında yerləşir, öd turşularıni ifraz edir.
D) mədəaltı vəzdə yerləşir, fosfolipaza ifraz edir
E) yoğun bağırsaqda yerləşir,bağırsaq şirəsi ifraz edir.
211. Bağırsaq kriptləri harada yerləşir və necə adlanır ?
A) onikibarmaq bağırsağın və nazik bağırsağın selikli qişasında yerləşir və xovcuqları əhatə edir,liberkün vəzləri adlanır
B) onikibarmaq bağırsağın selikli qişasında yerləşir və bakalşəkilli vəzləri əhatə edir , liberkün vəzləri adlanır
C) onikibarmaq bağırsağın, nazik və yoğun bağırsağın selikli qişasında yerləşir, bakalşəkilli vəzləri əhatə edir , liberkün vəzləri adlanır
D) onikibarmaq bağırsağın və nazik bağırsağın selikli qişasında yerləşir və xovcuqları əhatə edir və brünner vəzləri adlanır
E) onikibarmaq bağırsağın, nazik və yoğun bağırsağın selikli qişasında yerləşir, bakalşəkilli vəzləri əhatə edir , brünner vəzləri adlanır.
212. Bağırsağın kaymalı epiteliositləri haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər,xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, absorbsiyaedici hüceyrələr adlanır
B) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, təkhüceyrəli vəzlərdir, fermentativ , o cümlədən proteolitik aktivliyə malik selik ifraz edirlər, bakalşəkilli hüceyrələr adlanırlar.
C) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər, Panet hüceyrələri adlanırlar
D) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər,xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, argentafin hüceyrələr adlanırlar.
E) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər, argentofin hüceyrələr adlanırlar.
213. Bağırsağın bakalşəkilli hüceyrələri haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, təkhüceyrəli vəzlərdir, fermentativ , o cümlədən proteolitik aktivliyə malik selik ifraz edirlər
B) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər,xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, absorbsiyaedici hüceyrələr adlanır
C) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər, Panet hüceyrələri adlanırlar
D) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər,xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, argentafin hüceyrələr adlanırlar.
E) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər, argentofin hüceyrələri adlanırlar
214. Bağırsaqda yerləşən Panet hüceyrələri haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər,apokrin sekresiya xasdır
B) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər,xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, absorbsiyaedici hüceyrələr adlanır
C) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, təkhüceyrəli vəzlərdir, fermentativ , o cümlədən proteolitik aktivliyə malik selik ifraz edirlər,bakal şəklindədirlər
D) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər,xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, argentafin hüceyrələr adlanırlar.
E) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər, argentofin hüceyrələri adlanırlar.
215. Bağırsaqda yerləşən argentofin hüceyrələr haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) kriptlərdə yerləşən endokrin sekresiyalı heceyrələrdir
B) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər,xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, absorbsiyaedici hüceyrələr adlanır
C) asidofil qranullu enterositlərdir, hidrolitik fermentlərə malik sekret ifraz edirlər, Panet hüceyrələri adlanırlar
D) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər,xovların üzərini örtür, apikal tərəfi mikroxovcuqlardan ibarətdir, fermentlərlə zəngindir, argentafin hüceyrələr adlanırlar.
E) differensasiya olunmamış kaymasız enterositlərdən əmələ gəlirlər, təkhüceyrəli vəzlərdir, fermentativ , o cümlədən proteolitik aktivliyə malik selik ifraz edirlər .
216. Morfonekrotik sekresiya haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) nazik bağırsağın selikli qişasının səthi epiteli hüceyrələri arasıkəsilmədən ölür ( insanda 1- sutka ərzində250 qr. epiteliosit), ayrılaraq bağırsağın möhtəviyyatına qarışır
B) nazik bağırsağın selikli qişasının səthi epiteli hüceyrələri arasıkəsilmədən ölür ( insanda 1- sutka ərzində 500 qr. epiteliosit), ayrılaraq bağırsağın möhtəviyyatına qarışır
C) yoğun bağırsağın selikli qişasının səthi epiteli hüceyrələri arasıkəsilmədən ölür ( insanda 1- sutka ərzində 500 qr. epiteliosit), ayrılaraq bağırsağın möhtəviyyatına qarışır
D) yoğun bağırsağın selikli qişasının səthi epiteli hüceyrələri arasıkəsilmədən ölür ( insanda 1- sutka ərzində 200 qr. epiteliosit), ayrılaraq bağırsağın möhtəviyyatına qarışır
E) onikibağırsağın selikli qişasının səthi epiteli hüceyrələri arasıkəsilmədən ölür ( insanda 1- sutka ərzində 200 qr. epiteliosit), ayrılaraq bağırsağın möhtəviyyatına qarışır.
217. Bağırsaq şirəsi hansı fermentativ aktivliyə malikdir?
A) karbohidratları hidroliz etmək, lipolitik, proteolitik,nukleotidləri hidroliz etmək aktivliyinə malikdir.
B) karbohidratları hidroliz etmək, lipolitik, proteolitik aktivliyə malikdir
C) lipolitik, proteolitik və nukleotidləri hidroliz etmək aktivliyinə malikdir
D) lipolitik və proteolitik aktivliyinə malikdir
E) karbohidratları hidroliz etmək, lipolitik, nukleotidləri hidroliz etmək aktivliyinə malikdir.
