Biologiya testləri-6

500. Tonik lifləri olan əzələlər hansı variantda düzgün xarakterizə olunmuşlar
A) təqəllüsünün inkişafı ləng gedir,boşalma da ləng inkişaf edir, hərəki aksonu sinir liflərinin membranı ilə çox sayda sinaptik kontaktlar əmələ gətirir
B) tərkibində oksigeni birləşdirmək qabiliyyətinə malik olan mioqlobin vardır, çox sayda mitoxondrilərə malikdir, tünd qırmızı rəngdədir,pozanın saxlanmasında iştirak edir,gec yorulur,neyromotor vahidində çoxlu sinir lifləri vardır.
C) cəld təqəllüsləri yerinə yetirir,çox sayda mitoxondriləri hesabına çoxlu ATF əmələ gəkir, yorulma baş vermir,neyromotor vahidində sinir lifləri azdır, mioqlobini olmadığı üçün ağ rəngdədir
D) liflərində ATF qlikoliz hesabına əmələ gəlir,tez və güclü təqəlüsləri həyata keçirir,lakin tez yorulurlar,bir və ya bir neçə uc lövhəciyi olan akson xarakterdir
E) ağ əzələlər adlanır, yorulma tez baş verir,mioqlobin adlanan zülala malikdir, ATF qlikoliz hesabına baş verir.
501. Sakitlik vəziyyətində sarkomerin uzunluğu nə qədər olur?
A) 2,5 mkm.
B) 5 mkm.
C) 1 mkm.
D) 0,5 mkm.
E) 10 mkm.
502. Huksleyin nəzəriyyəsinə görə sarkomerin qısalması nəyin hesabına baş verir?
A) sarkomerdə nazik aktinliflərinin qalın miozin liflərinə nəzərən sürüşərək yerini dəyişməsi ,bir-birinin üzərini örtməsi hesabına
B) sarkomerdə nazik aktin liflərinin uzunluğunnun qısalması hesabına
C) sarkomerdə qalın miozin liflərinin uzunluğunun qısalması hüsabına
D) sarkomerdə sapşəkilli troponin zülalının miozon və aktini birləşdirməsi hesabəna
E) sarkomerdəki Z-lövhəciklərinin förlanaraq onun uzunluğunu qısaltması hesabına.
503. Əsl sekret haqda aşağıda deyilənlərdənhansı doğrudur?
A) həmin hüceyrənin metobolizm məhsuludur
B) həmin hüceyrənin katobolizm məhsuludur
C) qandan sorduğu və sonradan dəyişilməz formada ifraz etdiyi məhsuldur.
D) hüceyrənin apikal membranından boşluğa ifraz edilən məhsuldur
E) hüceyrənin bazal membranından interstisial mayeyə ifraz edilən məhsuludur.
504. Ekskret haqda aşağıda deyilənlərdənhansı doğrudur?
A) həmin hüceyrənin katobolizm məhsuludur
B) həmin hüceyrənin metobolizm məhsuludur
C) qandan sorduğu və sonradan dəyişilməz formada ifraz etdiyi məhsuldur.
D) hüceyrənin apikal membranından boşluğa ifraz edilən məhsuldur
E) hüceyrənin bazal membranından interstisial mayeyə ifraz edilən məhsuludur.
505. Rekret haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) qandan sorduğu və sonradan dəyişilməz formada ifraz etdiyi məhsuldur
B) həmin hüceyrənin metobolizm məhsuludur
C) həmin hüceyrənin katobolizm məhsuludur
D) hüceyrənin apikal membranından boşluğa ifraz edilən məhsuldur
E) hüceyrənin bazal membranından interstisial mayeyə ifraz edilən məhsuludur.
506. Ekskresiyanın mahiyyəti aşağıdakı variantlarda hansında düzgün ifadə edilmişdir?
A) sekretini hüceyrənin apikal membranından vəzlərin axarına və ya həzm traktının boşluğuna ifraz etməsidir
B) hüceyrənin öz sekretini bazallateral membranından interstisial mayeyə ifraz etməsidir
C) hüceyrənin öz sekretini bazallateral membranından qana və limfaya ifraz etməsidir
D) hüceyrənin öz ekskretini apikal membranından vəzlərin axarına və ya həzm traktının boşluğuna ifraz etməsidir
E) hüceyrənin öz ekskretini bazallateral membranından interstisial mayeyə ifraz etməsidir.
507. İnkresiyanın mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir?
A) hüceyrənin öz sekretini bazallateral membranından interstisial mayeyə ifraz etməsidir
B) sekretini hüceyrənin apikal membranından vəzlərin axarına və ya həzm traktının boşluğuna ifraz etməsidir
C) hüceyrənin öz sekretini bazallateral membranından qana və limfaya ifraz etməsidir
D) hüceyrənin öz ekskretini apikal membranından vəzlərin axarına və ya həzm traktının boşluğuna ifraz etməsidir
E) hüceyrənin öz ekskretini bazallateral membranından interstisial mayeyə ifraz etməsidir.
508. Neyronların ölçüləri hansı hüdudlarda dəyişir ?
A) 6-120 mkm
B) 100-120 mkm
C) 10-50 mkm
D) 100-200 mkm
E) 1-50 mkm
509. Aşağı strukturlardan gələn bir sinir lifi beyin qabığında nə qədər həcmdə şaxələnə bilər və neçə neyronu oyada bilər ?
A) 0,1 mm.kub; 5000
B) 1 mm.kub; 1000
C) 1 mm.kub; 10000
D) 1 mm.kub;5000
E) 0,1 mm.kub;1000

510. İnsanın beynindəki neyronların sayı aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir ?
A) 1011
B) 1019
C) 107
D) 103
E) 1024.
511. Bir neyron neşə sinaps əmələ gətirə bilər ?
A) 10000
B) 1000
C) 5000
D) 20000
E) 100.
512. Neyronun membranının qalınlığı nə qədərdir ?
A) 6 nm
B) 32 nm
C) 1 mkm
D) 1 nm
E) 6 mkm
513. Neyronun hansı hissəsi digərlərinə münasibətdə trofik funksiya daşıyır ?
A) Neyronun soması
B) Dendritləri
C) Aksonu
D) Sinapsları
E) neyroqliyası
514. Neyronun membranında yerləşən “nasos” zülalları hansı funksiyanı yerinə yetirirlər ?
A) hüceyrədə ion və molekulların qatılıq qradienti əleyhinə yerini dəyişməsini təmin edirlər
B) membranən seçici keçiriciliyini təmin edirlər
C) lazım olan molekulları tanıyır və onları membranda fiksə edir
D) membranda yerləşərək neyronun səthində kimyəvi reaksiyaların gedişini yüngülləşdirir
E) membranda yerləşərək lazım olan molekulları tanıyır , onları membranda fiksə edir və neyronun səthində kimyəvi reaksiyaların gedişini yüngülləşdirir.A
515. Neyronda olan bazofil maddənin (tiqroid maddə) Rolu nədən ibarətdir ?
A) RNT-yə malikdir və hüceyrənin zülal komponentlərinin sintezində iştirak edir
B) Fermentlərə malikdir və hüceyrədaxili proseslərin gedişini stimullaşdırır
C) Qovuqcuqlara malikdir və hüceyrədə neyrosekretor maddələrin sintezində iştirak edir
D) Fermentlərə malikdir və neyronda bir sıra maddələrin hidrolizini təmin edir
E) RNT-yə malikdir və neyronun energetik tələbatını yerinə yetirir.