218. Divarönü həzm hansı zonalarda gedir?
A) ardıcıl olaraq selik qatında, qlikokaliksdə,enterositlərin apikal membranlarında
B) ardıcıl olaraq bağırsaq boşluğunda, qlikokaliksdə,enterositlərin apikal membranlarında
C) ardıcıl olaraq selik qatında , enterositlərin apikal membranlarında, mikroxovcuqlarda
D) ardıcıl olaraq bağırsaq boşluğunda, mikroxovcuqlarda, enterositlərin apikal membranlarında
E) ardıcıl olaraq bağırsaq boşluğunda, mikroxovcuqlarda, qlikokaliksin apikal membranında.
219. Nazik bağırsağın təqəllüsünün hansı tipləri ayırd edilir?
A) ritmik seqmentasiya, rəqqasvari hərəkət, peristaltik dalğalar, antiperistaltik və tonik təqəllüslər
B) ritmik,seqmentləşdirici, rəqqasvari və peristaltik dalğalar
C) ritmik seqmentasiya, peristaltik və antiperistaltik
D) ritmik seqmentasiya, tonik , rəqqasvari hərəkət və peristaltik hərəkət
E) rəqqasvari hərəkət, peristaltik dalğalar, antiperistaltik və tonik təqəllüslər
220. Suyun sorulması həzm traktının ən çox hansı şöbəsində və hansı həcmdə gedir?
A) yoğun bağırsaqda -1 sutkada 8 l.-ə yaxın
B) nazik bağırsaqda -1 sutkada 5 l. -ə yaxın
C) mədədə -1 sutkada 5 l.-ə yaxın
D) yoğun bağırsaqda – 1 sutkada 5 l.-ə yaxın
E) nazik bağırsaqda -1 sutkada 8 l.-ə yaxın
221. Suyun bağırsaqlarda sorulmasında həlledici rol hansı faktora aiddir ?
A) Na2+ ionları
B) K+ ionları
C) CL- ionları
D) qastrin
E) serotonin.
222. Bağırsaqlarda suyun sorulmasına hansı hormonlar tormozlayəcı təsir göstərir?
A) qastrin,sekretin, serotonin,bombezin, VİP, XSK
B) qastrin, adrenalin, noradrenalin, motilin,XSK
C) serotonin , adrenalin, noradrenalin, motilin
D) bombezin, adrenalin, noradrenalin, motilin, VİP
E) sekretin, adrenalin, noradrenalin, motilin, VİP.
223. Zülalların hidroliz məhsllarının bağırsaqda sorulması haqda məlumat hansı variantda düzgün ifadə olunmuşdur?
A) zülalların hidroliz məhsulları olan amin turşuları nazik bağırsağın müxtəlif şöbələrində epiteliositlərin apikal membranından yüngülləşmiş diffuziya mexanizmi üzrə hüceyrəarası mayeyə nəql olunur
B) zülalların hidroliz məhsulları olan amin turşuları yoğun bağırsağın müxtəlif şöbələrində epiteliositlərin apikal membranından yüngülləşmiş diffuziya mexanizmi üzrə hüceyrəarası mayeyə nəql olunur
C) zülalların hidroliz məhsulları olan peptidlər yoğun bağırsağın müxtəlif şöbələrində epiteliositlərin apikal membranından yüngülləşmiş diffuziya mexanizmi üzrə hüceyrəarası mayeyə nəql olunur
D) zülalların hidroliz məhsulları olan amin turşuları yoğun bağırsağın müxtəlif şöbələrində epiteliositlərin apikal membranından aktiv nəqliyyat mexanizmi üzrə hüceyrəarası mayeyə nəql olunur
E) zülalların hidroliz məhsulları olan amin turşuları nazik bağırsağın müxtəlif şöbələrində epiteliositlərin apikal membranından aktiv nəqliyyat mexanizmi üzrə limfaya nəql olunur.
224. Karbohidratların bağırsaqda sorulması haqda məlumat hansı variantda düzgün ifadə olunmuşdur?
A) karbohidratların hidroliz məhsulları əsasən nazik bağırsaqda ,epiteliositlərin apikal membranından aktiv nəqliyyat yolu ilə hüceyrəarsı mayeyə və qana keçir
B) karbohidratların hidroliz məhsulları əsasən nazik bağırsaqda ,epiteliositlərin apikal membranından passiv nəqliyyat yolu ilə hüceyrəarsı mayeyə və qana keçir
C) karbohidratların hidroliz məhsulları əsasən onikibarmaq bağırsaqda ,epiteliositlərin apikal membranından passiv nəqliyyat yolu ilə hüceyrəarsı mayeyə və qana keçir
D) karbohidratların hidroliz məhsulları əsasən nazik bağırsaqda ,epiteliositlərin apikal membranından yüngülləşmiş diffuziya yolu ilə limfaya keçir
E) karbohidratların hidroliz məhsulları əsasən onikibarmaq bağırsaqda ,epiteliositlərin apikal membranından yüngülləşmiş diffuziya yolu ilə limfaya keçir.
225. Lipidlərin hidroliz məhsullarınin bağırsaqda sorulması haqda məlumat hansı variantda düzgün ifadə olunmuşdur?
A) lipidlərin hidroliz məhsulları əsasən onikibarmaq bağırsaqdan və nazik bağırsaın proksimal hissəsindən sorulur, epiteliositlərdə xilomikronlar-xırda yağ hissəcikləri əmələ gəlir və limfaya sorulur
B) lipidlərin hidroliz məhsulları əsasən nazik bağırsadan sorulur, epiteliositlərdə xilomikronlar-xırda yağ hissəcikləri əmələ gəlir və qana sorulur
C) lipidlərin hidroliz məhsulları əsasən nazik bağırsadan sorulur, epiteliositlərdə xilomikronlar-xırda yağ hissəcikləri əmələ gəlir və qana sorulur
D) lipidlərin hidroliz məhsulları nazik bağırsadan sorulur, epiteliositlərdə xilomikronlar-xırda yağ hissəcikləri əmələ gəlir və hüceyrəarası sahəyə sorulur
E) lipidlərin hidroliz məhsulları yoğun bağırsadan sorulur, epiteliositlərdə xilomikronlar-xırda yağ hissəcikləri əmələ gəlir və hüceyrəarası sahəyə sorulur.
226. Bağırsaq mikroflorası hansı qruplara ayrılır?
A) 1- əsas- bifidobakteriyalar və bakteroidlər, ;2-müşayətçi- laktobakteriyalar, enterokoklar, eşerexiyalar; 3- qaliq –sitrobakteriyalar, enterobaktriyalar, proteyalar, maya göbələkləri, stafilokoklar, aerob basillər
B) 1-əsas- laktobakteriyalar, enterokoklar, eşerexiyalar; 2- müşayətçi-bifidobakteriyalar və bakteroidlər; 3- qalıq-sitrobakteriyalar, enterobaktriyalar, proteyalar, maya göbələkləri, stafilokoklar, aerob basillər
C) 1- əsas- sitrobakteriyalar, enterobaktriyalar, proteyalar, maya göbələkləri, stafilokoklar, aerob basillər; 2--müşayətçi- laktobakteriyalar, enterokoklar, eşerexiyalar;3- qalıq- bifidobakteriyalar və bakteroidlər
D) 1- əsas- sitrobakteriyalar, enterobaktriyalar, proteyalar, maya göbələkləri, stafilokoklar, aerob basillər; 2--müşayətçi- bifidobakteriyalar və bakteroidlər 3- qalıq- laktobakteriyalar, enterokoklar, eşerexiyalar
E) 1-əsas- bifidobakteriyalar,laktobakteriyalar,stafilokoklar;2- müşayətçi-enterobakteriyalar,proteyalar, maya göbələkləri;3- qalıq- enterokoklar,bakteroidlər, aerob basillər, eşerexiyalar.
227. Bağırsaq mikroflorası hansı vitaminləri sintez edir?
A) B qrupu və K
B) P qrupu və K
C) A və P
D) E və K
E) E və P.
228. Nazik bağırsaqda parçalanmayan selülozanın neçə faizi yoğun bağırsaqda mikroorqanizmlər tərəfindən parçalanır?
A) 40%
B) 100%
C) 60%
D) 20%
E) 10%.
229. Qaraciyərin funksiyaları hansı variantda düzgün ifadə edilmişdir?
1- ödəmələgəlmə
2- baryer funksiyası
3- ekskretor funksiya
4- zülal mübadiləsində iştirakı
5- lipid mübadiləsində iştirakı
6- karbohidrat mübadiləsində iştirakı
7- eritrokinetika,eritrositlərin dağılması,qemin deqradasiyası
8- immunopoez və immunoloji reaksiyalar
A) 1,2,4,5,7
B) 1,2,5,7,8
C) 1,3,4,5,7
D) 1,4,5,6,7
E) !.3,5,7,8.
230. Aclıq və doyma mərkəzi harada yerləşir?
A) hipotalamusda
B) talamusda
C) uzunsov beyində
D) beyin körpüsündə
E) beyincikdə.
231. İştahın pozğunluqlarının hansı növləri ayırd edilir ?
A) anoreksiya, bulimiya, izvraşenie
B) anoreksiya, bulimiya, afaqiya
C) afaqiya, bulimiya, izvraşenie
D) afaqiya, anoreksiya,izvraşenie
E) afaqia, hiperfaqiya, anoreksiya.
232. Doyma nəzəriyyələri hansı variantda düzgün ifadə edilmişdir?
A) qlükostatik, aminoasidostatik,lipostatik,termostatik, metabolik
B) qlükostatik, ,lipostatik,termostatik, metabolik,nukleostatik
C) qlükostatik, aminoasidostatik,lipostatik,termostatik, nukleostatik
D) qlükostatik, aminoasidostatik,lipostatik,nukleostatik, metabolik
E) nukleostatik, aminoasidostatik,lipostatik,termostatik, metabolik.
233. Qastrointestinal hormonlar harada sintez olunur?
A) mədə və bağırsağın selikli qişasında yerləşən endokrin hüceyrələrdə
B) mədə və bağırsağın əzələ qatında yerləşən endokrin hüceyrələrdə
C) mədə və bağırsağın seroz qatında yerləşən endokrin hüceyrələrd
D) mədə və bağırsağın əsas və parietal hüceyrələrində
E) mədə və bağırsağın mukositlərində
234. Həzm fermentləri qida maddələrinə görə necə təsnifatlandırılır?
A) Proteazalar, lipazalar və karbohidrazalar
B) Proteazalar, saxarazalar və karbohidrazalar
C) Amilazalar, lipazalar və karbohidrazalar
D) Proteazalar, lipazalar və maltazalar
E) Qalaktazolar, lipazalar və karbohidrazalar.