516. Neyronun uzun müddət oyanmış vəziyyətdə olması onda hansı dəyişikliyə səbəb olur ?
A) Üceyrədə bazofil maddə itir , bu isə spesifik zülalın sintezinin pozulmasına səbb olur
B) Hüceyrədə bazofil maddə itir ,bu isə hüceyrədə neyrosekretor maddələrin sintezinin pozulmasına səbb olur
C) Hüceyrədə bazofil maddə itir , bu isə neyronda bir sıra maddələrin hidrolizinin pozulmasına səbb olur
D) Hüceyrədə bazofil maddə itir , bu isə neyronun energetik tələbatnın təmin edilməsinin pozulmasına səbb olur
E) Hüceyrədə bazofil maddə itir , bu isə hüceyrədaxili proseslərin gedişinin pozulmasına səbb olur.
517. Monosensor neyronlar beynin hansı sahələrində yerləşir
A) Beyin qabığının ilkin proeksion zonalarında
B) Beyin qabığının ikincili zonalarında
C) Beynin assosiativ zonalarında
D) Qabıqaltı zonalarda
E) Beyin qabığının ikincili proeksion zonalarında.
518. Bisensor neyronlar beynin hansı sahələrində yerləşir?
A) Beyin qabığının ikincili zonalarında
B) Beyin qabığının ilkin proeksion zonalarında
C) Beyin qabığının ikincili proeksion zonalarında
D) Beynin assosiativ zonalarında
E) Qabıqaltı zonalarda
519. Polisensor neyronlar beynin hansı sahələrində yerləşir?
A) Beynin assosiativ zonalarında
B) Beyin qabığının ikincili zonalarında
C) Beyin qabığının ilkin proeksion zonalarında
D) Beyin qabığının ikincili proeksion zonalarında
E) Qabıqaltı zonalarda

520. Sinir mərkəzlərinin tonusunu hansı neyronlar yaradırlar?
A) Fonoaktiv neyronlar
B) Polisensor neyronlar
C) Polimodal neyronlar
D) Bimodal neyronlar
E) İnterneyronlar.
521. Monomodal neyronlar haqda aşağıda deyilənlərdən hansı doörudur?
A) eyni sensor qıcığın yalnız bir tezliyinə cavab verən neyronlar monomodaldır
B) müxtəlif sensor qıcığların eyni tezliyinə cavab verən neyronlar monomaodaldır
C) yalnız bir sensor qıcığa cavab verən neyronlar monomodaldır
D) müxtəli sensor qıcığlara cavab verən neyronlar monomodaldır
E) eyni sensor qıcığın iki müxtəlif tezliyinə cavab verən neyronlar monomodaldır.
522. Polimodal neyronlar haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) eyni sensor qıcığın 3 və daha çox tezliyinə cavab verən neyronlar polimodaldır
B) müxtəlif sensor qıcığların 3 və daha ox tezliyinə cavab verən neyronlar polimaodaldır
C) yalnız bir sensor qıcığa cavab verən neyronlar polimodaldır
D) müxtəli sensor qıcığlara cavab verən neyronlar polimodaldır
E) eyni sensor qıcığın iki müxtəlif tezliyinə cavab verən neyronlar polimodaldır.
523. Əsl unipolyar neyronlar haqda aşağıda deyilənlərdən hansı doğrudur ?
A) yalnız bir çıxıntısı olur,üçlü sinirin nüvəsində olur və çeynəmə əzələləinin proprioreseptiv hissiyyatını təmin edir.
B) neyrondan çıxdıqdan dərhal sonra tək olan çıxıntısı iki çıxıntıya ayrılır, üçlü sinirin nüvəsində olur və çeynəmə əzələləinin proprioreseptiv hissiyyatını təmin edir.
C) yalnız bir çıxıntısı olur, azan sinirin nüvəsində olur və interoreseptiv hissiyyatı təmin edir.
D) neyrondan çıxdıqdan dərhal sonra tək olan çıxıntısı iki çıxıntıya ayrılır, azan sinirin nüvəsində olur və interoreseptiv hissiyyatı təmin edir.
E) neyrondan çıxdıqdan dərhal sonra tək olan çıxıntısı iki çıxıntıya ayrılır, ekstroreseptiv hissiyyatı təmin edir.
524. Arkuat əlaqələrin mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir ?
A) efferent neyronlar bu əlaqələrlə böyük yarımkürələrin müxtəlf şöbələrini əlaqələndirir
B) efferent neyronlar bu əlaqələrlə böyük yarımkürələrin eyni yalnız şöbələrini əlaqələndirir
C) neyronlar arasındakı bütün əlaqələr arkuat əlaqələrdir
D) bir sinir mərkəzi daxilindəki neyronlararası əlaqələr arkuat əlaqələrdir
E) iki sinir mərkəzi arasındakı neyronlararası əlaqələr arkuat əlaqələrdir.
525. Oliqodendrositlər haqda aşğıda deylənlərdən hansı doğrudur?
A) Qabıqaltı strukturlarda,beyin kötüyündə daha çoxduir,ağ maddədə daha çoxdur,aksonların mielinləşməsində iştirak edir,neyronların metobolizmində və trofikasında iştirak edir.
B) Beynin boz maddəsində yerləşir,neyronlar üçün dayaq rolu oynayır,reparativ funksiya daşıyır, sinir lifini təcrid edir.neyronların metobolizmində iştirak edir,kapilyarları əhatə edərək nəqliyyat rolu oynayır
C) Ən kiçik ,çoxşaxəli qliya hüceyrələridir,azan hüceyrələrə aiddir,mənbəyi mezodermdır,faqositoz qabiliyyətinə malikdir.
D) Beynin boz maddəsində yerləşir, aksonların mielinləşməsində iştirak edir,neyronların metobolizmində və trofikasında iştirak edir
E) Qabıqaltı strukturlarda,beyin kötüyündə daha çoxduir, azan hüceyrələrə aiddir,mənbəyi mezodermdır,faqositoz qabiliyyətinə malikdir.
526. Mikroqliya haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) Ən kiçik ,çoxşaxəli qliya hüceyrələridir,azan hüceyrələrə aiddir,mənbəyi mezodermdır,faqositoz qabiliyyətinə malikdir
B) Qabıqaltı strukturlarda,beyin kötüyündə daha çoxduir,ağ maddədə daha çoxdur,aksonların mielinləşməsində iştirak edir,neyronların metobolizmində və trofikasında iştirak edir.
C) Beynin boz maddəsində yerləşir,neyronlar üçün dayaq rolu oynayır,reparativ funksiya daşıyır, sinir lifini təcrid edir.neyronların metobolizmində iştirak edir,kapilyarları əhatə edərək nəqliyyat rolu oynayır
D) Beynin boz maddəsində yerləşir, aksonların mielinləşməsində iştirak edir,neyronların metobolizmində və trofikasında iştirak edir
E) Qabıqaltı strukturlarda,beyin kötüyündə daha çoxduir, azan hüceyrələrə aiddir,mənbəyi mezodermdır,faqositoz qabiliyyətinə malikdir
527. Hüceyrə membranı hansı qatlardan təşkil olunub?
A) Mukopolisaxarid, 2 qat fosfolipid və zülal molekulları
B) Mukopolisaxarid, 1 qat fosfolipid və yağ
C) 2 qat mukopolisaxarid, fosfolipid və zülal
D) Mukopolisaxarid, 4 qat fosfolipid və lipid
E) 3 qat mukopolisaxarid, fosfolipid və piy .