235. Mədə bağırsaq traktının ayrı-ayrı şöbələrinin reaksiyası:
A) Ağız-qələvi, mədə-turş, nazik bağırsaqlar- zəif qələvi
B) Ağız-turş, mədədə-turş, nazik bağırsaqlar- zəif qələvi
C) Ağız-qələvi, mədə-qələvi, nazik bağırsaqlar- zəif qələvi
D) Ağız-qələvi, mədə-turş, nazik bağırsaqlar- turş
E) Ağız-turş, mədə-turş, nazik bağırsaqlar- qələvi.
236. Çeynəmə aktı hansı yolla baş verir?
A) Reflektor yolla
B) Humoral yolla
C) Qeyri reflektor yolla
D) Kimyəvi yolla
E) Fiziki yolla.
237. Ağız suyunun tərkibində olan fermentlər:
A) )-amilaza, ,-qlükozidaza.
B) )-maltaza, qalaktoza
C) saxaraza, ,-qalaktoza
D) )-saxaraza, maltoza
E) )-amilaza, ,-lipaza
238. Udma mərkəzi harada yerləşir?
A) Uzunsov beyində
B) Orta beyində
C) Beyin ayaqjıqlarında
D) Beyin körpüsündə
E) Beyin qapağında
239. Mədənin dibində olan (fundal) vəzlər hansı hüceyrələrdən əmələ gəlmişdir?
A) Əsas, bürüyücü yaxud pariyetal və əlavə hüceyrələr
B) Əsas, qouyucu yaxud pariyetal və əlavə hüceyrələr
C) Əsas, bürüyücü yaxud pariyetal və sekretor hüceyrələr
D) Sadə, bürüyücü yaxud pariyetal və əlavə hüceyrələr
E) Əsas, əlaqəli yaxud pariyetal və əlavə hüceyrələr.
240. Sutkada neçə l mədə şirəsi ifraz olunur və onun pH- neçədir?
A) 2-2,5 l, pH-0,9-1,5-dir
B) 2-4 l, pH-0,9-1,5-dir
C) 3-3,5 l, pH-0,9-1,5-dir
D) 2-4,5 l, pH-0,9-2,5-dir
E) 1-1,5 l, pH-0,9-1,5-dir.
241. Passiv formada olan pepsinogen hansı maddənin təsirilə pepsinə (aktiv formaya) çevrilir?
A) HCl-un təsirilə
B) NaCl-un təsirilə
C) KCl-un təsirilə
D) CaCl-un tə-sirilə
E) NaCO2-un təsirilə.
242. Mədəni mexaniki zədələnmələrdən və HCl-un zədələyici təsirindən qoruyan amil:
A) Mədə seliyi.
B) Mədə fermentləri
C) Mədənin əzələ qatı
D) Mədənin seroz qatı
E) Mədənin reaksiyası
243. Azan (I) Və simpatik (II) Sinirləri mədə şirəsi ifrazına necə təsir göstərir?
A) I- stimullaşdırır, II- tormozlayır
B) I- tormozlayır, II- stimullaşdırır
C) I- azaldır, II- çoxaldır
D) I- stimullaşdırır, II- nizamlayır
E) I- ləngidir, II- tormozlayır.
244. Qastrin (I) Və histamin (II) mədə şirəsinin tənziminə necə təsir göstərir?
A) Hər ikisi stimullaşdırır
B) I- ləngidir, II- stimullaşdırır
C) I- stimullaşdırır II- ləngidir
D) Heç biri təsir etmir
E) Hər ikisi ləngidir.
245. Yağlar mədə şirəsinin ifrazına necə təsir göstərir?
A) Ləngidici
B) Stimullaşdırıcı
C) Tənzimləyici
D) Təsir göstərmir
E) Nizamlayıcı.
246. Tripsinogen fermentini tripsinə çevrən fermentin adı:
A) Enterokinaza.
B) Amilaza
C) Maltaza
D) Lipaza
E) Saxaraza
247. Həzm kanalının onikibarmaq bağırsaq hissəsinə hansı kənar vəzlərin axarları açılır?
A) Mədəaltı vəz və qaraciyərin
B) Tüpürcək vəzlərinin
C) Mədə vəzlərinin
D) Qulaqyanı vəzlərin
E) Çənəaltı vəzlərin
248. Yoğun bağırsaq hansı bağırsaqla qurtarır?
A) Düz bağırsaq
B) Acı bağırsaq
C) Enən yoğun bağırsaq
D) Qalça bağırsaq
E) Kor bağırsaq
249. Mədə şirəsini almaq üçün mədəyə fistul qoymaq üsulundan ilk dəfə kim istifadə etmişdir?
A) İ.P.Pavlov
B) M.B.Basov
C) D.Reyman
D) L.German
E) İ.İ. Meçnikov
250. Yağlar və karbohidratlar hansı fermentlərin təsirindən parçalanır?
A) Yağlar – lipazanın, karbohidratlar – amilazanın
B) Zülallar – lipazanın, yağlar – amilazanın
C) Sulukarbonlar – lipazanın, yağlar – amilazanın
D) Ptialin – zülalların, lipaza – yağların
E) Zülallar – amilazanın, karbohidratlar – lipazanın
251. Tüpürcək vəzlərinin axarları açılır:
A) Qulaqyanı vəzin axarı – ağzın dəhlizinə, çənəaltı vıə dilaltı vəzlərin axarları – ağzın boşluğuna
B) Çənəaltı və dilaltı vəzin axarı – ağzın dəhlizinə, qulaqyanı vəzin axarı- ağzın boşluğuna
C) Hər üç vəzin axarı ağzın dəhlizinə
D) Hər üç vəzin axarı dilin üzərinə
E) Hər üç vəzin axarı dilin altına
252. Mədə fermentini göstərin:
A) Pepsin
B) Amilaza
C) Enterokinaza
D) Ximotripsin
E) Nukleaza
253. Mədə şirəsində olan ferment hansı maddələri parçalayır?
A) Zülalları
B) Yağları
C) Sulukarbonları
D) Mineral maddələri
E) Vitaminləri
254. Lipaza fermenti hansı mühitdə fəaldır və hansı üzvi maddəni parçalayır?
A) Qələvi, yağları
B) Turş, sulukarbonları
C) Neytral, zülalları
D) Turş, yağları
E) Neytral, sulukarbonları
255. Mürəkkəb şərtsiz reflekslər haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) genetik verilmiş proqram əsasında inteqrativ reflekslərin bazasında yaranan davranışın növ steriotipini ifadə edir
B) genetik verilmiş proqram əsasında orqanizmin mürəkkəb hərəki lokamator aktlarını vegetativ təminatla sıx əlaqədə həyata keçirərək müəyyən bioloji əhəmiyyəti olan kompleks davranış aktlarını formalaşdırır
C) eninəzolaqlı əzələlərin lokal seqmentar təqəllüsünü ifadə edir və daxili orqanların vegetativ funksional birləşmələrinin kompleks reaksiyalarını ifadə edir
D) genetik verilmiş proqram əsasında orqanizmin mürəkkəb lokamator hərəki aktlarının –instinktlərin həyata keçməsini təmin edir
E) genetik verilmiş proqram əsasında lokamator fəaliyyət aktlarını və daxili orqanların vegetativ funksional birləşmələrinin kompleks reaksiyalarını ifadə edir.
256. İnsanda nazik bağırsaqların divar qatları hansı formada əzələlərdən təşkil olunmuşdur?
A) Dairəvi və boylama
B) Uzunsov, çəpinə
C) Aralıq, uzunsov
D) Qarışıq , dairəvi
E) Çəpinə, uzunsov
257. İnsanda yoğun bağırsağın rolu hansı sırada düzgün verilib?
A) K və B qrupu vitaminlərinin sintezi; sellülozanı parçalamaqda
B) B qrupu vitaminlərinin sintezi; yağları parçalamaqda
C) K qrupu vitaminlərinin sintezi; zülalları amin turşularına qədər parçalamaqda
D) Zülalları, yağları və nuklein turşularını parçalamaqda
E) Ancaq vitamin sintez etməkdə
258. Yoğun bağırsağın şöbələri hansılardır?
A) Kor, çəmbər, S - əbənzər, düz bağırsaq
B) Onikibarmaq, acı, qalça, kor
C) Kor, acı, qalça
D) Qalça, çəmbər, kor
E) Qalça çəmbər, düz
259. Mədəaltı vəzin fermentləri hansılardır?
A) Lipaza, amilaza, tripsin
B) Pepsin, ximozin, laktoza
C) Maltaza, amilaza, nukleaza
D) Lipaza, pepsin, tripsin
E) Pepsinogen, lipaza , amilaza
260. Yoğun bağırsağın ilk hissəsi hansıdır?
A) Kor bağırsaq
B) Çəmbər
C) S -əbənzər
D) Düz bağırsaq
E) Onikibarmaq bağırsaq
261. MBT-ın hansı nahiyyələrinin qıcıqlanması qusma aktına səbəb olur?
1- dilin kökü;
2- udlaq;
3- mədənin selikli təbəqəsi;
4- bağırsaqların;
5- peritonun;
6- vestibulyar aparatın reseptorlarının qıcıqlanması.
A) Hamısı
B) 2,3
C) 1,4
D) 5,6
E) Heçbiri
262. Ödün funksiyaları:
1- öd yağları emulsiya halına salır;
2-yağların hidroliz məhsullarını həll edir və onların sorulmasını sürətləndirir;
3- bağırsaq və mədəaltı vəz fermentlərinin aktivliyini artırır;
4- öd, nazik bağırsaqların motor və sekretor fəaliyyətini stimulyasiya edir.
5- öd bakteriosit təsir göstərir.
A) Hamısı
B) 1,2
C) 3,4
D) 5,6
E) Heçbiri.
263. Bunlardan hansılar öd piqmentləridir?
A) bilrubin, bilverdin
B) qlükoxol, tauroxol
C) qastrin, sekretin
D) qlükoxol, bilverdin
E) bilrubin, qlükoxol
264. Mədə şirəsinin ifrazının güclü stimulyatoru hansıdır?
A) Qastrin
B) Qastrointestinal hormon
C) Sekretin
D) Pankreozimin
E) Xolesistokinin
265. Sorulma prosesi hansı yollarla gedir?
1- makromolekulların nəqliyyatı faqositoz və pinositoz yolla gedir;
2- bəzi maddələr hüceyrələrarası sahələrdən reabsorbsiyaya uğrayır;
3- hidrolizin parçalanma məhsulları qana daxil olur.