528. Aktiv nəqliyyat sistemi necə fəaliyyət göstərir ?
A) Enerci sərf etməklə konsentrasiya qradiyentinin əksinə
B) Enerci sərf etmədən konsentrasiya qradiyentinin əksinə
C) Enerci sərf etməklə konsentrasiya qradiyentinə uyğun
D) Enerci yaratmadan konsentrasiya qradiyentinə paralel
E) Enerci yaramaqla konsentrasiya qradiyentinin əksinə.
529. Neyroqliya hüceyrələri beynin həcminin necə faizini təşkil edir və ölçüsünə görə neyronlardan neçə dəfə kiçikdir ?
A) 40%; 3-4 dəfə
B) 50%; 2dəfə
C) 30%; 5dəfə
D) 60%; kiçik deyil
E) 70%;2dəfə böyükdür.

530. Astrositlər haqqında aşağıda deyilənlərdən hansı doğrudur ?
A) Beynin boz maddəsində yerləşir,neyronlar üçün dayaq rolu oynayır,reparativ funksiya daşıyır, sinir lifini təcrid edir.neyronların metobolizmində iştirak edir,kapilyarları əhatə edərək nəqliyyat rolu oynayır.
B) Qabıqaltı strukturlarda,beyin kötüyündə daha çoxduir,ağ maddədə daha çoxdur,aksonların mielinləşməsində iştirak edir,neyronların metobolizmində və trofikasında iştirak edir.
C) Ən kiçik ,çoxşaxəli qliya hüceyrələridir,azan hüceyrələrə aiddir,mənbəyi mezodermdır,faqositoz qabiliyyətinə malikdir.
D) Beynin boz maddəsində yerləşir, aksonların mielinləşməsində iştirak edir,neyronların metobolizmində və trofikasında iştirak edir
E) Qabıqaltı strukturlarda,beyin kötüyündə daha çoxduir, azan hüceyrələrə aiddir,mənbəyi mezodermdır,faqositoz qabiliyyətinə malikdir.
531. Periferik sinir sistemində mielinləşməni hansı hüceyrələr təmin edir ?
A) Lemmositlər-Şvan hüceyrələri
B) Astrositlər
C) Oliqodendrositlər
D) Mikroqliya
E) Neyroqliya
532. Ranvye buğumları haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) sinir lifi silindrinin mielin lifləri ilə örtülməmiş açıq sahələr Ranvye buğumları adlanır
B) sinir lifi silindrinin mielin lifləri ilə örtülmüş sahələri Ranvye buğumları adlanır
C) sinir lifi silindrinin Şvan hüceyrələri ilə örtülmüş sahələri Ranvye buğumları adlanır
D) sinir lifi silindrinin lemmositlər ilə örtülmüş sahələri Ranvye buğumları adlanır
E) ) sinir lifi silindrinin astrositlərlə örtülmüş sahələri Ranvye buğumları adlanır
533. Mielin qişanın tərkibi hansı variantda düzgün ifadə olunmuşdur ?
A) 80% lipidlərdən və 20% zülallardan ibarətdir
B) 20% lipidlərdən və 80% zülallardan ibarətdir
C) 40% lipidlərdən və 60 % polisaxaridlərdən ibarətdir .
D) 20% lipidlərdən və 80% polisaxaridlərdən ibarətdir
E) 20% zülallardan və 80% polisaxaridlərdən ibarətdir
534. Mielinli və mielinsiz liflərdə oyanmaın ötürülməsi hansı variantda düzgün ifadə edilmişdir ?
A) mielinləşməmiş liflərdə oyanma dekrementlərlə,yəni tədricən sönərək, mielinləşmiş liflərdə isə oyanma mielinli sahələri yan keçərək yalnız Ranvye buğumlarını əhatə edir.
B) mielinləşmiş liflərdə oyanma dekrementlərlə,yəni tədricən sönərək, mielinləşməmiş liflərdə isə yalnız Ranvye buğumlarını əhatə edir.
C) mielinləşmiş liflərdə oyanma Şvan buğumlarını əhatə edərək yayılır, mielinləşməmiş liflərdə isə tədricən sönərək inkişaf edir
D) mielinləşmiş liflərdə oyanma dekrementlərlə yayılır,mielinləşməmiş liflərdə isə lemmositləri əhatə edərək sürətlə ötürülür
E) mielinləşmiş sinir liflərində oyanma lemmositləri əhatə edərək dkrementlərlə , mielinləşməmiş sinir liflərində isə Şvan hüceyrələrini əhatə edərək sıçrayışlarla yayılır.
535. Ranvye buğumlarında Na kanallarının sayı nə qədərdir?
A) 1 mkm2-da 12.000
B) 1 mkm2-da 1200
C) 1 mkm2-da 120
D) 1 mkm2-da 2.000
E) 1 mkm2-da 120.000.
536. Mielinli liflərdə oyanmanın ötürülməsi haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) mielinli liflərdə oyanmanın ötürülmə müddəti Ranvye buğumları arasındkı məsafənin uzunluğu ilə tərs mütənasibdir
B) mielinli liflərdə oyanmanın ötürülmə sürətii Ranvye buğumları arasındkı məsafənin uzunluğu ilə tərs mütənasibdir
C) mielinli liflərdə oyanmanın ötürülmə müddəti Ranvye buğumları arasındkı məsafənin uzunluğu ilə düz mütənasibdir
D) mielinli liflər nazik olduqca oyanmanın lif boyunca ötürülmə sürəti böyük olur
E) Ranvye buğumları arasındakı məsafə qısa olduqca oyanmanın ötürülmə sürəti böyük olur.
537. Elektrik sinapsları haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) sinaptik yarıq tam deyil, kontakt körpülərinə malikdir,membranların yaxınlaşma sahəsində kanallar vardır
B) sinaptik yarıq tamdır, metobolitləri hüceyrəarası sahəyə dolaraq digər qonşu hüceyrələrə təsir göstərir.
C) neyrohormonar, neyropeptidlər ifraz edərək digər neyronlara təsir edir
D) presinaptik hissənin aksonun genişlənmiş ucunda içərisində mediatorlar olan qovuqcuqlar vardır,mediatorlar vasitəsilə təsir göstərir
E) sinaptik yarıq tam deyil, mediatorlar vasitəsilə təsir göstərir.
538. Hormonların parakrin təsirinin mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir?
A) toxuma mikrozonasında yerləşmiş lokal endokrin hüceyrələr öz məhsulunu hüceyrəarası sahəyə ifraz edir və bu yolla qonşu hüceyrələrə təsir edir
B) toxuma mikrozonasında yerləşmiş lokal endokrin hüceyrələr öz məhsullarını qana ifraz edir
C) toxuma mikrozonasında yerləşmiş lokal endokrin hüceyrələr öz məhsullarını limfaya ifraz edir
D) toxuma mikrozonasında yerləşmiş lokal endokrin hüceyrələr öz məhsulunu orqanın boşluğuna ifraz edir
E) toxuma mikrozonasında yerləşmiş lokal endokrin hüceyrələr öz məhsulunu öz ətrafına ifraz edir bu məhsul hüceyrənin özünə təsi edir.
539. Qlial hüceyrələrin “pulsasiya” tsiklihansı variantda düzgün ifadə edimişdir?
A) Qlial hüceyrələrin “pulsasiyası” 90 san. yığılma və 240 san. boşalma fazasından ibarətdir
B) Qlial hüceyrələrin “pulsasiyası” 90 san. boşalma və 240 san. yığılma fazasından ibarətdir
C) Qlial hüceyrələrin “pulsasiyası” 60 san. yığılma və 60 san. boşalma fazasından ibarətdir
D) Qlial hüceyrələrin “pulsasiyası” 90 san. yığılma və 90 san. boşalma fazasından ibarətdir
E) Qlial hüceyrələrin “pulsasiyası” 240 san. yığılma və 240 san. boşalma fazasından ibarətdir.

540. Bulbar reflekslər reflekslərin hansı təsnifatına görə ayırd edilir?
A) reflekslərin beyin sahəsinin aktivləşmə səviyyəsini nəzərə alan təsnifata görə
B) qıcığı qəbul edən reseptorları nəzərə alan təsnifata görə
C) əmələ gəlmə üsulunu nəzərə alan təsnifata görə
D) təkamül inkişafı səviyyəsini nəzərə alan təsnifata görə
E) orqanizmin inteqrativfəaliyyət səviyyəsini nəzərə alan təsnifata görə.
541. Elementar şərtsiz reflekslər reflekslərin hansı təsnifatına görə ayırd edilir?
A) təkamül inkişafı səviyyəsini ,orqanizmin inteqrativ fəaliyyət səviyyəsini nəzərə alan təsnifata
B) qıcığı qəbul edən reseptorları nəzərə alan təsnifata görə
C) əmələ gəlmə üsulunu nəzərə alan təsnifata görə
D) bioloji təyinatını nəzərə alan təsnifata görə
E) reflekslərin beyin sahəsinin aktivləşmə səviyyəsini nəzərə alan təsnifata görə.
542. Reflekslərin bioloji təyinatına görə ayırd edilən növləri hansı variantda düzgün ifadə edilmişdir?
A) qida , cinsi, müdafiə və s.
B) şərti və şərtsiz
C) ekstroreseptiv, interoreseptiv, proprioreseptiv
D) onurğabeyin, bulbar, mezensefal, diensefal, kortikal reflekslər
E) elementar, uzlaşdırıcı, inteqrativ.
543. Funksional sistemlərin əsas komponentləri aşağıdakı variantlardan hansında düzgün ifadə olunmuşdur?
1-faydalı uyğunlaşdırıcı nəticə
2- afferent sintez strukturları
3- məlumatı reseptordan funksional sistemin mərkəzi halqasına ötürən əks afferentasiya
4- mərkəzi arxitektonika və ya idarəetmə aparatı
5- efferent sintez strukturları
6- nəticə akseptoru və ya nəzarət apaatı
7- icraedici komponentlər və ya reaksiya apapratı
A) 1,3,4,6,7
B) 1,2,4,5,7
C) 2,3,5,6,7
D) 2,4,5,6,7
E) 1,4,5,6,7.
544. Orqanizm üçün faydalı olan uyğunlaşdırıcı nəticələri hansı qruplara bölmək olar?
1- metobolik nəticələr
2- hemostatik nəticələr
3- elektrostatik nəticələr
4- insanın sosial fəaliyyət nəticələri
5- insan və heyvanların davranış fəaliyyəti nəticələri
6- neyrohumoral nəticələr
A) 1,2,4,5
B) 1,3,4,6
C) 1,2,5,6
D) 2,3,5,6
E) 3,4,5,6.
545. Funksional sistemlərin icraedici komponentləri hansı variantda düzgün ifadə edilmişdir?
A) somatik, vegetativ,endokrin, davranış
B) somatik, vegetativ,endokrin,metobolik, davranış
C) somatik, vegetativ,endokrin, sinir, davranış
D) somatik, vegetativ,endokrin, metobolik
E) somatik, vegetativ,endokrin, sinir,metobolik, davranış.
546. Funksional sistemlərin qarşılıqlı təsir prinsipləri aşağıdakı variantlardah hansında düzgün ifadə edilmişdir?
1- sitemogenez prinsipi
2- multiparametrik prinsip
3- efferent sintez prinsipi
4-ierarxiya prinsipi
5- ardıcıl dinamik qarşılıqlı təsir prinsipi
6- afferent sintez prinsipi
A) 1,2,4,5
B) 1,3,4,6
C) 2,3,4,5
D) 1,4,5,6
E) 1,3,4,5.
547. Funksional sistemlərin idarəetmə aparatları hansı variantda düzgün ifadə edilmişdir?
A) afferent sintez və efferent sintez
B) afferent sintez,,efferent sintez,hərəkət proqramı
C) afferent sintez, dominant motivasiya və efferent sintez
D) afferent sintez, dominant motivasiya, efferent sintez və hərəkət proqramı
E) afferent sintez, dominant motivasiya, nəticə akseptoru, efferent sintez və hərəkət proqramı
548. Funksional sistemin idarəetmə aparatında afferent sintezin əsasını nə təşkil edir?
A) dominant motivasiya
B) qərarın qəbul edilməsi
C) nəticə akseptoru
D) hərəkət proqramı
E) əks afferentasiya.
549. Funksional sistemin idarəetmə aparatında efferent sintezin mahiyyəti hansı vatiantda düzgün ifadə olunub?
A) faydalı uyğunlaşdırıcı nəticənin əldə edilməsi üçün somatik,vegetativ və humoral komponentlərin uzlaşmış qarşılıql təsiindən ibarətdir
B) orqanizmin əsas tələbatının ödənilməsi üçün mümkün olan yollardan bir yolun seçilməsi
C) dominant motivasiya əsasında və yaddaşın iştirakı ilə gələcək hərəkətin nəticəsinin bütün xüsusiyyətləri proqramlşdırılır
D) funksional sistemin fəaliyyətinin nəticələrinin əvvəlcədən görülməsi, proqramlaşdırılması,modelləşdirilməsidir
E) sistemi hazırlıq vəziyyətindən fəaliyyət vəziyyətinə keçirən mexanizmdir.

550. Mərkəzi tormozlanmanın hansı növləri ayırd edilir?
A) presinaptik, postsinaptik və pessimal
B) presinaptik və postsinaptik
C) presinaptik, postsinaptik , pessimalvə qayıdan tormozlanma
D) presinaptik, postsinaptik və qayıdan tormozlanma
E) presinaptik, postsinaptik və ləngiyən tormozlanma.
551. Seçenovun mərkəzi tormozlanma effekti haqda hansı variantda düzgün məlumat verilmişdir?
A) görmə qabarlarının kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
B) böyük yarımkürələrin qabığının motor sahəsinin kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
C) beyinciyin kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
D) uzunsov beynin hərəki sahəsinin kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır
E) beyin qabəğənən premotor sahəsinin kimyəvi qıcıqlanması onurğa beynin sadə şərtsiz reaksiyalarını tormozalayır.