A) Hamısı
B) Heç biri
C) 1
D) 2
E) 3
266. Yağların sorulması hansı amillərdən asılıdır?
A) Yağların emulsiyalaşmasından və temperaturundan
B) Yağların tərkibindən və hidrolizindən
C) Yağların reaksiyasından və hidrolizindən
D) Yağların emulsiyasından və hidrolizindən
E) Yağların növlərindən və hidrolizindən.
267. Defekasiya aktının iradi və qeyri iradi mərkəzləri harda yerləşir?
1- orta beyin, hipotalamus və beyin yarımkörələrində;
2- onurğa beyinin bel və oma nahiyəsində;
3- onurğa beyinin boyun və döş nahiyələrində.
A) 1,2.
B) 3
C) 2
D) 2,3
E) Heç biri
268. Bağırsaqların mikroflorası hansı funksiyaları icra edir?
1- patogen mikroorqanizmlərin inkişafını məhdudlaşdırmaqla ümmun sədd yaradır;
2- orqanizmin immun sistemini stimulyasıya edir;
3- KvəB qrup vitaminləri və digər bioloji aktiv maddələri sintez edir;
4- maddələr mübadiləsində iştirak edir.
A) Hamısı
B) Heç biri
C) 1,2
D) 3
E) 4
269. Anabolizm (I) Və katabolizmin (II) mahiyyəti nəyi əks etdirir?
A) I- maddələrin sintezini, II- maddələrin parçalanmasını
B) I- maddələrin parçalanmasını, II- maddələrin sintezini
C) I- maddələrin həzmini, II- maddələrin parçalanmasını
D) I- maddələrin sintezini, II- maddələrin assimilyasiyasını
E) I-maddələrin dissimilyasiyasını,II- maddələin parçalanmasını.
270. Canlı orqanizmlərdə ən çox olan element:
A) C.
B) O2
C) H
D) P
E) S
271. A vitamini çatışmadıqda orqanizmdə hansı pozğunluqlar baş verir?
A) Toyuq korluğu əmələ gəlir, gözün buynuz qişası zədələnir, skelet böyüməsi ləngiyir, dəri zədələnmələri baş verir
B) Toyuq korluğu əmələ gəlir, dişlər tökülür, böyümə ləngiyir
C) Böyümə ləngiyir, müxtəlif sinir pozğunluqları baş verir, görmə pozulur
D) Görmə pozulur, sinir pozğunluqları baş verir
E) Yalnız görmə pozulur
272. D vitamininin çatmamazlığı orqanizmdə hansı dəyişikliklərə səbəb olur?
A) Orqanizmin ultrabənövşəyi şüalardan istifadə edə bilmir
B) Orqanizmdə gedən oksidləşmə reduksiya prosesləri pozulur
C) Şəkərlərin bağırsaqlarda sovrulması prosesi pozulur
D) Orqanizmdə kalsium mübadiləsi pozulur
E) Hemoqlobinin sintezi pozulur
273. Variantların hansı mikroelementləri tam əks etdirir?
A) Dəmir, mis, sink, kobalt, molibden, selen, xrom, nikel
B) Dəmir, xlor, sink, kobalt, molibden, selen, xrom, nikel
C) Dəmir, mis, nitrat, kobalt, molibden, selen, xrom, nikel
D) Dəmir, mis, sink, sulfat, molibden, selen, xrom, nikel
E) Dəmir, mis, sink, kobalt, sulfid, selen, xrom, nikel.
274. 1 q yağ, 1 q zülal və 1 q karbohidrat parçalandıqda (ayrılıqda) neçə kcoul (kkal) istilik xaric olunur?
A) 38,94 (9,3 kkal); 17,17 (4,1 kkal); 17,17 (4,1 kkal)
B) 39,94 (9,5 kkal); 16,17 (4,1 kkal); 17,17 (4,1 kkal)
C) 37,94 (9,4 kkal); 15,17 (4,1 kkal); 17,17 (4,1 kkal)
D) 0,94 (9,6 kkal); 18,17 (4,1 kkal); 17,17 (4,1 kkal)
E) 41,94 (9,7 kkal); 13,17 (4,1 kkal); 17,17 (4,1 kkal).
275. Avitaminoz (A) və hipovitaminoz (H) nəyə deyilir?
A) Vtaminlərin yoxluğundan yaranan xəstəlik avitominoz, vitaminlərin çatışmamazlığı isə hipovitominoz adlanır
B) Vitamin azlığından yaranan xəstəlik avitaminozoz, vitaminlərin çatışmamazlığı isə hipovitaminoz adlanır
C) Vtaminlərin varlığından yaranan xəstəlik avitaminoz, vitaminlətin çatışmamazlığı isə hipovitaminoz adlanır
D) Vitaminlərin çoxluğundan yaranan xəstəlik avitaminoz, vitaminlərin çatışmamazlığı isə hipovitaminoz adlanır
E) Vitaminlərin artıqluğından yaranan xəstəlik avitaminoz, vitaminlərin çatışmamazlığı isə hipovitaminoz adlanır.
276. Yağda (I) Və suda (II) həll olan vitaminlər:
A) I- A, D, E, K, II- B qrup vitaminləri, C və P vitaminləri.