552. Mərkəzi tormozlanmanım mahiyyəti aşağıdakı variantlardan hansında düzzgün ifadə edilmişdir?
A) hərəki neyronlarla sinaptik kontaktları olan xüsusi aralıq neyronların aktivləşməsi hərəki neyronları qanunauyğun olaraq tormozlayır
B) hərəki neyronlarla sinaptik kontaktları olan xüsusi aralıq neyronların tormozlanmasıi hərəki neyronları qanunauyğun olaraq tormozlayır
C) mərkəzi neyronlarda olan tormozlanmanın bir növü olub,yüksək tezlikli qıcığa cavab olaraq əmələ gəlir
D) aksosomatik və aksodendrik sinapsların membranında əmələ gəlir və sinaptik yarığa mediator ifraz etmək yolu ilə tormozlanmaya səbəb olur
E) aksaksonal sinapslarda əmələ gəlir və akson boyunca oyanmanın öterelməsini bloklayır.
553. Ən geniş yaylmış tormozlayıcı mediator hansıdır?
A) qmma-amin yağ turşusu
B) asetilxolin
C) neytotenzin
D) adrenalin
E) xolin.
554. Postsinaptik tormozlanmanın mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir?
A) tormozlayıcı aralıq neyronların aktivləşməsinin təsiri ilə aksosomatik və aksodendrik sinapsların membranında inkişaf edir və aksonların uc şaxələrindən sinaptik yarığa tormozlayıcı mediator ifraz etmək yolu ilə membrnın hiperpolyarlaşmasına səbəb olur
B) tormozlayıcı aralıq neyronların aktivləşməsinin təsiri ilə aksosomatik və aksodendrik sinapsların membranında inkişaf edir və aksonların uc şaxələrindən sinaptik yarığa tormozlayıcı mediator ifraz etmək yolu ilə membrnın depolyarlaşmasına səbəb olur
C) mərkəzi neyronlarda olan tormozlanmanın bir növü olub,yüksək tezlikli qıcığa cavab olaraq inkişaf edir , ilk anda yüksək tezlikli oyanma ilə cavab verir, lakin sonra tormozlanma vəziyyətinə keçir
D) aksoaksonal sinapalarda inkişaf edir, oyanmanın akson boyunca yayılmasını bloklayır
E) neyronun qayıdan kollateralları ilə oyanma geriyə tormozlayıcı neyronlara qayıdaraq onları aktivləşdirir.
555. Tormozlatıcı aralıq neyronlar necə adlanır?
A) Renşou hüceyrələri
B) Şvan hüceyrələri
C) Sertoli hüceyrələri
D) Lemma hüceyrələri
E) Ekkls hüceyrələri.
556. Periferik reseptor və mərkəzi aralıq neyronların nisbəti hansı variantda düzgün ifadə edilmişdir?
A) uyğun olaraq 10:1
B) uyğun olaraq 100:1
C) uyğun olaraq 1000:1
D) uyğun olaraq 1:1
E) uyğun olaraq 1:10.
557. Elementar şərtsiz reflekslər haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) onurğa beynin ayrı-ayrı seqmentləri səviyyəsində həyata keçən sadə reflektor reaksiyalardır
B) bu reaksiyaların effekti lokal reaksiya ilə məhdudlaşmır, külli miqdarda ekstro-,inero- və proprioreseptorlaın işə cəlb olunması ilə davam edir
C) lokamator fəaliyyətin uzlaşmış aktlarını və daxili orqanların vegetativ funksional birləşməsinin kompleks reaksiyalarını ifadə edir
D) orqanizmin mürəkkəb lokamator hərəki aktlarının həyata keçməsini təmin edir
E) davranışın növ steriotipini ifadə edir.
558. Uzlaşmış sərtsiz reflekslər üçün aşağıda deyilənlərdən hansı doğrudur?
A) lokamator fəaliyyərin uzlaşmış aktlarını və daxili orqanların vegetativ funksional birləşmələrinin kompleks reaksiyalarını ifadə edir
B) lokamator fəaliyyətin uzlaşmış aktlarını və eninəzolaqlı əzələlərin lokal seqmentar təqəllüsünü ifadə edir
C) eninəzolaqlı əzələlərin lokal seqmentar təqəllüsünü ifadə edir və daxili orqanların vegetativ funksional birləşmələrinin kompleks reaksiyalarını ifadə edir
D) orqanizmin mürəkkəb lokamator hərəki aktlarının həyata keçməsini təmin edir
E) davranışın növ steriotipini ifadə edir
559. İnteqrativ şərti reflekslər haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) orqanizmin mürəkkəb hərəki lokamator aktlarını vegetativ təminatla sıx əlaqədə həyata keçirərək müəyyən bioloji əhəmiyyəti olan kompleks davranış aktlarını formalaşdırır
B) lokamator fəaliyyətin aktlarını və eninəzolaqlı əzələlərin lokal seqmentar təqəllüsünü ifadə edir
C) eninəzolaqlı əzələlərin lokal seqmentar təqəllüsünü ifadə edir və daxili orqanların vegetativ funksional birləşmələrinin kompleks reaksiyalarını ifadə edir
D) orqanizmin mürəkkəb lokamator hərəki aktlarının həyata keçməsini təmin edir
E) lokamator fəaliyyət aktlarını və daxili orqanların vegetativ funksional birləşmələrinin kompleks reaksiyalarını ifadə edir.

560. Qlial hüceyrələrin “pulsasiyası” haqda deyilənlərdən hansı doğrudur ?
A) Qlial hüceyrələrin “pulsasiyası” hüceyrəarası sahədə mayenin hərəkətini təmin edir
B) Qlial hüceyrələr ölülərini dəyişə bilmirlər
C) Qlial hüceyrələrin “pulsasiyası” 4 fazadan ibarətdir
D) Qlial hüceyrələrin “pulsasiyası” 90 san. boşalma və 240 san. yığılma fazasından ibarətdir
E) Qlial hüceyrələr ölçücə neyronlardan böyükdür.
561. Aşağıda deyilənlərdən hansı doğrudur ?
A) Mielinləşməmiş sinir liflərində oyanma dekrementlərlə, yəni tədricən zəifləyərək inkişaf edir.
B) Mielinləşməmiş sinir liflərində oyanma sönmədən, yalnız Ranvye buğumlarını əhatə edərək ötürülür
C) Mielinli sinir liflərində oyanma dekrementlərlə, yəni tədricən zəifləyərək inkişaf edir.
D) Mielinli sinir liflərində oyanma tədricən membranın bir sahəsindən digərlərinə yayılaraq inkişaf edir
E) Mielinləşməmiş sinir liflərində oyanma mielinli sinir liflərinə nisbətən daha sürətlə ötürülür.
562. Aşağıda deyilənlərdən hansı doğrudur ?
A) Mielinli sininr liflərində oyanma yalnız Ranvye buğumlarını əhatə edir, mielinli sahələri yan keçərək sıçrayışlarla otürülür.
B) Mielinləşməmiş sinir liflərində oyanma sönmədən, yalnız Ranvye buğumlarını əhatə edərək sıçrayışlarla ötürülür
C) Mielinli sinir liflərində oyanma dekrementlərlə, yəni tədricən zəifləyərək inkişaf edir.
D) Mielinli sinir liflərində oyanma tədricən membranın bir sahəsindən digərlərinə yayılaraq inkişaf edir
E) Mielinləşməmiş sinir liflərində oyanma mielinli sinir liflərinə nisbətən daha sürətlə ötürülür.
563. Mielinli liflərdə oyanmanın ötürülmə müddəti nədən asılıdır?
A) Mielinli liflərdə oyanmanın ötürülmə müddəti Ranvye buğumları arasındakı məsafənin uzunluğu ilə tərs mütənasibdir.
B) Mielinli liflərdə oyanmanın ötürülmə müddəti Ranvye buğumları arasındakı məsafənin uzunluğu ilə düz mütənasibdir.
C) Mielinli liflərdə oyanmanın ötürülmə müddəti Ranvye buğumları arasındakı məsafədən asılı deyil
D) Mielinli liflərdə oyanmanın ötürülmə müddəti oyanmanın membranın bir sahəsindən digərinə ötürülərək yayılma sürətindən asılıdır
E) Mielinli liflərdə oyanmanın ötürülmə müddəti Ca kanallarının vəziyyəti ilə bağlıdır.
564. Ranvye buğumlarında Na –kanallarının sayı nə qədərdir
A) 1kv.mkm-də 12000
B) 1kv.mkm-də1200
C) 1kv.mm-də 12000
D) 1kv.mm-də 1000
E) 1kv.mkm-də 120000
565. Sakit nəfəsalma zamanı plevradaxili təzyiq inspirasiya və ekspirasiya zamanı nə qədərdi?
A) inspirasya zamanı 6-8 sm.hid.süt, ekspirasiya zamanı 4-5 hid.süt.
B) inspirasya zamanı 4-5 sm.hid.süt, ekspirasiya zamanı 6-8 hid.süt.
C) inspirasya zamanı 8-12 sm.hid.süt, ekspirasiya zamanı 6-8 hid.süt.
D) inspirasya zamanı 6-8 sm.hid.süt, ekspirasiya zamanı 8-12 hid.süt.
E) inspirasya zamanı 8-12 sm.hid.süt, ekspirasiya zamanı 4-5 hid.süt.
566. Sinir lifində oyanmanın otürülməsinin xüsusyyətlərti hansılardır ?
1- oyanma sinir lifində təcrid olunmuş ötürülür
2- oyanmanın sinir lifində ikitərəfli ötürülməsi
3- oyanmanın Şvan buğumları ilə ötürülməsi
4- sinir lifinin fizioloji tamlığı
5- oyanmanın sinir kötüyünün bütün lifləri ilə eyni zamanda ötürülməsi.
A) 1,2,4
B) 1,2,5
C) 2,4,5
D) 2,3,4
E) 1,3,5
567. Oyanmanın sinir lifində təcrid olunmuş ötürülməsi necə təmin olunur ?
A) Mielin qişanın olması və liflər arası mayenin müqavimətinin lifin membranının müqavimətindən aşağı olması hesabına
B) Liflər arası mayenin müqavimətinin lifin membranının müqavimətindən aşağı olması hesabına
C) Oyanmanın dekrementlərlə ötürülməsi hesabına
D) Oyanmanın sıçrayışlarla ötürülməsi hesabına
E) Sinir lifinin fiziolji tamlığı hesabına.
568. Sinapslar hansı hissələrdən ibarətdir ?
A) Presinaptik hissə,sinaptik yarıq,postsinaptik hissə
B) Presinaptik hissə,sinaptik yarıq,dendrosinaptik hissə
C) Presinaptik hissə,sinaptik yarıq,aksosinaptik hissə
D) Sinaptik yarıq,aksosinaptik hissə,postsinaptik hissə
E) Sinaptik yarıq,dendrosinaptik hissə,aksosinaptik hissə.
569. Siqnalı ötürmə xüsusiiyətinə görə sinapsların hansı növləri ayırd edilir ?
A) Elektrik,kimyəvi və qarışıq
B) Aksosomatik,aksodendrit və dendrosomatik
C) Oyadıcı, tormozlayıcı və ləngidici
D) Distant, qarışıq və kontsakt
E) Aksoaksonal, aksosomatik,aksodendrit.

570. Təsir xarakterinə görə sinapsların hansı növləri ayırd edilir ?
A) Oyadıcı və tormozlayıcı
B) Aksosomatik,aksodendrit
C) Distant, qarışıq və kontsakt
D) Aksoaksonal, aksosomatik
E) Kimyəvi və qarışıq.
571. Yerləşməsinə görə sinapsların hansı növləri ayırd edilir ?
A) Sinir-əzələ və neyroneyronal
B) Elektrik,kimyəvi və qarışıq
C) Oyadıcı, tormozlayıcı və ləngidici
D) Distant, qarışıq və kontsakt
E) Aksoaksonal, aksosomatik,aksodendrit.
572. Neyronlar arasındakı qarşılıqlı təsirlər xarakterinə görə neçə cürdür ?
A) Distant, qarışıq və kontakt
B) Sinir-əzələ və neyroneyronal
C) Oyadıcı, tormozlayıcı və ləngidici
D) Aksoaksonal, aksosomatik,aksodendrit
E) Dendrosomatik, dendroaksonal, aksoaksonal.
573. Neyonlar arasındakı distant münasibətlər aşağıdakı variantlardan hansında düzgün ifadə olunmuşdur ?
A) Beynin müxtəlif strukturlarında yerləşən neyronlar arasında neyrohormonlar, neyropeptidlər vasitəsilə humoral yolla olur
B) Membranları yalnız hüceyrıarası maddə ilə ayrılan neyronlar arasında metobolitlər,neyronların aktivlik məhsulları hesabına olur
C) Neyronların membranlarındakı xüsusi təmas yerləri vasitəsilə oilur.
D) Beynin müxtəlif strukturlarında yerləşən neyronlar arasında metobolitlər, neyronların aktivlik məhsulları hesabına olur
E) Membranları yalnız hüceyrıarası maddə ilə ayrılan neyronlar arasında neyropeptidlər vasitəsilə humoral yolla olur.
574. Elektrik sinapsları haqda aşağıda deyilənlərdən hansı doğrudur
A) Eyni funksiyalı neyronların sinapsları arasında oyanma ikitərəfli ötürülür
B) Müxtəlif funksiyalı neyronların elektik sinapsları arasında ötürülmə ikitərəflidir
C) Sinaptik yarıq tamdır,tam kontakt körpülərinə malik deyil
D) Presinptik hissədə aqranulyar və qranulyar qovuqcuqlar vardır
E) Elektik sinapslarının qovuqcuqlarından mediatorlar ifraz olunur.
575. Kimyəvi sinapsların ifraz etdikləri mediatorların postsinaptik membrana təsiri nə ilə bağlıdır ?
A) Na+ onları üçün keçiriciliyinin artması ilə bağlıdır
B) Ca2+ionları üçün keçiriciliyinin artması ilə bağlıdır
C) K+ ionları üçün keçiriciliyinin artması ilə bağlıdır
D) İonlar üçün keçiriciliyin azalması ilə bağlıdır
E) Kimyəvi sinapsların ifraz etdikləri mediatorlar postsinaptik membrana təsir etmir.