B) I- A, D, E, B1, II- B qrup vitaminləri, C və P vitaminləri
C) I- A, D, B, K, II- E qrup vitaminləri, C və P vitaminləri
D) I- A, J, E, K, II- B qrup vitaminləri, C və P vitaminləri
E) I- B, D, E, K, II- A qrup vitaminləri, C və P vitaminləri
277. A vitamini hansı qidaların tərkibində olur?
A) Heyvan yağları, ət, balıq, yumurta və süd olur
B) Bitki yağları, ət, balıq yumurta və meyvə olur
C) Heyvan yağları, ət, balıq bitkilər və süd olur
D) Meyvə yağları, ət, balıq yumurta və noxud olur
E) Tərəvəz yağları, ət, balıq yumurta və lobya olur.
278. B qrupuna hansı vitaminlər daxildir?
A) B1 B2 B3 B6 B12
B) B1 B2 B4 B5 B12
C) B1 B2 B4 B5 B12
D) B1 B3 B4 B6 B12
E) B B2 B4 B6 B12.
279. Orqanizmin C vitamininə sutkalıq tələbı neçə mq-dır?
A) 50-100 mq
B) 50-150 mq
C) 100-200 mq
D) 40-120 mq
E) 60-160 mq.
280. Tənəffüs əmsalı nəyi əks etdirir?
A) Udulan 02-lə xaric olunan CO2 arasındakı nisbəti
B) Udulan 02-lə daxil olunan CO2 arasındakı nisbəti
C) Udulan JO2 -lə xaric olunan 02 arasındakı nisbəti
D) Udulan N-la xaric olunan CO2 arasındakı nisbəti
E) Udulan C-la xaric olunan CO2 arasındakı nisbəti.
281. Heyvan orqanizminin hüceyrə və toxumalarının ümumi energetik balansında mühüm əhəmiyyəti olan:
A) Qida məhsullarının əsas struktur komponentlərinin molekulyar daxili əlaqələrinin parçalanması nəticəsində əmələ gələn enerjidir
B) İstilik enerjisidir
C) Həzm kanalında qida maddələrinin hidrolitik parçalanmasından alınan sərbəst enerjidir
D) Günəş enerjisidir
E) Fizik iş zamanı əmələ gələn enerjidir
282. Hipotermiya (I) Və hipertermiya (II) Hansı vəziyyətləri əks etdirir?
A) I-orqanizmin soyumasını və II- qızmasını
B) I-orqanizmin qızmasını və II- soyumasını
C) I-orqanizmin tt-un artmasını və II- azalmasını
D) I-orqanizmin tt-un dəyişməməsini və II-dəyişməsini
E) I-orqanizmin tt-un yüksəlməsini və II- enməsini.
283. İnsan orqanizmində 100 q zülal parçalandıqda (zülalın tərkibində 16% N olarkən) Neçə qram ammonyak xaric olur?
A) 22,4 q
B) 20,3 q
C) 18,4 q
D) 21,5 q
E) 19,4 q.
284. Ureotelik heyvanlarda azotlu maddələrin son məhsulları əsasən hansı formada orqanizmdən xaric olunur?
A) Sidik jövhəri formasında
B) Sidik turşusu formasında
C) Kreatin formasında
D) Duzlu maddələr formasında
E) Üzvi maddələr formasında.
285. Yumaqcıq filtirasiyasının əsas funksiyası:
A) Qandan süzülmə yolu ilə ilk sidiyin yaranmasını təmin edir
B) Qandan süzülmə yolu ilə son sidiyin yaranmasını təmin edir
C) Qandan reabsorbsiya yolu ilə sidiyin yaranmasını təmin edir
D) Qandan sekresiya yolu ilə ilk sidiyin yaranmasını təmin edir
E) Sekresiya yolu ilə son sidiyin yaranmasını təmin edir.
286. Natrium və kalium hansı yolla reabsorbsiya olunurlar?
A) Aktiv yolla və Na+ K+ nasosu vasitəsilə
B) Passiv yolla və Na+ K+ nasosu vasitəsilə
C) Osmos təzyiqilə və Na+ K+ nasosu vasitəsilə
D) Onkotik təzyiqlə və Na+ K+ nasosu vasitəsilə
E) Aktiv yolla və Na+ Ja+ nasosu vasitəsilə.
287. Qlükoza kanalların hansı hissəsində reabsorbsiya olunur?
A) Əsasən kanalların proksimal hissəsində
B) Əsasən kanalların distal hissəsində
C) Əsasən kanalların Henle ilgəyində
D) Əsasən kanalların düz borular hissəsində
E) Əsasən kanalların II dərəcəli qıvrım borularında.
288. Antidiuretik (ADH) hormon reabsorbsiyaya necə təsir göstərir?
A) ADH reabsorbsiyanı sürətləndirir
B) ADH reabsorbsiyanı ləngidir
C) ADH reabsorbsiyaya təsir etmir
D) ADH reabsorbsiyaya az təsir edir
E) ADH reabsorbsiya prosesində iştirak etmir.
289. Aldesteron hansı ionun reabsorbsiyasını sürətləndirir?
A) Natrium ionlarının reabsorbsiyasını sürətləndirir
B) Kalium ionlarının reabsorbsiyasını sürətləndirir
C) Kalsium ionlarının reabsorbsiyasını sürətləndirir
D) Xlor ionlarının reabsorbsiyasını sürətləndirir
E) Hidrogen ionlarının reabsorbsiyasını sürətləndirir.