576. Aşağıda deyilənlərdən hansı sinir məkəzlərinin xüsusiyyətlərinə aid deyil ?
A) Oyanmanın ikitərəfli ötürülməsi
B) Oyanmanın irradiasiyası
C) Oyanmanın cəmlənməsi
D) Oyanmanın birtərəfli ötürülməsi
E) Sinaptik ləngimənin olması
577. Aşağıda deyilənlərdən hansı sinir məkəzlərinin xüsusiyyətlərinə aid deyil ?
A) Oyanmanın ikitərəfli ötürülməsi
B) Plastikliyi
C) Konvergensiya xüsusiyyəti
D) İnteqrasiya xqsusiyyəti
E) Tonusu
578. Oyanmanın irradiasyasının mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir ?
A) Oyanmanın irradiasyası qıcığın gücündən və mərkəzi neyronların funksional vəziyyətindən asılı olaraq oyanma prosesinə cəlb olunan mərkəzi neyronlar sahəsinin genişlənməsidir
B) Oyanmanın irradiasyası oyanmanın zaman və fəza baxımından postsinaptik membranda cəmlənməsidir
C) Oyanmanın irradiasyası qıcığın gücündən və mərkəzi neyronların funksional vəziyyətindən asılı olaraq oyanma prosesinə cəlb olunan mərkəzi neyronlar sahəsinin daralmasıdır.
D) Oyanmanın irradiasyası sakitlik vəziyyətində sinir mərkəzlərinin hüceyrələrinin müəyyən qədəri daimi oyanma vəziyyətində olması,fon impulsları generasiya etməsidir.
E) Oyanmanın irradiasyası beynin ali şöbələrinin sinir mərkəzlərinin müxtəlif növlü məlumatı toplamaq qabiliyyətidir.
579. Sinir mərkəzlərinin tonusunun mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir ?
A) Sinir mərkəzlərinin tonusu sakitlik vəziyyətində sinir mərkəzləri hüceyrələrinin müəyyən qisminin daimi oyanma vəziyyətində olması,fon impulsları generasiya etməsidir,yəni müəyyən fon aktivliyinə malik olmasdır
B) Sinir mərkəzlərinin tonusu qıcığın gücündən və mərkəzi neyronların funksional vəziyyətindən asılı olaraq oyanma prosesinə cəlb olunan mərkəzi neyronlar sahəsinin genişlənməsidir
C) Sinir mərkəzlərinin tonusu beynin ali şöbələrinin sinir mərkəzlərinin müxtəlif növlü məlumatı toplamaq qabiliyyətidir.
D) Sinir mərkəzlərinin tonusu oyanmanın zaman və fəza baxımından postsinaptik membranda cəmlənməsidir
E) Sinir mərkəzlərinin tonusu qıcığın gücündən və mərkəzi neyronların funksional vəziyyətindən asılı olaraq oyanma prosesinə cəlb olunan mərkəzi neyronlar sahəsinin daralmasıdır.
580. Sinir mərkəzlərinin konverqensiya xüsusiyyəti nəyi ifadə edir?
A) Sinir mərkəzlərinin konverqensiya xüsusiyyəti beynin ali şöbələrinin sinir mərkəzlərinin müxtəlif növlü məlumatı toplamaq qabiliyyətidir.
B) Sinir mərkəzlərinin konverqensiya xüsusiyyəti oyanmanın zaman və fəza baxımından postsinaptik membranda cəmlənməsidir
C) Sinir mərkəzlərinin konverqensiya xüsusiyyəti qıcığın gücündən və mərkəzi neyronların funksional vəziyyətindən asılı olaraq oyanma prosesinə cəlb olunan mərkəzi neyronlar sahəsinin daralmasıdır.
D) Sinir mərkəzlərinin konverqensiya xüsusiyyəti sinir mərkəzləri hüceyrələrinin müəyyən qisminin daimi oyanma vəziyyətində olması,fon impulsları generasiya etməsidir,yəni müəyyən fon aktivliyinə malik olmasdır
E) Sinir mərkəzlərinin konverqensiya xüsusiyyəti sinir mərkəzlərində daha yüksək oyanıqlığa malik olan hansısa bir hökmran ocağın olmasıdır.
581. Refleksin reseptiv sahəsini uzunmüddət təkrar qıcıqlandırdıqda reflektor reaksiya zəifləyir və itir,yəni sinir mərkəzi yorulur.Buna səbəb nədir ?
1- sinapslarda mediator ehtiyatı tükənir
2- sinapslarda energetik resurslar azalır
3- sinir mərkəzlərinin hüceyrələri oyanma qabiliyyətini itirir
4- oyanma irradaiasiya edərək zəifləyir,refkektor reaksiya yarada bilmir
5- postsinaptik reseptorun mediatora adaptasiyası baş verir
A) 1,2 5
B) 1,2,4
C) 1,3,4
D) 2,3,4
E) 3,4,5.
582. Aşağıda deyilənlərdən hansı doğrudur ?
A) Onuğa beynin arxa kökləri afferentdir,hissidir
B) Onuğa beynin arxa kökləri efferentdir,hərəkidir
C) Onuğa beynin ön kökləri afferentdir,hissidir
D) Onuğa beynin arxa kökləri mərkəzdənqaçandır
E) Onuğa beynin ön kökləri mərkəzəqaçandır.
583. İnsanıı onurğa beynində nə qədər neyon vardır , onlardan nə qədəri motoneyronlar və nə qədəri aralıq neyronlardır ?
A) 13 mln, 3%-motoneyronlar,97%- aralıq neyronlardır
B) 10 mln, 97%-motoneyronlar,3%- aralıq neyronlardır
C) 17 mln, 27%-motoneyronlar,73%- aralıq neyronlardır
D) 13mln, 73%-motoneyronlar,27%-aralıq neyronlardır
E) 10 mln, 47%-motoneyronlar,53%- aralıq neyronlardır.
584. Aşağıda deyilənlərdən hansı doğrudur ?
A) İnterneyonlar onurğa beynin arxa buynuzlarında yerləşirlər
B) İnterneyonlar onurğa beynin ön buynuzlarında yerləşirlər
C) İnterneyonlar onurğa beynin yan buynuzlarında yerləşirlər
D) İnterneyonlar onurğa beyin düyünlərində yerləşirlər
E) Motoneyronlar onurğa beynin arxa buynuzlarında yerləşir.
585. Onurğa beynin neyronlarını funksional olaraq hansı qruplara bölmək olar?
1- motoneyronlar və ya hərəki neyronlar
2- interneyronlar və ya aralıq neyronlar
3- simpatik və parasimpatik neyronlar
4- assosiativ hüceyrələr,seqmentdaxili və seqmentlərarası əlaqələr yaradan neyronlar
5- afferent və ya hissi neyronlar
A) 1,2,3,4
B) 2,3,4,5
C) 1,3,4,5
D) 2,3,4,5
E) 1,2,3,5
586. Onurğa beynin assosiativ yolları hansı funksiyanı yerinə yetirir ?
A) Qısa liflərdir,onurğa beynin eyni və müxtəlif seqmentləri arasındakı əlaqələri təmin edir
B) Uzun liflərdir, onurğa beyin ilə uzunsov beyin arasında əlaqə yaradır
C) Uzun liflərdir,onurğa beyinin qalxan yollarını əmələ gətirir
D) Uzun liflərdir,onurğa beyinin enən yollarını əmələ gətirir
E) Qısa liflərdir,bir seqment daxililndə neyronlar arsındakı əlaqələri təmin edir.
587. Onurğa beynin proyeksion yolları hansı funksiyanı yerinə yetirir ?
A) Uzun liflərdir,onurğa beyinin qalxan –baş beynə gedən və enən –baş beyindən onurğa beyinə gələn yollarını əmələ gətirir
B) Qısa liflərdir,onurğa beynin seqmentlərarası və əks tərəfin simmetrik neyronların əlaqələrini təmin edir
C) Uzun liflərdir, onurğa beyin ilə uzunsov beyin arasında əlaqə yaradır
D) Uzun liflərdir,onurğa beyinin enən yollarını əmələ gətirir
E) Qısa liflərdir,bir seqment daxililndə neyronlar arsındakı əlaqələri təmin edir.
588. Onurğa beynin enən yollarına aşağıdakılardan hansılar aiddir
1- ön piramid yol
2- arxa boylama yol
3- tektospinal yol
4- vestibulospinal yol
5-Holl dəstəsi
6- klinşəkilli və ya Burdax dəstəsi
7- yan piramid yol
8- rubrospinal yol
9- retikulospinal yol
10- onurğa beyin-talamik yol
11- yan və ön onurğa beyin-beyincik yolları(Fleksiq və Qovers yolları)
A) 1,2,3,4,7,8,9
B) 5,6,10,11
C) 1,2,4,8,9
D) 5,6,7,8,10,11
E) 5,6,7,8,9,11
589. Onurğa beynin qalxan yollarına aşağıdakılardan hansılar aiddir ?
1- ön piramid yol
2- arxa boylama yol
3- tektospinal yol
4- vestibulospinal yol
5- Holl dəstəsi
6- klinşəkilli və ya Burdax dəstəsi
7- yan piramid yol
8- rubrospinal yol
9- retikulospinal yol
10- onurğa beyin-talamik yol
11- yan və ön onurğa beyin-beyincik yolları(Fleksiq və Qovers yolları)
A) 5,6,10,11
B) 1,2,4,8,9
C) 5,6,7,8,0,11
D) 5,6,7,8,9,
E) 1,2,3,4,7
590. Beyin kötüyü hansı funksiyaları yerinə yetirir ?
1- davranışın müxtəlif formalarını reallaşdıran refleksləri təşkil edir
2- miotatik refleksləri təmin edir
3- assosiativ funksiyanı həyata keçirir
4- avtonom sinir sistemi reflekslərini həyata keçirir
5- vissemotor refleksləri təmin edir
6- nəqledici funksiyanı həyata keçirir
A) 1,3,6
B) 1,3,5
C) 2,4,5
D) 2,4,6
E) 3,4,5.
591. Uzunsov beyin hansı reflekslərin reallaşmasında iştirak edir ?
1- vegetativ
2- somatik
3- dad
4- eşitmə
5- miotatik reflekslər
6- vissemotor
7- vestibulyar
A) 1,2,3,4,7
B) 1,2,5,6,7
C) 2,5,6,7,3
D) 2,3,5,6, 7
E) 3,4,5,6, .
592. Aşağıdakı sinirlərdən hansıların nüvələri uzunsov beyində yerləşir ?
1- blok siniri
2- gözün hərəki siniri
3- əlavə sinir
4- azan sinir
5- aparıcı uzaqlaşdırıcı sinir
6- üz siniri
7- üçlü sinir
8- dəhliz-ilbiz sinirinin ilbiz nüvəsi
9- dil-udlaq siniri
10- dilaltı sinir
A) 3,4,8,9,10
B) 1,3,4,5,10
C) 1,5,6,7,9
D) 4,5,7,8,9
E) 2,3,5,6,7
593. Uzunsov beynin uzunluğu nə qədərdir ?
A) 25 mm.
B) 19 mm
C) 31 mm
D) 16 mm
E) 39 mm.
594. Dil-udlaq sinirinin nüvəsi neçə hissədən ibarətdir ?
A) Hərəki, hissi və vegetativ
B) Hərəki və hissi
C) Hərəki, hissi və statik
D) Hərəki, hissi, statik və statokinetik
E) Hərəki, hissi və statokinetik.
595. Uzunsov beynin statik və statokinetik refleksləri haqda aşağıda deyilənlərdən hansı doğrudur ?
A) Statik reflekslər bədənin müəyyən vəziyyətini saxlamaq üçün skelet əzələlərinin tonusunu təmin edir
B) Statik reflekslər hərəkət zamanı uyğun anda pozanın təşkili üçün gövdə əzələlərinin tonusunun düzgün paylamnasnı təmin edir
C) Statik reflekslər daxili orqanların afferent sinirlərinin stimullaşması zamanı əmələ gəlir
D) Statokinetik reflekslər bədənin müəyyən vəziyyətini saxlamaq üçün skelet əzələlərinin tonusunu təmin edir
E) Statokinetik reflekslər daxili orqanların afferent sinirlərinin stimullaşması zamanı əmələ gəlir.
596. Uzunsov beynin avtonom refleksləri nüvəsi uzunsov beyində yerləşən hansı sinirlə reallaşır ?
A) Azan sinir
B) Dilaltı sinir
C) Əlavə sinir
D) Dəhliz-ilbiz
E) Dil-udlaq siniri
597. Uzunsov beynin retikulyar formasiya strukturunda hansı mərkəzlər yerləşmişdir ?
A) Tənəffüs və damarhərəkətetdirici reflekslərin
B) Müdafiə reflekslərinin
C) Qida davranışı reflekslərinin
D) Pozanın saxlanması reflekslərinin
E) Statik və statokinetik reflekslərin.
598. Beyin körpüsündə hansı sinirlərin nüvələri yerləşir ?
1- blok siniri
2- gözün hərəki siniri
3- əlavə sinir
4- azan sinir
5- aparıcı (uzaqlaşdırıcı) Sinir
6- üz siniri
7- üçlü sinir
8- dəhliz-ilbiz sinirinin ilbiz nüvəsi
9- dil-udlaq siniri
10- dilaltı sinir
11- dəhliz-ilbiz sinirinin dəhliz nüvəsi
A) 4,6,5,11
B) 4,6,5,10
C) 5,9,10,11
D) 2,4,6,7
E) 2,5,9,10.
599. Beyin körpüsünün retikulyar formasiyası baş beynin hansı strukturlarına təsir edir ?
A) Beyin qabığının oyaqlılıq və yuxululuq vəziyyətinə və uzunsov beynin tənəffüs mərkəzinə
B) Beyinciyin tonusuna və uzunsov beynin tənəffüs mərkəzinə
C) Beyin qabığının oyaqlılıq və yuxululuq vəziyyətinə və beyinciyin tonusuna
D) Uzunsov beynin tənəffüs və damarhərəkətetdirici mərkəzinə
E) Qida davranışı refleksləri mərkəzinə.

0 şərh