290. Qanda kalsimun miqdarını artırıb və azaldan hormonlar:
A) Parathormon artırır, triokalsitonin azaldır
B) Parathormon azaldır, triokalsitonin artırır
C) Parathormon təsir etmir, triokalsitonin çoxaldır
D) Tiroksin artırır, triokalsitonin azaldır;
E) İnsulin artırır, asetilxolin azaldır.
291. Böyrəklərin eksekresiya prosesində hansı azot tərkibli maddələr orqanizmdən xaric olunur?
A) Sidik cövhəri, sidik turşusu, kreatin və s.
B) Sidik cövhəri, sidik turşusu, saxaroza və s.
C) Sidik cövhəri, amin turşuları, kreatin və s.
D) Zülal cövhəri, sidik turşusu, kreatin və s.
E) Sidik cövhəri, yağ turşusu, qalaktoza və s.
292. İnsanda neçə faiz sidik turşusu eksekresiya olunur?
A) 9,8%
B) 8,8%
C) 7,8%
D) 6,8%
E) 5,8%.
293. Böyrəklərin fəaliyyəti necə tənzim olunur?
A) Şərtsiz və şərti reflektor yolla
B) Yalnız şərtsiz reflektor yolla
C) Yalnız şərti reflektor yolla
D) Kimyəvi və şərti reflektor yolla
E) Fiziki və şərtsiz reflektor yolla.
294. Çəkisi 60 kq olan adamın orqanizmindən 1 sutkada nə qədər sidik cövhəri ifraz olunur?
A) 30-50 q
B) 0,5-1 q
C) 10-20 q
D) 75-100 q
E) 2,5-3,6 q
295. Nefronun düzgün quruluşu hansı variantda düzgün ifadə edilmişdir?
A) Nefron malpiqi yumaqcığı, onu əhatə edən Boumen-Şumlyanski kapsulundan, qıvrım kanaljıqlardan, Henle ilgəyindən, yığıjı borudan ibarətdir
B) Nefron malpiqi yumaqcığı, onu əhatə edən Boumen-Şumlyanski kapsulundan və ləyəndən ibarətdir
C) Nefron malpiqi yumaqcığı və onu əhatə edən Boumen-Şumlyanski kapsulundan ibarətdir
D) Nefron malpiqi yumaqcığı və onu əhatə edən Boumen-Şumlyanski kapsulundan, qıvrım kanalcıqlardan, Henle ilgəyindən, yığıjı borudan və ləyəndən ibarətdir
E) Nefron malpiqi yumaqcığı və onu əhatə edən Boumen-Şumlyanski kapsulundan, qıvrım kanalcıqlardan
296. Nefronda qanın maye hissəsinin süzülməsinə səbəb nədir?
A) Malpiq yumaqcığına girən arteriaların diametrinin çıxan arterialların diametrindən böyük olması
B) Afferent arterial damarın sıx kapilyar şəbəkə əmələ gətirməsi
C) Proksimal və distal kanalcıqların olması sayəsində
D) Henle ilgəyində qan təzyiginin yüksək olması
E) Yığıcı borunun diametrinin kiçik olması
297. İnsanın böyrək kanallarında gedən reabsorbasiya nəticəsində normada yumaqcıq filtratındakı hansı maddələr geriyə sovrulmur?
A) Sidik cövhəri, sidik turşuları, kreatin
B) Sidik cövhəri, sidik turşuları
C) Sidik cövhəri, kreatin, qlükoza
D) Sidik cövhəri, kreatin, metilquanidin
E) Sidik cövhəri, kreatin, zülallar
298. Sidik kisəsinin şərti reflektor fəaliyyətinin tənzimi mərkəzi sinir strukturlarından hansı ilə bağlıdır?
A) Onurğa beynin 2-4 sakral seqmentləri, uzunsov və orta beyin strukturları, beyin yarımkürələri
B) Onurğa beynin bel seqmentləri, orta beyin və beyincik strukturları
C) Onurğa beynin 2-4 sakral seqmentləri və baş beyin yarımkürələri
D) Onurğa beynin 1-3 bel seqmentləri, uzunsov və orta beyin strukturları
E) Uzunsov və orta beyin strukturları
299. Dərinin əhəmiyyəti aşağıdakı variantlərdan hansında daha düzgün ifadə edilmişdir?
A) Dəri müdafiə funksiyasını yerinə yetirir, orqanizmin xarici mühit şəraitinə uyğunlaşmada, su-duz mübadiləsində, vitamin əmələgəlmə prosesində iştirak edir və qan deposu rolu oynayır
B) Dəri müdafiə funksiyası daşıyır, su-duz mübadiləsində iştirak edir, qan deposu rolu oynayır və qida maddələrinin mübadilə prosesini təmin edir
C) Dəri müdafiə funksiyası yerinə yetirir, orqanizmin xariji mühit şəraitində uyğunlaşmasında iştirak edir, su-duz mübadiləsində iştirak edir
D) Dəri müdafiə funksiyası daşıyır, su-duz mübadiləsində iştirak edir, qan deposu rolu oynayır
E) Dəri müdafiə funksiyasını yerinə yetirilməsində, vitamin əmələ gəlmə prosesində iştirak edir, qan deposu rolu oynayır.

Həmçinin bax:
Biologiya sualları
Biologiya testləri-1
biologiyadan testler-2
 

0 şərh